Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Xüsusi təyinatlı İbad-2” filmi nümayiş etdirilib

07 dekabr 2018 | 11:00

Ağdam Dövlət dram Teatrında Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilmiş “Xüsusi təyinatlı İbad-2” filminin nümayişi olub.
Qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov filmin yaradıcı heyyətini və gələn qonaqları salamlayaraq filmin qəhrəmanı haqda fikirlərini bildirib. Qeyd edib ki. bu cür vətənpərvərlik mövzularında çəkilən filmlər və onların həqiqi qəhərmanları gələcək nəsillər üçün bir qəhərmanlıq nümunəsidir. Daha sonra filmin ssenarı müəllifi Cəlaləddin Qasımov çıxış edərək film barədə məlumat verib. Bildirib ki, filmdə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının Sektor müdiri Qafar Əliyev çıxış edərək  bildirib ki, İbad Hüseynov təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının qəhrəman övladıdır. Çünki erməni terroristləri haqsız, hüquqsuz işğal etdiyi Qarabağ torpaqlarında vəhşiliklər törədərkən, anaların gözləri önündə övladlarını qətlə yetirərkən onları sadəcə türk deyə öldürmədilər, həmçinin müsəlman deyə öldürdülər. Bu cür qəhrəmanlar toplumların milli refleksləridir. Belə filmlər gənc nəslin milli ruhunun yüksəlməsinə təkan verir.
Rəsmi hissədən sonra Filmin nümayişi olub və tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Keçidlər