Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Çıraxlı kəndində pambıq yığımının gedişi ilə maraqlanmışdır

11 dekabr 2018 | 11:00

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun düşmənlə ən yaxın təmas xəttində yerləşən Çıraxlı kəndində fermer Siyavuş Şükürovun pambıq tarlasında olmuş orada pambıq yığımı ilə məşğul olan əməkçilərlə görüşmüşdür.Cənab  Vaqif Həsənov onlarla söhbət edərək problemlərini dinləmiş, şəxsi vəziyyətləri ilə yaxından maraqlanmışdır. Fermer Siyavuş Şükürov rayon İcra Hakimiyyətinin başçısına onların problemləri ilə maraqlandığı üçün minnətdarlığını bildirərək, bu il əkdiyi sahədən yüksək məhsul tədarük edərək yaxşı qazanc ədə etdiyini qeyd etmişdir. Bildirmişdir ki, növbəti pambıq əkini ilində hazırkı əkdiyindən daha çox sahədə əkin əkərək daha çox qazanc əldə etməyi planlaşdırır. Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılarla görüşündə onlara hər cür dəstək olacağını bildirərək gələcəkdə daha çox sahədə əkin işləri aparmağın vacib olduğunu qeyd etmişdir. Bildirmişdir ki, cənab prezidentin qeyd etdiyi kimi pambıq elə bir məhsuldur ki, həm əmək tutumlu, həmdə daha çox qazanc gətirən bir sahədir. Pambıqçılıqla daha çox məşğul olmaq lazımdır ki, işsiz insanlarımız da  işlə təmin olunsunlar.

Keçidlər