Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT nümayəndələri Ağdamda olublar

03 avqust 2016 | 11:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonunun Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilir.
Monitorinq üçün cəbhə rayonuna gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov monitorinqdən öncə Ağdam rayon İcra Hakimiyyətinə gələrək İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımovla görüşüblər. Zülfü Qasımov ATƏT nümayəndələrinə cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verərək bildirib ki, ermənilər 19 maydan bu günə cəbhəyanı yaşayış məntəqələrini 116 dəfə atəşə tutub. ATƏT nümayəndələri rayon rəsmiləri ilə görüşdən sonra Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə manitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirib.

Keçidlər