Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam məktəbliləri Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar

11 noyabr 2017 | 11:00

Ağdam məktəbliləri Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar
Ağdam rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasına Quzanlı qəsəbəsindən yola salınıblar. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin çox maraqlı keçəcəyini, tur-aksiyadan çox şey öyrənəcəklərini deyib. Bildirilib ki, Quba-Qusar-Xaçmaz bölgəsi də son illər sürətlə inkişaf edib, xüsusən turizmin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Odur ki, hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə etməli, getdikləri bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, təbiəti, coğrafiyası, müasir inkişafı barədə geniş bilgilər əldə etməyə çalışmalıdır.
Övladını yola salmağa gələn valideyn Mehman Haqverdiyev tur-aksiyadan məmnunluğunu belə ifadə edib: “Bir valideyn kimi, mənim də istəyim övladımın bilikli, dünyagörüşlü olmasıdır. Bu tur-aksiya məktəblilərə Vətəni gəzmək, doğma diyarın hər bir guşəsini tanımaq, biliklərini artırmaq imkanı yaradır. Tur-aksiyanın təşkilatçılarına, ilk növbədə isə gənc nəslə həmişə diqqət və qayğı göstərən Prezidentimizə minnətdaram.”
Məktəblilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra şimal bölgəsi istiqamətində yola düşüblər.

Keçidlər