Şriftin ölçüsü :

Saytın rəngi :

Alpaqut Turan döyüş sənəti üzrə üçüncü Azərbaycan kubokunun qalibləri məlum olub

21 oktyabr 2018 | 11:00

Yarışdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət ediblər. Daha sonra Ağdam Olimpiya İdman Kompleksində Azərbaycanın Dövlət Himni səsləndirilib. Kubok yarışının açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Gənclər və İdman Nazirliyinin məsul işçısı Firudun Paşayev, dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi kutsan Vasif Namazov çıxış edərək idmançılara uğurlar diləyiblər. Rəsmi hissədən sonra Alpaqut döyüş sənətinin Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən  yarışlara star verilib. Yarışın sonunda qaliblər diplom, medal və kubokla mukafatlandirilıblar. Ağdam rayon idmançıları Aypara sistemi üzrə, Digər növlər üzrə isə müvafiq olaraq  Şəmkir,  Binəqədi rayon "Artika" kulubu və Qazax komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Keçidlər