Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Şəhid Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayevin anım tədbiri keçirilib

28 avqust 2017 | 11:00

28 avqust 2017-ci ildə Ağdam rayonu ərazisində “N” saylı hərbi hissədə Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdam uğrunda döyüşlərin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Şövqiyar Cəmil oğlu Abdullayevin şəhidliyinin 25-ci ilinə həsr olunmuş anım mərasimi keçirilib. Anım tədbirində Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri, rayon rəhbərliyi, hüququ mühafizə orqanlarının rəhbərliyi və keçmiş döyüşçülər, ziyalılar iştirak ediblər. Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan onun qəhrəmanlağından söz açaraq belə qəhrəmanların həmişə millətə xalqa bugünkü gəncliyə örnək olmalı olduğunu vurğulayıblar

Keçidlər