“Ağdam rayonunun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Hesabat
Hörmətli yığıncaq iştirakçıları!
2016-cı il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Cənab Prezident iclasda 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirdi. Dövlətimizin başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və məcburi köçkün düşdüyünü diqqətə çatdırdı. Vaxtilə ölkəmizin də bu problemlərlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığnı, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirdi. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən Prezident cənab İlham Əliyev dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcaraya yönəldilməsi üçün səylərini artıracağını vurğuladı.
Keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlətimizin başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırdı.
2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən Prezident cənab İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfər etdiyini bildirdi. “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacağıq”-deyən dövlətimizin başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd etdi. Azərbaycanın mövqeyinin beynəlxalaq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən Prezident cənab İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğuladı.
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirdi. Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident cənab İlham Əliyev 2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğuladı.
Çıxışında TANAP layihəsinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı daha sonra 2015-ci ildə ilk dəfə keçirilən birinci Avropa Oyunlarından danışdı, bu idman tədbirinin bütün dünyaya Azərbaycanın imkanlarını göstərdiyini, ölkədə müasir idman, nəqliyyat və xidmət infrastrukturunun yarandığını bildirdi.
Prezident cənab İlham Əliyev parlament seçkilərinin də şəffaf və demokratik şəkildə baş tutduğunu, xalqımızın iradəsini əks etdirdiyini dedi.
Yekun nitqində Prezident cənab İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minumuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirdi. Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident cənab İlham Əliyev bu kimi məsələlər ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxundu. Bundan əlavə, dövlətimizin başçısı biznez mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatlar aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırdı.
Prezident cənab İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.
2016-cı ildə pensiya və əmək haqqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təhcizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliynin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu.
2016-cı ildə struktur islahatlarının aparlacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən Prezident cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışdı, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını dedi.
Dövlətimizin başçısı nəqliyyat dəhlizlərinin səmərəli işlənməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq dedi ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradəlıb və artıq azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus yüklərin Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.
Bununla yanaşı Prezident cənab İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verdi.
Çıxışının sonunda dövlətimizin başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nın Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirdi, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili ” elan etdi
Hörmətli yığıncaq iştirakçıları!
2015-ci ildə rayonunun sosial-iqtisadi inkişafı üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. O cümlədən, tikinti, abadlıq, quruculuq sahəsində işlər davam etdirilmiş, Heydər Əliyev prospektinin Ağcabədi rayonundan giriş hissəsindəki işləri başa çatdırılmış, prospektin hər iki tərəfinə qazon, bəzək ağacları və güllər əkilmiş, suvarma sistemi ilə təmin olunmuş, giriş qapısı inşa olunmuşdur.
Quzanlı qəsəbəsində Çay evi, Avtovağzal, “Ağdam OİL” yanacaqdoldurma məntəqəsi, Mini futbol meydançası, Təzəkənd qəsəbəsində Poçt şöbəsinin binası, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən Müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Abidə kompleksləri, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası, Çəmənli kəndində kitabxana tikilib istifadəyə verilmiş, Çəmənli kənd uşaq bağçasının, Üçoğlan kənd xəstəxanasının, Xındırıstan kənd tam orta məktəbinin binasının təmiri başa çatdırılmış, Heydər Əliyev prospektində yanacaq doldurma stansiyasının yanında Xiyaban salınmışdır.
Heydər Əliyev Mərkəzinin, Quzanlı qəsəbəsində Kənd Təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, Mərkəzi Aptekin, Xındırıstan uşaq musiqi məktəbinin,Bayraq Meydanının tikintisi, Heydər Əliyev parkının və Veteranlar evinin yenidən qurulması, Müşviqabad qəsəbəsində 250 yerlik xeyir-şər evinin tikinti işləri davam etdirilir.
Magistiral avtomobil yollarında 450 min manatlıq təmir və saxlama işləri aparılmış, kəndarası və qəsəbədaxili yolların təmiri üçün bir sıra tədbirlər görülmüş, İmamqulubəyli kəndində 2 km yola asvalt döşənmiş, Quzanlı qəsəbəsində bir küçənin asvaltlaşdırılması başa çatdırılmışdır. 2015-ci ilin 9 ayında Əfətli-Küdürlü avtomobil yolunun 2,5 km, Səfərli-Ballar yolunun 1,5 km, Əhmədağalı- Kolqışlaq avtomobil yolunun 2,5 km hissəsi təmir olunmuş, Tərtər-Hindarx avtomobil yolunda yol nişanları, Heydər Əliyev prospektinin İmamqulubəyli qəsəbəsinə dönən yolda işıqfor quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hər bir rayonda sənaye məhəlləsi yaradılmalıdır. Bu sahədə işi təşkil etmək üçün şirkətlə əlaqə yaratmış, gələcəkdə 300-350 nəfərin işləməsi üçün iş yeri açılacaq sənaye məhəlləsinə torpaq sahəsi ayrılmış, sənaye məhəlləsinin layihə-smeta sənədləri hazırlanmışdır.
Yaşıllıqların salınması və onlara xidmət işi daim diqqət mərkəzində saxlanılmış, 2015-ci ildə Soltanbud təpəsində, Heydər Əliyev prospektində, magistral yolların kənarında 50 mindən çox müxtəlif növ ağac əkilmiş və onların suvarılması üçün su xəttləri çəkilmiş, Eyvazlı kəndində yaradılmış şitillik sahəsində işlərin genişləndirilməsi üçün tədbirlər görülmüş, 50 minə yaxın calaq edilmişdir.
Əhalinin problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, onlara göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün 2015-ci ildə müəyyən tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Rayon ərazisində elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün 3 ədəd 110/35/10 kv-luq, 10 ədəd 35/10-kv-luq yarımstansiyalarda olan avadanlıqlarda təmir işləri aparılmış, subartezian quyularına xidmət edən 18 ədəd müxtəlif güclü transformatorlar təmir olunmuş, 27 ədəd yeni tipli transformator quraşdırılmış, 310 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dəmir beton dayaqlarla əvəz olunmuş, 2015-ci ildə istifadə olunmuş 192,9 milyon kvt saat elektrik enerjisinin 15,6 milyon manat dəyərinin 11,5 milyon manatı və ya 86 faizi, əhaliyə satılan 11.8 milyon kv/saat elektrik enerjisinin 708 min manat dəyərinin 663 min manatı və ya 93,7 faizi ödənilmişdir.
Əhalinin təbii qazla təmin olunması üçün tədbirlər davam etdirilmiş, qaz xətlərində təmir işləri aparılmış, Əfətli, Həsənxanlı kənd orta məktəbləri, Xındırıstan uşaq musiqi məktəbi, Yeni İmamqulubəyli qəsəbəsində orta məktəb, Çay evi təbii qazla təmin olunmuşdur.
Hesabat ilində əhaliyə 26,8 milyon kub metr, qeyri-əhali istehlakçılara 0,8 milyon kubmetr təbii qaz satılmış, satılmış qazın dəyəri 90 faiz ödənilmiş, təbii qazın itgisi 9,5 faiz olmuşdur.
Əhalinin içməli suya olan təlabatını ödəmək üçün 2015-ci ildə qəsəbələrə 9810 metr, o cümlədən İkinci Alıbəyli qəsəbəsində 900 metr, Birinci Dördyol qəsəbəsində 590 metr, Baharlı qəsəbəsində 910 metr, Bənövşələr qəsəbəsində 350 metr, Quzanlı qəsəbəsində 5540 metr, Birinci Alıbəyli qəsəbəsində 200 metr, Xındırıstan qəsəbəsində 800 metr yeni su xətti çəkilmişdir.
29 ədəd transfarmator, o cümlədən Birinci Dördyol qəsəbəsində 4 ədəd, Quzanlı qəəsbəsində 3 ədəd, Səfərli qəsəbəsində 3 ədəd, Birinci Quzanlı qəsəbəsində 1 ədəd, Bənövşələr qəsəbəsində 2 ədəd, Birinci Alıbəyli qəsəbəsində 2 ədəd, İkinci Alıbəyli qəsəbəsində 5 ədəd, Xındırıstan qəsəbəsində 2 ədəd, Baharlı qəsəbəsində 7 ədəd, qəsəbələrdə 181 ədəd su nasosu, 4300 metr su xətti təmir olunmuşdur.
Əhalinin suvarma suyuna olan təlabatını ödəmək üçün 2015-ci ildə 794 subartezian quyusu, 4 nasos stansiyası, göllər və qaynamalar vasitəsi ilə 35,3 min hektar sahəyə xidmət edilmiş, başdan 283 milyon kubmetr su götürülmüş, istehlakçılara 237 milyon kubmetr su çatdırılmış, 30 ədəd subartezian qazılaraq istifadəyə verilmiş, 20 ədədinin isə tikinti işləri başa çatdırılmış, yaxın günlərdə istifadəyə veriləcəkdir.
2015-ci ildə Mexaniki Suvarma idarəsinə 94,8 milyon kvt.saat elektrik enerjisi limiti ayrılmış və limitə əməl olunaraq sərf edilmiş elektrik enerjisinin dəyəri tam ödənilmişdir. İlin qurqalıq və isti keçməsi ilə əlaqədar olaraq suyun səviyyəsi aşağı düşdüyündan 24 subartezian quyusunda su qaldırıcı boru və 5600 metr kabel əlavə olunmuş, 398 ədəd nasos təmir olunmuş, kənd təssərüfatı məhsulları orta hesabla 4,3 dəfə suvarılmış, su itgisi 15 faiz təşkil etmişdir.
Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş,Quzanlı qəsəbəsində tikilmiş Telekommunikasiya Qovşağının inzibati binasında 1200 nömrəlik müasir NGN tipli EATS quraşdırılaraq istifadəyə verilmiş, Quzanlı köçkün qəsəbəsində, Quzanlı qəsəbəsində, İmamqulubəyli, Birinci Baharlı, Qasımbəyli qəsəbələrində, Mirəşəlli kəndində texniki işlər aparılmış, ümumilikdə 356 nömrəlik telefon və internet xətti çəkilmiş, onlardan 56 felefon və 54 internet istifadəyə verilmişdir. İmamqulubəyli qəsəbəsində quraşdırılmış 128 nömrəlik EATS-in daxili xətt şəbəkəsi tam tikilərək istifadəyə verilmiş, Birinci Baharlı qəsəbəsində quraşdırılmış 256 nömrəlik EATS-in 128 nömrəlik daxili xətt şəbəkəsi tikilmiş və telefon çəkilişi aparılır. Mərkəzdə daxili xətt şəbəkəsinin 100 nömrəlik genişləndirilməsi işi tam başa çatdırılmış, Quzanlı qəsəbəsində Multimediya xidmətlərinin genişləndirilməsi layihəsi əsasında 100 nömrə və 60 yüksək sürətli internet portalı istifadəyə verilmişdir. Ümumilikdə 2015-ci ildə rayon əhalisinə 744 ədəd internet, 576 ədəd telefon çəkilmiş, hazırda rayon ərazisində 1840 ədəd tutumu olan internet, 4540 ədəd tutumu olan telefon istifadədədir.
2015-ci ildə əhaliyə göstərilən poçt xidməti tapşırığı 102 faiz yerinə yetirmiş, Poçt maliyyə xidmətlərinin həyata keçirilməsi üçün Mərkəzdə, Quzanlı, Qaradağlı və Xındırısatn poçt şöbələrində yeni şəbəkə qurulub istifadəyə verilmişdir.
2015-ci il sentyabrın 28-dən oktyabrın 12-dək və dekabrın 20-dən 30-dək “ASAN xidmət” Quzanlı qəsəbəsində 3 min nəfərdən çox vətəndaşa 9 növ üzrə xidmət göstərmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və suvarma suyu ilə təminatı üçün vacib məsələlərdən biri də göstərilən xidmətlərin dəyərinin ödənilməsidir. Bunun üçün Rayon İcra Hakimiyyəti cari ildə bir sıra tədbirlər görmüş, müzakirələr aparmış, yol verilən nöqsanların aradan qaldırılması üçün lazımi tövsiyyələr vermişdir.
Hörmətli yığıncaq iştirakçıları!
2016-cı il yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda giriş nitqi söyləyərək Dövlət Proqramının yerinə yetirilməsi vəziyyətini geniş təhlil etmiş, yekun nitqində isə qarşıda duran vəzifələrlə əlaqədar tapşırıqlarını vermişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan 12 tədbir icra olunur, 2 tədbirin icrasına başlanılmayıb.
Dövlət Proqramının icrası olaraq rayonda 2015-ci il ərzində 1725 yeni iş yeri açılmış, ondan 732 daimi, 993 mövsümüdür.
Rayon üzrə 2015- ci il ərzində ümumi məhsul istehsalının həcmi 125,5 milyon manat olmuş, 2014-cü ilin müvafiq dövü ilə müqayisədə 31,3 milyon manat və ya 20 faiz azalmışdır ki, bu da əsas kapitala yönəldilən investisiyanın həcminin azalması ilə bağlıdır. Sənaye məhsulunun ümumi həcmi 7,8 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 91 milyon manat, ticarətin dövriyyəsi 11,7 milyon manat, informasiya və rabitə xidməti 393,3 min manat, nəqliyyat və anbar təsərrüfatı 1,8 milyon manat, olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan hal- hazıra kimi 18 tədbir icra edilmiş, icra müddətinə əməl olunmaqla 5 tədbir icra olunur, 9 tədbir isə icra olunmur.
Ağdam rayon Vergilər şöbəsi üzrə 2015-ci il ərzində 5,7 milyon manat proqnoza qarşı 5,75 milyon manat və ya 100,6 faiz əməl olunmuşdur. Büdcəyə 40 min manat əlavə vəsait daxil olmuşdur.
Rayon Maliyyə idarəsinin fəaliyyəti üçün 2015-ci il ərzində dövlət büdcəsindən verilən dotasiya 33,6 milyon manat proqnoza qarşı 30,5 milyon manat və ya 90,9 faiz əməl olunmuş, ümumi xərclər üzrə 39,2 milyon manat proqnoza qarşı 35,9 milyon manat və ya 91,7 faiz olmuşdur.
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir.Belə ki, 2015-ci ilin 12 ayı ərzində 701 nəfər fiziki, 31 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunda isə 16 faiz təşkil edir.
Kapital Bankın Ağdam rayon filialı tərəfindən 2015-ci il ərzində 3020 nəfərə 5,8 milyon manat, “Qafqaz kredit” təşkilatı tərəfindən 744 nəfərə 804,0 min manat, “Kaspian-İnvest” kredit təşkilatı tərəfindən 356 nəfərə 612,0 min manat və “Azərkredit” 2597 nəfərə 3 milyon manat kredit, İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 43 lahiyə həyata keçirilmiş, 57 yeni iş yeri açılmış, 498 min manat kredit verilmişdir.
2015-ci il ərzində rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 1548 nəfər Qarabağ müharibəsi veteranlarına, 495 nəfər müharibə əlillərinin uşaqlarına, 8 nəfər Çernobıl əlillərinin uşaqlarına, 3 nəfər Şəhid ailələrinin uşaqlarına müntəzəm olaraq, 1419 nəfər yeni doğulmuş uşaqlara isə birdəfəlik müavinət verilmişdir, 42 nəfər Çernobıl əlillərinə müalicə üçün kompensasiya, 27 nəfər vəfat etmiş şəxslərin ailələrinə birdəfəlik dəfn xərci verilmişdir.
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 2015-ci il ərzində ümumi əlilliyə görə 2266 nəfərə müavinət, 435 nəfər şəhid ailəsinə və 432 nəfər müharibə əlilinə Prezident təqaüdü, 1735 aztəminatlı ailəyə Ünvanlı sosial yardım verilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən 15200 nəfər təqaüdçüyə xidmət göstərir ki, onların aylıq pensiya təlabatının məbləği 2,3 milyon manat, orta aylıq məbləğ 153 manat təşkil edir. Qocalığa görə 8800 nəfər, əlilliyə görə 5892 nəfər, ailə başcısını itirməyə görə 508 nəfər pensiyaçı vardır.
2015-ci il ərzində rayon Məşğulluq Мərkəzinə 453 nəfər işaxtaran vətəndaş müraciət etmiş və onlar Mərkəzdə qeydiyyatdan keçmişdilər. 2015-ci il ərzində müraciət edənlərdən 270 nəfəri daimi işlə təmin olunmuş, 33 nəfər vətəndaşa isə işsizlik statusu verilərək müavinət təyin edilmişdir. Hazırda idarə və müəssisələrdə 215 vakant iş yeri vardır, ondan 174-ü qulluqçu, 41-i isə fəhlə kateqoriyasından olan iş yerləridir.
Ağdam rayon Dövlət Sığorta filialı 2015-ci il ərzində 130,0 min manat tədiyyə tapşırığına qarşı 135,0 min manat tədiyyə toplamışdır. Əhalinin əmlakının, xüsusi ilə yaşayış evlərinin sığorta olunması çox vacib məsələ olduğundan sığorta idarəsi ilə yanaşı ərazi nümayəndələri də bu sahəyə ciddi fikir verilməlidir.
Hörmətli yığıncaq iştirakçıları!
2014-2015- tədris ilində rayon Təhsil şöbəsi 135 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 18 ümumi orta, 116 tam orta məktəbi, 5 məktəbdənkənar tərbiyə müəssisəsi ilə fəaliyyətə başlamışdır. Təhsil şöbəsi, onun tabeçiliyində olan təlim-tərbiyə müəssisələri tədris ilinin əvvəlində olduğu kimi, 2015-ci ildə Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışmışdır.
Danılmaz bir həqiqətdir ki, təlim-tərbiyə ilə bağlı qarşıda duran vəzifələrin müsbət həlli tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, onların müasir avadanlıqlarla, ixtisaslı kadrla təmin olunmasından çox asılıdır ki, bu istiqamətdə də xeyli işlər görülmüşdür.
Kadr təminatı sahəsində olan problemlər, tədricən aradan qaldırılmaqdadır. Ötən il Təhsil Nazirliyinə rayon ümumtəhsil məktəbləri üzrə 54 vakant ixtisas müəllimi haqqında məlumat verilmişdir. Müəllimlərin işə qəbulu ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində 17 ixtisas müəllimi müsabiqədən keçərək işə göndərilmiş, onlardan da 1 nəfəri iş yerinə gəlməmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının inkişafı üzrə Dovlət Proqramının (2006-2020-ci illər)” təstiq edilməsi haqqındakı sərəncamı ilə əlaqədar görülən işlər daha da gücləndirilmiş, istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla səmərəli iş sisteminin yaradılması diqqət mərkəzində saxlanmışdır. Bununla əlaqədar şagirdlər arasında bilik yarışları, fənn olimpiadaları, test yoxlamaları, inşa yazı müsabiqələri keçirilmişdir.
Təhsil Nazirliyinin 12 dekabr 2014-cü il tarixli 1256 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” nın tələblərinə uyğun fənn olimpiadalarının rayon mərhələsi keçirilmiş, 8 fənn üzrə keçirilən rayon turunda 274 nəfər iştirak etmişdir. Bunlardan 49 nəfəri Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır. Yarımfinal turunda 8 nəfər şagirdimiz 1-3 yerləri tutan ballar toplaya bilmişdir.
Yüksək nəticə göstərən şagirdlərimizdən I yeri tutan 4 nəfəri fənn olimpiadaları respublika mərhələsinin final turunda iştirak etmiş, onlardan 2 saylı köçkün tam orta məktəbin XI sinif şagirdi Təhməzov Məhərrəm Məhəmməd oğlu coğrafiya fənni üzrə yüksək nəticə göstərərək “Gümüş müdalla”, 5 saylı köçkün tam orta məktəbin XI sinif şagirdi Cəlallı Seyhun Murad oğlu tarix fənni üzrə “Bürünc medalla” təltif olunmuşlar.
11 iyun 2015-ci il tarixdə IX siniflərdə respublika üzrə buraxılış imtahanı verən 25000 nəfər şagirdin 7 nəfəri bütün suallara düzgün cavab vermişdir.
XI siniflər üzrə buraxılış imtahanında 3 fənn üzrə 90 sualın hamısına, 2 saylı tam orta məktəbin şagirdi Məhərrəm Təhməzov, 132 saylı tam orta məktəbin şagirdi Dilşad Hüseynova, Qaradağlı kənd orta məktəbin şagirdi Anar Qarayev, Rzalar kənd tam orta məktəbin şagirdi Elnaz Məmmədova düzgün cavab verilmişdir.
2-17 iyun tarixlərdə rayonun ayrı-ayrı bölgələrində, işğal olunmamış ərazidə fəaliyyət göstərən məktəblərin buraxılış imtahanları keçirilmişdir. IX siniflər üzrə buraxılış imtahanlarında 1555 nəfərdən 1521 nəfər imtahanlarda iştirak etmiş, onlardan 965 nəfər hər iki fəndən müvəffəq qiymət almış, 564 nəfər qeyri kafi qiymət almışdır ki, bunlardan da 315 nəfəri bir fəndən, 239 nəfəri 2 fəndən olmuşdur. Rayon üzrə müvəffəqiyyət 61 faiz olmuşdur.
XI siniflər üzrə buraxılış imtahanlarında 1321 nəfərdən 1293 nəfəri iştirak etmişdir. 787 nəfəri hər 3 fəndən müvəffəq qiymət almış, 506 nəfəri qeyri kafi qiymət almışdır ki, bunların da 239 nəfəri 1 fəndən, 185 nəfəri 2 fəndən, 87 nəfəri isə 3 fəndən olmuşdur. Mənimsəmə 61 faiz olmuşdur.
Buraxılış imtahanlarına görə hazırlanmış reytinq cədvəlinə görə yüksək nəticə göstərən 28 (direktor Tahirə Şahmuradova ), 33 (direktor Nəsibə Hüseynova), 35 (direktor İradə İbrahimova), 36 (direktor Nərminaz Quliyeva), 47(direktor Zülfiyyə Əliyeva) saylı köçkün, Paşabəyli (direktor Fəxrəddin Əzimov), Qaradağlı (direktor Gülnurə Muradova), Üçoğlan (direktor Vaqif Quliyev) kənd tam orta məktəbləri olmuşdur.
Reytinq cədvəlində sonuncu yeri tutan nəticəsi 0 faizlə və 20 faizə qədər olan məktəblər isə 72 (direktor Ruslan Aslanov), 101 (direktor Leyla Əliyeva), 142 (direktor Qızqayıt Abbasova) saylı tam orta, məktəblər olmuşdur ki, bu məktəblərdən buraxılış imtahanlarında iştirak edən şagirdlərin hamısı qeyri kafi qiymətlər almışdır. 26 (direktor (Ceyhunə Şəfiyeva), 31(direktor Elnur Bayramov), 53 (direktor əvəzi Samir Abdullayev), 129 (direktor Qurban Rüstəmov ) saylı köçkün, Ergi (direktor Fazil Abbasov ) kənd tam orta məktəbində isə nəticə 0-20 faizdir olmuşdur.
Rayonun XI sinifləri üzrə nəticəsi 0 faizdir olan məktəblərimiz olmuşdur ki, bunlardan 8 (direktor Çərkəz Əsgərov) saylı köçkün tam orta məktəbi, nəticəsi 0-20 % arasında olanlar isə Həsənxanlı (direktor Sevinc Quliyeva )kənd tam orta məktəbi, 87 (direktor Səbahət Əmirova) saylı köçkün tam orta məktəbi olmuşdur.
Bu məktəblərin fəaliyyəti araşdırılmalı, qəti qərar qəbul edilməlidir.
Bu gün məktəblərin fəaliyyətinə qiymət verilən əsas göstəricilərdən biri də məzunların ali məktəblərə qəbul olmasıdır. 2014-2015-ci dərs ilində rayon ümumtəhsil məktəbləri üzrə attestat alan 1346 nəfərdən 643 nəfəri TQDK-ya ali məktəblərə qəbul üçün sənəd vermiş, 372 nəfər məzunumuz respublikanın reytinqi yüksək olan Universitetlərinə qəbul olmuşdur.
Rayon üzrə ən yüksək nəticə Qasımbəyli qəsəbə tam orta məktəbində 86 faiz olmuşdur.
Bu ilki məzunlarından 23 nəfər 600 baldan, 51 nəfər isə 500-dən çox bal topalamışdır. Ən yüksək nəticəni rayonun 2 saylı köçkün tam orta məktəbin məzunu Təhməzov Məhərrəm Məhəmməd oğlu göstərmişdir.. O, 681 bal toplayaraq rayonun və oxuduğu məktəbin şərəfini yüksəltmiş, ADA-nın Biznesin təşkili fakultəsinə qəbul olmuşdur. O, eyni zamanda xüsusi nümunəvi attestat “Qızıl medal” almışdır ki, bu adı da şərəflə qoruya bilmişdir. Bununla bərabər daha 3 nəfər məzunumuz 650-dən cox bal toplamışdır ki, bunlar da 33 saylı köçkün tam orta məktəbin məzunu Məmmədzadə Səbinə Ədalət qızı 669 balla BDU-nin Hüquqşqnaslıq fakultəsinə, Qaradağlı kənd tam orta məktəbindən Qarayev Anar Məhərrəm oğlu 667 balla ADA Biznesin idarə edilməsi fakultəsinə, Quzanlı kənd tam orta məktəbin məzunu Orucova Yaqut Şahlar qızı 650 balla “Qafqaz” Universitetinə qəbul olmuşdur.
Təhsildə əldə edilən bu nailiyyətlər rayon İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 29 avqust 2015-ci il tarixdə rayonun Quzanlı qəsəbə Mədəniyyət evində Ağdam rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Alı məktəblərə qəbul imtahanlarında 500 və daha artıq bal toplamış 74 nəfər ümumtəhsil məktəblərinin məzunları və onların valideynləri ilə rayon ictimayyətinin görüşü keçirilmişdir. Tədbirdə 2014-2015-ci dərs ilində uğurlu nailiyyətlər əldə etdiyinə görə 13 nəfər təhsil işçisi Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri-Fərmanla təltif edilmiş, 74 nəfər məzunlar isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağdam rayon Komitəsi tərəfindən mükafatlandırılmışlar.
Görüş rayon ictimayyətinin, o cümlədən təhsil işçilərinin rəğbətinə səbəb olmuşdur.
Xüsusilə qeyd etmək istəyirəm ki, Quzanlı qəsəbə tam orta məktəbi 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi ” Respublika müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. Ölkə Prezidentinin 21 dekabr 2015-ci il tarixli Sərəncamı ilə məktəb 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
Qazanılan bu müvəffəqiyyətlərlə yanaşı, məzunların ali məktəblərə qəbul ola bilməyən məktəblərimiz də olmuşdur. Bu məktəblər İmamqulubəyli (direktor Cəmilə Hüseynova) kənd, I Yüzbaşılı (direktor Polad Zeynalov) kənd, 8 (direktor Çərkəz Əsgərov ), 39 (direktor Sevda Bayramova ),87 (direktor Səbahət Əmirova ),95 (direktor Bəyaz Məmmədova),109 (direktor Natiq Əsədov ),112 (direktor Vaqif Məmmədov ), 125 (direktor Könül Bağırova) saylı köçkün tam orta, Eyvazlı (direktor Fazil Məmmədov ), Həsənxanlı (direktor Sevinc Quliyeva) kənd tam orta məktəbləridir. Bu məktəb rəhbərləri onlara olan etimadı doğrulda bilmədiklərini bilməli, rəhbər kimi işləyib-işləməmək haqqında özləri qərar qəbul etməlidirlər. Qarşıda duran tələbat ancaq bunu tələb edir.
2015-2016-cı dərs ilinə başlanılmışdır Təhsil Şöbəsi öz işlərini günün tələbləri səviyyəsində qurmaq üçün bütün qüvvələri səfərbər etməlidir.
Rayonda orta ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində Ağdam Musiqi Kollecinin, Ağdam Dövlət Sosial İqtisadi Kollecinin, orta Pillə Peşə hazırlığının həyata keçirilməsində 2 və 4 saylı Ağdam Peşə məktəbləri fəaliyyət göstərirlər. Həmin məktəblərdə son dövrlərdə təlim-tərbiyə və tədrisin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülür və hər bir məktəb rayonun ictimai -siyasi həyatında keçirilən tədbirlərdə yaxından iştirak edirlər.
Məlumat üçün bildirirəm ki, Ağdam Musiqi Kollecində 2014-2015-ci tədris ilində bütün ixtisaslar üzrə 489 nəfər, Ağdam Dövlət Sosial İqtisadi Kollecində 8 ixtisas üzrə əyani şöbədə 858 nəfər, qiyabi şöbədə isə 108 nəfər, 2 saylı Peşə məktəbində 4 ixtisas üzrə 120 nəfər və Ağdam 4 saylı Peşə məktəbində 4 ixtisas üzrə 100 nəfər şagird təhsil almışdır. Həmin məktəblərin hər birində tədris ili uğurla yekunlaşmışdır.
Məlumat üçün bildirirəm ki, rayon İcra Hakimiyyətinin tabeliyində 36 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Həmin baçalardan 21-i ərzaqla təmin olunur. Qalan 15 bağçanın ərzaqla təmin olunması istiqamətində tədbirlər görülür.
2015-ci ildə Heydər Əliyev fondunun təşəbbüsü ilə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Evoğlu kəndində 100 yerlik körpələr evi- uşaq bağçası inşa edilmiş və bütün müasir avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.
Bundan başqa Ağdam Rayon İcra Hakimiyyəti Çəmənli kəndində 70 yerlik körpələr evi-uşaq bağçasıı əsaslı təmir etmişş və yeni avadanlıqları ilə birgə istifadəyə vermişdir.
Onu da bildiririk ki, 03-12 avqust 2015-ci il tarixlərdə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun tabeliyində olan körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının bütün tərbiyəçiləri krikulum kurslarından keçərək sertifikatlar almışlar.
2015-ci il ərzində rayon Mədəniyyət və Turizm şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır.
Şöbənin fəaliyyətində başlıca yeri rayonda keçirilən rəsmi bayramların, kütləvi tədbirlərin, anım günlərinin bədii hissəsinin təşkili, gənc istedadların üzə çıxarılması, onların maraq və meyllərinin inkişaf etdirilməsi, rayon əhalisinə təqdimatı və digər mədəni tədbirlər olmuşdur.
Belə ki, tədbirlər planına əsasən 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı, “Gənclər günü” münasibəti ilə , “Ordu xalqın dayağıdır” hərbi vətənpərvərlik mövzusunda, Xocalı soyqırımının 23-ci ildönümü ilə bağlı, “Bədən tərbiyə və İdman Günü” münasibətilə,8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə, görkəmli oftomoloq Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə, Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə bağlı, Ulu Öndərin anadan olmasının 92-ci ildönümü və Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı “Alov” festivalının keçirilməsi, 28 may “Respublika Günü münasibətilə, 01 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar, “Milli Qurtuluş günü” və Səhiyyə işçilərinin peşə bayramı, 12 dekabr Ulu Öndərin anım günü münasibətilə geniş tədbirlər keçirmişdir.
Bayram tədbirlərində rəsmi hissədən sonra Ağdam “Şur” xalq çalğı alətləri ansamblı geniş konsert proqramı ilə çıxış etmişlər.
04 oktyabr 2015-ci il tarixdə rayonun Olimpiya İdman Kompleksinin zalında Milli Məclisə Seçkilərlə əlaqədar olaraq geniş konsert tədbiri keçirilmişdir. Tədbirdə Respublikanın xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova və digər tanınmış müğənnilər iştirak etmişlər.Tədbir Xəzər televiziyasının “Ay Zaur” proqramı ilə yayımlanmışdır.
Bunlarla yanaşı, Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfində yoxlanılmış və nəticələr 07 iyul 2015-ci il tarixdə Nazirliyin Kolegiya iclasında müzakirə edilmişdir. Kollegiya iclasında Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan bir neçə uşaq musiqi məktəbinin, Tarix-diyarşünaslıq muzeyinin və Heydər Əliyev Mərkəzinin, eləcə də Ağdam Dövlət Dram Teatrının direktoruna müvafiq cəzalar veilmişdir. Bununla bağlı Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında Mədəniyyət və Turizm Nazirliyinin Kollegiya iclasının qərarları müzakirə edilmiş, Rayon Mədəniyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımov başda olmaqla aidiyyəti müəssisə rəhbərlərinə yol verilmiş nöqsanların tezliklə aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazımi tapşırıqlar və tövsiyyələr verilmişdir.
Respublikanın qocaman teatrlarından biri olan Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı həmişə zəngin yaradıcılıq ənənələri ilə seçilən mədəniyyət müəssisələrindən biri olmuşdur. Bütün fəaliyyəti dövründə həmişə tamaşaçıların rəğbətini qazana bilmiş bu sənət ocağının yaradıcılıq fəaliyyətində bir müddət obyektiv səbəblərdən çətinliklər yaransa da teatr fəaliyyətini heç vaxt dayandırmamış, əksinə yeni tamaşalar hazırlaya bilmişdir. 2015-ci ildə teatr kollektivi rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etmiş, həmin tədbirlərin uğurla alınması üçün bütün yaradıcılıq potensialından istifadə etmişdir.
Ağdam Dövlət Dram Teatrı 2015-ci ildə yazıçısı Miroslav Mitroviçin “Gecə yarısı soyğunçuluq” və Ə.B.Haqverdiyevin “Kimdir müqəssir”, Arif Mədətovun “Məcburi Evlənmə” əsərlərini hazırlayıb ictimayyətə təqdim etmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonun ərazisində əhalimizin böyük əksəriyyətinin yaşamasını və onların sağlamlığının qayğısına qalınması bu gün səhiyyə işçilərindən daha çevik və məsuliyyətlə işləməyi tələb edir.
Artıq səhiyyə sahəsində son vaxtlarda xeyli yeniliklər və irəliləyişlər olmuşdur. Mərkəzi Rayon Xəstəxanası demək olar ki, tam gücü ilə işləyir. Şöbələr il ərzində ən müasir tibbi avadanlıqlarla təmin olunmuşdur.
2015-ci il ərzində Mərkəzi Rayon Xəstəxanasının maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, rayonun Ballar kəndində, Orta Qışlaq kəndində və Xam torpaq deyilən sahədə yeni tibb məntəqələri tikilib əhalinin istifadəsinə verilmişdir. Ayaqqərvənd kəndində tibb məntəqəsi tikilib, Üçoğlan kənd xəstəxanasının əsaslı təmir olunmuşdur.
Mərkəzi Rayon Xəstəxanası üzrə ambulator qəbul 548444 nəfər olmuş, 1411 nəfər hamilə qadın qeydiyyata götürülmüşdür.
Bu ildə 15 nəfər ilkin vərəmli xəstə aşkar olunub qeydiyyata götürülmüşdür ki, ümumilikdə qeydiyyatda olan vərəmli xəstələrin sayı 468 olmuşdur.
2591 nəfər şəkərli diabetli xəstə, 228 Qarabağ əlili, 82 nəfər Çernobl əlili dispanser qeydiyyatındadır.
Uşaqlar arasında 16 nəfər talasemiyalı, 5 nəfər isə hemofiliyalı xəstə dispanser qeydiyyatına götürülmüşdür.
İl ərzində 22 nəfər xroniki böyrək çatışmamazlığından əziyyət çəkən , 28 nəfər onkoloji xəstə qeydiyyata alınmışdır.
2015-ci ildə cərrahi şöbədə 610 iri əməliyyat aparılmışdır ki, bu da cərrahi fəallığın xeyli artması deməkdir.
Hesabat ilində Doğum şöbələrinə 826 nəfər hamilə qadın daxil olmuş və 821 sağlam uşaq dünyaya gəlmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2015-ci il fevralın 2-dən aprelin 30-na dək rayon əhalisinin icbari tibbi müayinədən keçirilməsi təşkil olunmuş, 67419 nəfəri tibbi müayinədən keçmiş, onlardan 1403 nəfəri ambulator müalicəyə,118 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 71 nəfəri isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
Bundan əlavə 19-21 may 2015-ci il tarixdə Yaponiyanın “Optika Fico” şirkəti Bakı nümayəndəliyi ilə birgə rayonun Yeni Quzanlı qəsəbəsinin mədəniyyət evində əhalimizə müayinə edildikdən sonra 1500-ə yaxın görmə eynəkləri paylanmışdır.
Uşaq əhalisinə göstərilən tibbi xidməti daha da yaxşılaşdırmaq məqsədi ilə gələcəkdə baş verə biləcək yolxucu xəstəliklərin qarşısını almaq üçün Respublika İnnovasiya Mərkəzindən rayon Gigiyena və Epdiomologiya Mərkəzi vasitəsi ilə kifayət qədər peyvənd materialları və birdəfəlik şprislər gətirilərək yerli tibb məntəqələrinə paylanmış, il ərzində uşaq əhalisinin 98 faizi peyvənd edilmişdir.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tərtib etdiyi qrafikə uyğun olaraq 26 avqust 2015-ci il tarixdə Səhiyyə Nazirliyinin Hemotologiya və Transfüzologiya İnstitutunun briqadası tərəfindən Ağdam rayonunda Ümumrayon qanvermə aksiyası keçirilmiş və aksiyada 151 nəfər rayon sakinləri könüllü olaraq qan vermişdir.
Bütün bunlarla yanaşı Mərkəzi Rayon Xəstəxanasının işində bəzi çətinliklər də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin Ağdam Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin Ağdam rayonu üzrə yerli gəlir və xərclərindən 2011-ci ilin yanvar ayından 2015-ci ilin avqust ayına kimi olan dövrdə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmış və nəticədə kobud maliiyyə pozuntularına yol verildiyi və bu hesaba xeyli miqdarda büdcə vəsaitinin əsassız olaraq xərcləndiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi cənab Cavanşir Yusifovun 08 dekabr 2015-ci il tarixli Bx-03/01-04-1464 nömrəli məktubuna əsasən yoxlamaların nəticələri Ağdam rayon İcra hakimiyyəti başçısının 30 dekabr 2015-ci il tarixdə keçirilən Şura iclasında müzakirə edilmiş, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Abbasova Gülnar Hadı qızının vəzifəsindən azad edilməsi barədə ərizəsi nəzərə alınmışdır.
2015-ci il ərzində Ağdam rayon Gənclər və İdman İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərncamlarının, müvafiq qanunların, dövlət proqramlarının tələblərini rəhbər tutaraq, qarşıda duran vəzifələrin icrasını müəyyən olunmuş iş və tədbirlər planına uyğun həyata keçirmişdir.
Ötən il ərzində gənclərimiz müxtəlif idman növləri üzrə keçən yarışlarda uğurlu nəticələr əldə etmişlər.
Belə ki, boks üzrə 04-07 yanvar 2015-ci il tarixlərində Volqaqrad şəhərində uşaq və yeniyetmələr arasında keçirilən SSRİ idman ustası Subotinin xatirəsinə həsr olunmuş XVII Ümumrusiya turnirində Hüseynov Vüqar İlham oğlu II yeri və Cəfərzadə Eltac Xanlar oğlu isə III yeri tutmuşlar.
Boks üzrə 20-24 mart 2015-ci il tarixlərdə Astraxan Vilayətində Yeniyetmələr arasında keçirilən Böyük Vətən Müharibəsinin və yerli münaqişə iştirakçılarının xatirəsinə həsr olunmuş Ümumrusiya turnirində Şahbazbəyli Cavidxan Cahid oğlu I yerə layiq görülmüşdür.
Taekvondo üzrə yeniyetmələr arasında Respublika birinciliyində Məmmədov Elşad Yadigar oğlu I yerə, Taekvondo üzrə gənclər arasında Respublika birinciliyində Məmmədov Elvin Yadigar oğlu III yerə layiq görülmüşdür.
23-26 aprel 2015-ci il tarixlərdə rayonun Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Universal Döyüş” üzrə Beynəlxalq Turnir keçirilmişdir. Turnirdə 8 ölkənin nümayəndələri iştirak etmişdir.
01-05 may 2015-ci il tarixlərində Quzanlı qəsəbəsinin Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rayonlararası şahmat turniri keçirilmiş, turnirdə 10-a yaxın rayonların gənc şahmatçıları iştirak etmişdir.
Xüsusilə qeyd edirəm ki, Respublikamızda keçirilən möhtəşəm I Avropa Oyunları ilə bağlı 10 may 2015-ci il tarixdə rayonumuzda “Alov” festivalı keçirilmişdir. “Alov” festivalının keçirilməsində rayonumuzun üzərinə düşən bütün vəzifələr yüksək səviyyədə yerinə yetirilmiş, festivalın hazırlanıb keçirilməsində heç bir çatışmazlığa yol verilməmiş, məhz buna görə də rayonumuz I Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş və həmin komitənin “Qızıl” medalına layiq görülmüşdür.
Rayon idmançıları 2015-ci ildə müxtəlif idman növləri üzrə 15 respublika birinciliyi və çempionatında, 11 açıq rayon birinciliyində, 1 spartakiyadada və 1 beynəlxalaq turnirdə işrirak etmiş, nəticədə 14 nəfər 1-ci yeri, 12 nəfər 2-ci yeri, 18 nəfər isə 3-cü yeri tutmuşdur.
Bildiyiniz kimi, 2015-ci ilin ən mühüm siyasi hadisəsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdir. Rayon üzrə 4 seçki dairəsi üzrə 132 seçki məntəqəsində seçkinin şəffaf, demokratik keçirilməsi üçün lazım olan bütün tədbirlər görülmüş, nəticədə seçkilər yüksək səviyyədə təşkil olunmuş, 4 nəfər layiqli namizəd seçicilərin əksəriyyətinin səsini qazanaraq Milli Məclisə deputat seçilmişdir.
Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatı tərəfindən 2015-ci il ərzində 305 nəfər YAP sıralarına daxil olunmuşdur ki, onlardan 173 nəfərini qadınlar, 169 nəfərini isə gənclər təşkil edir. Hazırda Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatı 80 ərazi ilk partiya təşkilatında 6165 nəfər partiya üzvünü öz sıralarında birləşdirir.
YAP Ağdam rayon təşkilatı təcrübəli ziyalılardan ibarət təbliğat qrupu vasitəsi ilə xüsusilə gənclərin ideya siyasi cəhətdən maariflənməsi, dövlətçilik strategiyasının inkişafı və möhkəmləndirilməsində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, imzaladığı Fərman və Sərəncamların, çıxış və nitqlərinin öyrənilməsi və geniş ictimayyətə çatdırılmasına nail olmuşdur.
Ağdam rayonun Heydər Əliyev Mərkəzində 2015-ci ildə rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və uşaq bağçalarının, idarə, müəssisə və təşkilatların mərkəzə ekskursiyaları təşkil edilmişdir. Mərkəzdə Heydər Əliyev irsinin təbliği ilə bağlı rayonun orta ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə məşğələlər keçirilmiş və bu iş uğurla başa çatdırılmışdır.
Bir qayda olaraq rayonda yad və zərərli dini təriqətlərlə məşğul olan yoxdur.
Hazırda rayonda dövlət qeydiyyatından kecmış Xındırıstan kənd məsçidi dini icması və Çəmənli kəndində “Seyid Lazım Ağa” məscidi fəaliyyət göstərir. Şöbəmiz tərəfindən hər iki məscidin rəhbərliyi ilə mütəmadi əlaqə saxlanılır, onlarla müvafiq izahat işi aparılır və lazımi göstərişlər verilir.
Bundan başqa rayonun İmamqulubəyli, Əhmədağalı, Mirəşelli, Zəngişalı və Mahrızlı kəndlərində fəaliyyət göstərən məscidlər dövlət qeydiyyatından keçməsə də,onlar kənd bələdiyyələrinin nəzarəti altındadır.
Hazırda rayon ərazisində dini durumun vəziyyəti sabitdir və bu istiqamətdə proflaktik tədbirlər mütəmadi olaraq keçirilir.
2015-ci ildə rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, cəmi 148 cinayət hadisəsi qeydə alınmış, 17 cinayət hadisəsi bağlı qalmış, cinayətlərin açılması 87,7 faiz təmin edilmişdir.
Rayonda kriminogen vəziyyət sabitdir.
Gənclərin həqiqi hərbi xidmətə göndərilməsi 2015-ci ildə müvəfəqiyyətlə yerinə yetirilmiş, 935 nəfər gənc hərbi xidmətə göndərilmişdir.
2015-ci ildə Silahlı Qüvvələrin Yardım Fonduna 262 min manat vəsait köçürülmüşdür.
Hörmətli yığıncaq iştirakçıları!
2015-ci ildə rayonumuzun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüş, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına Dövlət dəstəyinin olması, sahibkarlara kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları və yanacağa görə yardım olunması, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına kənd təsərrüfatının inkişafı üçün əsaslı zəmin yaranmış və Respublikamızda olduğu kimi, rayonumuzda da bu sahəyə diqqət artırılmışdır.
Hal-hazırda rayonda 13 kəndli fermer təsərrüfatı, 200 nəfərə yaxın hüquqi və fiziki şəxs, 8900 ailə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olurlar.
Ötən 2015-ci ildə rayonda bütün sahələrlə yanaşı Aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün rayonun daxili imkanları hesabına köməkliklər olunmuş, ”Aqroservis” müəssəsinin vasitəsilə güzəştli qiymətlə gübrələrin alınıb torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir. Əvvəlki illərdən fərqli olaraq Aqroservis müəssisəsi tərəfindən torpaq istifadəçilərinə göstərilən texniki xidmətlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılmışdır.
Müəssisə il ərzində kənd təsərrüfatı məhsullarının becərilməsi və yığılması işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün tabeliyində olan texnikaların gücündən səmərəli şəkildə istifadə etmiş, nəticədə 3217 hektar sahədə taxıl biçini, 150 hektarda yaz-payız əkini üçün şumlama, 150 hektarda mala, 50 hektarda qarğıdalı səpini, 55 hektarda dərmanlama, 1000 metrdə arxçəkmə, 100 hektarda payızlıq buğda və arpa səpini, 105 hektarda gübrə səpini, 1000 ağac əkini üçün çala qazma işlərinin aparılmasına nail olmuşdur.
Rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən mövcud kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmış və bu məqsədlə kənd təsərrüfatı istehsalçıları lazım olan dərman pereparatları ilə təmin edilmişdir. Mütəxəssislər vasitəsilə aparılan müşahidələr zamanı ilin əvvəlində siçanabənzər gəmiricilər aşkar edilərək Respublika Bitki Mühafizə Mərkəzindən dövlət hesabına 800 kq sink fosfid preparatı alınıb gətirilərək bölgü aparılmış, bələdiyyələr vasitəsilə kəndli fermer təsərrüfatlarına paylanılmış, 10000 hektar sahədə kimyəvi mübarizə aparılmışdır.
Rayon ərazisinin mərkəzində və bayraq meydanında əkilmiş dekorativ ağaclarda aparılmış müşahidə zamanı aşkar edilmiş zərərvericilərə qarşı 2 dəfə mübarizə tədbirləri aparılmışdır.
Rayonun Ergi ərazisində KRAUN-Ko MMC tərəfindən 2015-cı ilin məhsulu üçün əkilmiş taxıl sahələrinin 800 hektarının taxıl böcəyi ilə sirayətləndiyi aşkarlanmış, məsələ ilə əlaqədar olaraq Respublika Bitki Mühafizə Mərkəzinə müraciət olunmuş nəticədə mübarizə tədbirləri aparılaraq zərərvericilərin yayılmasının qarşısı alınmışdır.
“İDEA” ictimai birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 2015-ci il ərzində rayonun ərazisində 51000 ədəd ağac əkilmişdir. Əkilmiş ağacların suvarılması üçün Soltanbud təpəsində damcı üsulu tətbiq edilmişdir.
İl ərzində 14 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qanununun tələblərinin yerinə yetirilməsi vəziyyətinə nəzarət etmək məqsədilə 29 akt, 7 protokol tərtib edilmiş, 8 məcburi göstəriş verilmişdir. Ətraf mühitə atılan tullantılara və təbiətdən istifadəyə görə şöbə tərəfindən 39 nəfər fiziki şəxsə 1748 manat ödənc tətbiq edilmişdir. Ekoloji ekspertizanı müəyyənləşdirmək məqsədilə 24 nəfər fiziki şəxsə 2662 manat ödəmə tətbiq edilərək Dövlət Ekologiya fonduna ödənilmişdir. 6 nəfər vəzifəli şəxs barəsində cərimə qərarı çıxarılaraq 1500 manat cərimə olunmuşdur. Rayonun ərazisində yaşıllaşdırma məqsədilə əkilmiş ağacların və meşə ehtiyatlarının qorunmasına və saxlanılmasına nəzarət işi Ekologiya idarəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır.
Bu gün kənd təsərrüfatı məhsulları istehsalını daha da artımaq, məhsul istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək qarşıda duran ən vacib məsələlərdən biridir.
Azərbaycan Respublikası Prezidentinin “ Kənd təsərrüfatı məhsullarına Dövlət Dəstəyi haqqında” 23 yanvar 2007 ci il tarixli 1907 saylı Sərəncamının yerlərdə icrası Aqrar sahənin inkişafına böyük təsiri olmuşdur.
Rayonumuzda taxılçılığın inkişafına xüsusi fikir verilir.
2015-ci təsərrüfat ilində 56183 ton taxıl məhsulu istehsal edilmiş hər hektardan məhsuldarlıq 31.5 sentner olmuşdur. Bu müddət ərzində 49515 ton tərəvəz, 7560 ton kartof, 5140 ton bostan, 3090 ton qarğıdalı, 1673 ton şəkər çuğunduru istehsal edilmiş, 36 hektar pambıq sahəsindən 71.1 ton məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq 19.8 sentner olmuşdur.
2016-cı ilin məhsulu üçün 17826.8 hektar sahədə taxıl əkilmiş, əkilmiş taxılın 14779.8 hektarını buğda 3047 hektarını isə arpa təşkil edir.
2015-ci il ərzində rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi, damazlıq işlərinin təşkili sahəsində də bir sıra işlər görülmüşdür.
Rayon Baytarlıq İdarəsinin 30 nəfər mütəxəssisi və Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda süni mayalandırma kursu keçmiş 6 nəfər süni-mayalama texniki heyvandarlığın inkişaf etdirilməsi, onun məhsuldarlığının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yerlərdə xidmət işləri aparırlar. Rayon Baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən vətəndaşların şəxsi istifadəsində olan 35 min baş iri buynuzlu, 103 min baş xırda buynuzlu və 200 min baş quşlara baytarlıq xidməti göstərilir.
İl ərzində rayonda 917 baş inək və düyə süni yolla mayalandırılmış 847 baş sağlam bala alınmışdır. 2015-ci il ərzində iri buynuzlu mal-qaranın baş sayı 39704 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 639 baş çoxdur.
Ana malın da baş sayı müvafiq dövrlə müqayisədə 165 baş artaraq 18300 başa, qoyunların baş sayı xeyli artaraq 105611 başa çatdırılmışdır. Heyvandarlıq məhsullarının istehsalı sahəsində xeyli artıma nail olmuş, belə ki, ət istehsalı 4042.8 tona, süd istehsalı 32690 tona, yumurta istehsalı 8,3 milyon ədədə, yun istehsalı 148.3 tona çatdırılmışdır.
Rayonda aqrar sahənin daha da inkişaf etdirilməsi üçün bir sıra problem və çatışmamazlıqların olduğu danılmazdır. Belə ki üzümçülük gəlirli sahə olsa da lazımı maliyə vəsaiti olmadığı üçün plantasiyaların salınması hələlik mümkün deyildir. Hazırda rayonda üzümçülüyün əsasına fərdi təsərrüfatlarda olan üzümlüklər təşkil edir.
Əvvəlki illərdən fərqli olaraq son bir neçə ildir ki, rayonda pambığın əkilib becərilməsi sahəsində aqrotexniki qaydalara əməl olunmamasının nəticəsidir ki, başqa kənd təsərrüfatı məhsullarına nisbətən pambıqçılıq sahəsində əsaslı surətdə gerilik vardır. Pambıqçılığın digər kənd təsərrüfatı bitkilərinə nisbətən geridə qalmasının əsas səbəblərinin biri də pambığın satış qiymətinin aşağı olmasıdır.
Kənd təsərrüfatı sahəsində növbəli əkin sisteminin tətbiq olunmaması məhsuldarlıqda özünü biruzə verməkdədir. Torpaqların düzgün və aqrotexniki qaydada becərilməməsi məhsuldarlığın aşağı düşməsinə səbəb olur ki, bu da son nəticədə əhalinin güzaranının pisləşməsinə gətirib çıxarır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 2016-cı ildə kooperasiyaların, iri fermer təsərrüfatlarının yaradılması, bağçılığın, toxumçuluğun inkişaf etdirilməsi ilə yanaşı bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsinə çalışacağıq.
2015-ci ildə rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ayrı-ayrı bələdiyyələr tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Qeyri-Hökumət təşkilatları ilə apardıqları layihələr əsasında Sarıcalı bələdiyyəsi 7,5 km, Alıbəyli bələdiyyəsi 21 km, Qaradağlı bələdiyyəsi 14 km, Əhmədağalı bələdiyyəsi Əhmədağalı kəndində 7,5 km, Mirəşəlli-Kolqışlaq kəndlərində 8,2 km, Qərvənd bələdiyyəsi 4,5 km, Çəmənli bələdiyyəsi 16 km, Zəngişalı bələdiyyəsi 23 km, Üçoğlan bələdiyyəsi 14 km kəndarası yolu çınqıl və şebenlə təmir etmiş, Əhmədağalıda 145 ev krantlaşdırılmış, Çəmənlidə 174 ailənin hər birinə 1100 manat birdəfəlik yardım olunmuş, Qərvənd kəndində 560 metr istinad divarı çəkilmiş, Qaradağlı qəbirstanlığında nümunəvi abadlıq və təmizlik işləri aparılmış, digər qəbirstanlıqlarda da bu sahədə müəyyən işlər görülmüşdür.
Azərbaycan Hökuməti ilə Dünya Bankının təşkilatçılığı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi 2015-ci ildə Birinci Baharlı qəsəbəsində 9 km, Mahrızlı kəndində 12 km kəndarası yollar təmir etmiş, 111 saylı məktəbdə əsaslı təmir işləri aparmış, məktəbi 3 vaqon tipli sinif otaqları və avadanlıqlarla təmin etmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş rayon İcra Hakimiyyəti Başçısının, onun Aparatının fəaliyyətində mühüm yer tutur. Bu baxımdan rayonun sosial-iqtisadi, mədəni, ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə adamlarla aparılan işin səmərəli, işgüzar təşkilində, ortaya çıxan problemlərin həllində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının daha fəal iştirakının təmin edilməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
2016-cı ilin yanvar ayında rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Qrafik əsasında 53 inzibati ərazi dairəsi üzrə nümayəndəlıkdə 2015-ci ilin yekunları ılə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 7013 nəfər iştirak etmiş, 256 nəfər çıxış etmişdir. Çıxışlarda 201 təklif və tənqidi qeyd söylənilmişdir. Tənqidi qeyd və təkliflər ümumiləşdirilərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə verilmışdir.
Yığıncaqlarda 2015-ci ilin noyabr ayında ölkəmizdə Milli Məclisə keçirilmiş növbəti seçkilərdə ağdamlıların yüksək siyasi fəallıq nümayiş etdirərək istədikləri namizədlərə səs vermələrindən, cənab İlham Əliyevin müdrik, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə qazanılan nailliyyətlərdən, Möhtərəm Prezidentimizin diqqət və qayğısı, imzaladığı Sərəncamlara əsasən Ağdamda görülən tikinti-quruculuq, abadlıq işlərindən ətraflı söhbət açılmışdır. Xüsusilə qeyd olunmuşdur ki, cənab Pirezident Ağdama, Ağdamlılara böyük diqqət və qayğısının nəticəsində Ağdamın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı Sərəncamlara əsasən son illər, o cümlədən, hesabat ilində çox işlər görülmüş, yeni yollar çəkilmiş, uşaq bağçaları, tibb məntəqələri, poçt binası, digər sosial obyektlər tikilmiş, rayon əhalisinin maddi rifah halı yaxşılaşmış, ruh yüksəkliyi artmışdır.
Bununla belə, yığıncaqlarda müharibə şəraitində dağılmış, zərər çəkmiş evlərin bərpası və təmirinin davam etdirilməsi, içməli və suvarma suyuna ehtiyacın olması, kəndarası, qəsəbədaxili yolların təmiri, Quzanlı qəsəbə Üçoğlan, Əhmədağalı, Zəngişalı, İmamqulubəyli, Qərvənd, Nəmirli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər üçün yeni inzibati binaların tikilməsi, Üçoğlan, Zəngişalı, Əhmədağalı, Qaradağlı kənd Mədəniyyət evlərinin əsaslı təmir edilməsi, Əfətli kəndində yeni Mədəniyyət evinin tikilməsi, uşaq bağçalarının əsaslı təmiri, yenilərinin tikilməsi, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi, köçkün qəsəbələrində iş yerlərinin açılması, internet və telefon çəkilişinin davam etdirilməsi, tibb məntəqələri üçün yeni binaların tikilməsi, məcburi köçkün olan gənc ailələrin ayrı təsərrüfat kimi qeydiyyata alınması və bir sıra digər problemlərin həllinin vacibliyi xüsusi qeyd edilmişdir.
Bir şəhər, bir qəsəbə, 33 kənd inzibati ərazi dairəsi üzrə rayon əhalisinin 2016-cı ilin yanvar ayında təsərrüfatbaşına qeydiyyatı yenidən dəqiqləşdirilmişdir. Kənd əhalisinin qeydiyyatı 488 ədəd təsərrüfatbaşına kitabda, şəhər nümayəndəliyi üzrə əhalinin daimi qeydiyyatı 100 ədəd, köçkün qəsəbələrində isə 73 ədəd Ev təsərrüfatı kitabında aparılmışdır.
01 yanvar 2016- cı il tarixə metodoloji statistikaya görə rayonun 45122 ailə- təsərrüfat olmaqla 193547 nəfər əhalisi vardır. Ondan 10287 ailə, 41708 nəfəri yerli, 34835 ailə, 151839 nəfəri məcburi köçkündür. Köçkün sakinlərimiz ölkəmizin 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Hazırda köçkün əhalimizin 50 000 nəfərdən çoxu rayonun ərazisində müvəqqəti məskunlaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən 2003-2014-cu illərdə rayonun ərazisində salınmış 18 köçkün qəsəbəsindəki 5641 evlərdə 6779 məcburi köçkün ailəsi olmaqla 26788 nəfər yaşayır.
Eyni zamanda, rayonun Ergi ərazisində 331 ailə olmaqla 1160 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
İl ərzində rayon üzrə 1217 nəfər qeydiyyata düşmüş, 1086 nəfər qeydiyyatdan çıxmışdır.
Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2015-ci il üçün İş planına uyğun olaraq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətinin müxtəlif sahələrinə aid 6 məsələ yoxlanılaraq Şura iclasında geniş müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Nümayəndəliklər üzrə vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan 51609 ədəd arayış və digər sənədlər verilmişdir.
Qeydiyyat işləri müvafiq Qanunvericilik aktlarına uyğun olaraq sənədləşdirilmiş, il ərzində rayon Qeydiyyat şöbəsi və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən 2048 doğum, 697 ölüm, 761 nigah qeydi aparılmışdır.
Başçının Aparatda keçirdiyi qəbullarda, yerlərdə keçirdiyi səyyar görüş-qəbullarda, rayon tədbirlərində nümayəndələrin iştirakı təmin edilmış, onlara verilmiş müvafiq tapşırıqların icrasına nəzarət artırılmışdır.
Müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün sakinlərimizlə daim əlaqə saxlanılmış, Başçı, müavinləri, Aparatın şöbə müdirləri tərəfindən Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Şəki şəhərlərində, Abşeron, Kürdəmir, Hacıqabul, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, İmişli rayonlarında müvəqqəti məskunlaşmış köçkünlərimizlə görüşlər, qəbullar keçirilmiş, onların bir sıra problemlərinin həllinə köməklik göstərilmişdir.
Rayon İH-nin müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə iş üzrə nümayəndələri ilə mütəmadi əlaqə saxlanılmış, onlara lazımi köməklik göstərilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
2015-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatı vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, vətəndaşların qaldırdıqları problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsini daimi nəzarətdə saxlamış, daxil olan müraciətlər təhlil edilmiş, müraciətlərin hərəkəti haqqında aydın təsəvvür yaradılmışdır.
2015-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 1509 müraciət olmuş, onlardan 672-i Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından, 126-ı Nazirlər Kabinetindən, 25-i Milli Məclisdən, 166-ı Nazirlik, Komitə və Respublikanın digər təşkilatlarından, 520-i isə bilavasitə rayon əhalisi tərəfindən daxil olmuşdur. Həmin dövrdə 108 müraciət nəzarətə götürülmüşdür ki, həmin müraciətlərə vaxtında və keyfiyyətlə baxılaraq əsas etibarı ilə müsbət həll edilmişdir.
2015-ci ildə də vətəndaşların müraciətlərinin azalması tendensiyası davam etmiş, 2014-cü illə müqayisədə 102 müraciət az olmuşdur.
2015-ci ildə Rayon İcra Hakimiyyətinin Başçısı və Aparatı tərəfindən 3416 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 1287 nəfəri İcra Hakimiyyəti Aparatında Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən, 2129 nəfəri isə Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi səyyari görüş-qəbullarda 4338 nəfər vətəndaş iştirak etmişdir.
Aparılan təhlil nəticəsində məlum olmuşdur ki, 2015-ci ildə ən çox müraciət qoşunların təmas xəttində yerləşən Çəmənli və Əfətli kənd sakinləri tərəfindən daxil olmuşdur. Bu müraciətlərin əsas hissəsi müharibə zamanı zərər çəkmiş evlərin Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən bərpa olunması ilə əlaqədardır. Hal -hazırda həmin kəndlərdə Bərpa Agentliyi tərəfindən iş aparıldığından bu mövzuda müraciətlər daha çox daxil olmaqdadır. Daxil olan digər müraciətlər isə ev təmiri, məcburi köçkünlərin ev tələbi, içməli və suvarma suyu üçün subartezian quyusunun qazılması və.s olmuşdur.
Məlum olduğu kimi “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərman imzalamışdır ki, bununla da bütün vətəndaş müraciətlərinin vahid elektron informasiya sisteminə işlənilməsi nəzərdə tutulur. Həmin Fərmanın icrasını təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyətində də müaviq otaq yaradılmış, həmin sistemin işlənilməsi üçün tələb olunan avadanlıqlar alınaraq quraşdırılmışdur. Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə sistem üzrə məsul şəxslər ayrılmış, həmin şəxslərə Prezident Asdministarsiyasının əməkdaşları tərəfindən qısa kurslar keçilmişdir. 01 iyul 2015-ci il tarixdən Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan bütün vətəndaş müraciətləri vahid elektron informasiya sisteminə işlənilir. Cari ildə daxil olan 1509 vətəndaş müraciətlərindən 758-i elektron informasiya sisteminə işlənilmişdir. Daxil olan bütün vətəndaş müraciətləri yeni sistemin tələblərinə uyğun olaraq operativ şəkildə sistemə işlənilir, daha sonra müvafiq olaraq icraçılara verilir və icrasına ciddi nəzarət olunur. Müraciət icra edildikdən sonra yenidən icra olunan sənədlər sistemdə işlənildiyindən və müraciətin baxılması və icra olunmasına dair yazılmış arayış skayner olunaraq sistemdə yerləşdiyindən mürcaiətlərin icrasına və müraciətin bağlanması keyfiyyətinə də xüsusi fikir verilir, mürcaitlərin icra olunması zamanı “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri müddətində icrasına nəzarət edilir.
2015-ci ildə Rayon İcra Hakimiyyəti əhali ilə əlaqələrin davamlılığını təmin etmək məqsədi ilə əvvəlcədən tutulmuş qrafik əsasında yaşayış məntəqələrində vətəndaşların səyyari görüş-qəbullarını təşkil etmiş, əhalini narahat edən problemləri, onların təkliflərini, tələblərini qeydə alaraq həlli istiqamətində mümkün olan məsələlərin icrasını təmin etmişdir. İl ərzində səyyari görüş- qəbullar zamanı 4338 nəfər iştirak etmiş, onların böyük əksəriyyətinin müraciəti öz müsbət həllini tapmışdır. Təhlil aparılan zaman ən çox müraciət yol kənarlarında, ayrı-ayrı yerlərdə məskunlaşmış məcburi köçkünlər tərəfindən mənzil şəraitlərinin yaxşılaşdırılması, iş tələbi və digər sosial məsələlər, eyni zamanda suvarma və içməli su üçün subartezian quyularının qazılması və.s olmuşdur. Həmçinin əhalinin problemlərini yaxından dinləmək və yerindəcə həll etmək məqsədi ilə işğal nəticəsində respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşmış vətəndaşların ən çox məskunlaşdığı Bakı, Sumqayıt, Mingəçevir, Şəki şəhərlərində, Abşeron, Kürdəmir, Ağcabədi rayonlarında əhali ilə rayon İcra Hakimiyyəti Başçısının görüşü keçirilmiş, tələb və istəkləri dinlənilərək həll edilmişdir.
Rayonda vətəndaşların qəbulu və müraciətlərinə baxılması işi müntəzəm olaraq nəzarətdə saxlanılır, təhlili aparılır. Ağdam rayon icra Hakimiyyəti Başçısı yanında Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə olunmuş, aidiyyəti şəxslərə müvafiq tövsiyyə və tapşırıqlar verilmişdir.
2015-ci ildə Ağdam rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 29 iclası keçirilmiş, tədbirlər planına uyğun olaraq və müzakirəsi zəruri olan məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan hər bir məsələ haqqında geniş və müfəssəl arayışlar hazırlanmış, çıxışlar dinlənilmiş və Şura məsələlər barədə öz tövsiyyə və qərarlarını vermişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi, ehtiyyat kadr bazasının yaradılması işi təlimata uyğun aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının müvafiq məktubuna və təlimatlara əsasən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı işlər aparılmışdır. Hazırda Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının qiymətləndirilməsi işi davam etdirilir.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonun sosial-iqtisadi inkişafı sahəsində 2016-cı ildə görüləsi işlərimiz, həlli vacib problemlərimiz çoxdur. Belə ki, rayon üzrə çox mühüm əhəmiyyətə malik problemlərin həlli üçün lazımi tədbirlər görməli, tikinti, quruculuq, abadlıq, yaşıllaşdırma sahəsindəki işlərimizi, əhalimizin həyat şəraitini, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirləri davam etdirməliyik.
Cari ildə Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisi, Heydər Əliyev Parkının yenidənqurulması, Veteranlar evinin yenidən qurulması, Bayraq Muzeyi, Kənd təsərrüfatı idarəsinin inzibati binası, Quzanlı qəsəbəsindəki 360 şagird yerlik litsey, Xındırıstan kənd uşaq musiqi məktəbi istifadəyə verilməli, sənaye məhəlləsi yaradılmalıdır.
Məcburi köçkünlərin mənzil mənzil şəraitinin yaxşılaşdırılması, 2000 ailə üçün şəhərcik salınmasının reallaşmasına çalışmalı, 29 min nəfər əhalinin yaşadığı 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini əhatə edən 25,3 km uzunluğunda Quzanlı-İmamqlubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinin plana salınmasına, digər sahələrdə də başladığımız, icrasını vacib saydığımız işlərin həllinə nail olmalıyıq.
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.
Bu yolda hamınıza uğurlar diləyirəm.
Diqqətinizə görə minnətdaram.
Ağdam Rayon İcra Hakimiyyəti Başçısı : Raqub Məmmədov