Ağdam rayonunun sosial-iqtisadi inkişaf dinamikası yüksələn xəttlə inkişaf edir
Ağdamda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Yığıncaqda qeyd edildi ki, 2014-cü ilin 9 ayının rayon üçün ən mühüm hadisəsi avqust ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna səfəridir. Cənab Prezident rayona səfəri çərçivəsində ilk nöbvədə Qaradağlı kəndi ərazisində olan hərbiçilərlə görüşdü. Sonra cənab Prezident “ Dördyol” adlanan ərazidə yeraltı qazmalarda, qamış və çiy kərpicdən tikilmiş daxmalarda agır şəraitdə yaşayan 632 ailə üçün İmamqulubəyli kəndi ərazisində salınmış qəsəbənin açılışında iştirak edib, 50 yerlik uşaq bağçasında, 440 şagird yerlik orta məktəb binasında yaradılmış şəraitlə tanış olandan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayonda son zamanlar görülən işlərə yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayona səfərindən dərhal sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün iki Sərəncam imzaladı:
“Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 7 avqust tarixli 673 saylı Sərəncamla Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağdam rayon İcra Hakimiyyətinə 2 (iki) milyon manat,
2014-cü il 7 avqust tarixli 674 saylı Sərəncamla cənab Prezident iyirmi bir min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Ağdam rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayırdı.
Cari ilin keçən 9 ayı ərzində, xüsusi ilə son 5 ayda rayonda tikinti, abadlıq, quruculuq sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, Heydər Əliyev prospektinin İmamqulubəyli kəndi ilə Təhsil şöbəsini birləşdirən hissəsində abadlıq işləri aparılmış, 1200 metr uzunluğunda yolun hər iki tərəfinə hasar çəkilmiş, üzlük daşları və mərmərlə üzlənilmiş, yolun hər iki tərəfində piyadaların gedişi üçün səki salınmış, xiyabanda 5 ədəd fantan quraşdırılmış, plitələr döşənmiş, yaşıllıqlar salınmış, yaşıllıqlara xidmət üçün suvarma sistemi quraşdırılmış, prospekt və Xiyaban müasir tipli işıqlandırma sistemi ilə təhciz olunmuşdur.
Xiyabanın İmamqulubəyli kəndindən Çay evinə qədər olan hissəsində işlər başa çatdırılmış, əyləncə mərkəzində son tamamlama işləri aparılır.
Xiyabanda Ağdam şəhərinin simvoluna çevrilmiş Çay evinin tikintisində işlər davam etdirilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Heydər Əliyev prospektinin rayonun Ağcabədi rayonu tərəfdən girişində abadlıq işlərinə başlanılmışdır.
Cənab Prezidentin Sərəncamı ilə tikintisi nəzərdə tutulan Quzanli-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisinə başlanılmış, yolun bütün hissələrində yolun kənarları tələb olunan məsafədə təmizlənərək genişləndirilmiş, kommunikasiya xəttləri üçün borular salınmış, işıq dirəklərinin yeri dəyişdirilmiş, asvalt örtüyünün salınması üçün tam hazırlanmışdır. Artıq yola asvalt döşənməsinə başlanılmış, yolun Üçoğlan-Xındırıstan hissəsi asvaltlaşdırılmış, yola asvalt döşənməsi davam etdirilir.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, aprel ayında Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış evi, avqust ayında isə “Dördyol-Mamırlı” ərazisində ağır vəziyyətdə yaşayan 632 ailə üçün İmamqulubəyli kəndi ərazisində salınmış qəsəbə istifadəyə verilmiş, hazırda ailələrin yeni mənzillərə köçürülməsi işinə başlanılmışdır.
Məktəb tikintisi sahəsində işlər davam etdirilmiş, may ayında Birinci Baharlı kənd 120 şagird yerlik məktəb istifadəyə verilmiş, 120 şagird yerlik Hacıməmədli və Həsənxanlı məktəbləri yeni dərs ilində şagirdlərin istifadəsinə verilmiş, 360 şagird yerlik Əfətli kənd orta məktəbində son tamamlanma işləri aparılır.
Ağdam rayon İcra Hakimiyyəti daxili imkanları hesabına İmamqulubəyli kənd tam orta məktəbində yenidənqurma və əsaslı təmir işləri aparmış, 5 sinif otağının artırılmasına və şagirdlərin bir növbədə və lazımi şəraitdə təhsil almasını təmin etmişdir.
Kəndarası və qəsəbədaxili yolların təmiri üçün tədbirlər görülmüş, son üç ayda 2,5km uzunluğunda Əfətli-Küdürlü, 2,0 km uzunluğunda Səfərli-Ballar, 8 km uzunluğunda Ayaq Qərvənd-Xındırıstan yolları cari təmir olunmuş, Birinci Dördyol, İkinci Dördyol, Bənövşələr, Səfərli qəsəbələrində qəsəbədaxili yollar təmir olunmuşdur. Rayondaxili yolların saxlanılması və təmiri üçün 22 min kv.metr asvalt, 71 min kv.metr çınqıl işlədilmişdir.
Evoğlu kəndində 100 yerlik uşaq bağşası və Quzanlı qəsəbəsində avtovağzal binasının, Xındırıstan kənd uşaq musiqi məktəbimnin, Quzanlı qəsəbəsində 360 şagird yerlik litseyin tikintisi davam etdirilir.
2014-cü ilin 9 ayında 150 məcburi köçkün ailəsinin evi təmir olunmuşdur.
Hazırda Əfətli kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının Xatirəsinə ucaldılmış Abidə Kompleksi rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunur.
Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün 2014-cü ilin 9 ayında bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Belə ki, rayon ərazisində elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün mövcud avadanlıqlar, o cümlədən yarımstansiyalarda 12 ədəd müxtəlif tipli açar, 33 ədəd güc transfarmatorları və yarımstansiya avadanlıqları təmir olunmuş, 51 ədəd dayaq yenisi ilə əvəz olunmuş, 17 ədəd yeni dayaq əkilmiş, Alıbəyli-Səfərli hava xəttində 94 ədəd dayağın yeri dəyişdirilmiş, 542 fərdi abonentə bir fazlı sayğaclar quraşdırılmışdır. Cari ilin 9 ayında istehlakçılara 9,5 milyon manat dəyərində 158 milyon kv saat elektrik enerjisi verilmiş, enerji dəyərinin 88,0 faizi ödənilmişdir.
2014-cü ilin 9 ayında rayonda təbii qazdan istifadə edən16160 fərdi evlərin və 48 qeyri əhali abonentlərin fasiləsiz qazla təmin olunması üçün 452 min metr yeraltı, 60 min metr yerüstü qaz kəmərlərinə baxış keçirilmiş və aşkar olunmuş nöqsanlar aradan qaldırılmış, istismar müddəti başa çatmış 217 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Həmin dövrdə abonentlərə 17 milyon 565 min kub metr təbii qaz verilmiş, satılmış qazın dəyəri 100 faiz ödənilmiş, qaz itgisi 4,7 faiz olmuşdur. Cari ilin 3-cü rübündə isə qaz itgisi 0,4 faizə endirilmişdir.
Rayonda əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün tədbirlər davam etdirilmişdir. Hesabat dövründə rayonun Əfətli, Evoğlu, Qardağlı, Zəngişalı, Mahrızlı, Çəmənli, Sarıcalı, Təzəkənd kəndlərində və Ergi qəsəbəsində içməli su üçün subartezian quyuları qazılıb istifadəyə verilmiş, mövcud subartezian quyularında 122 ədəd nasos, 16 ədəd transfarmator, 6600 metr su xətti təmir olunmuşdur. Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün tədbirlər davam etdirilir, artıq yaxın günlərdə 13 ədəd, o cümlədən Çəmənli, Hacıməmmədli, Əfətli, Məmmədbağırlı, Küdürlü, Evoğlu, Rzalar, Mahrızlı, Sarıcalı, Əhmədağalı, Mirəşəlli, Təzəkənd, Səfərli kəndlərinin hər birində 1 ədəd içməli su üçün subartezian quyuları qazılacağı diqqətə çatdırılmışdır.
Qeyd edilmi.dir ki, əhalinin suvarma suyuna olan təlabatının ödənilməsi üçün əlavə olaraq 21 subartezian quyusu qazılıb, istifadəyə verilməsi üçün tədbirlər görülür. Mövcud subartezian quyularının işləməsini təmin etmək məqsədi ilə 56 ədəd müxtəlif markalı təzə nasos, 195 ədəd müxtəlif elektrik avadanlıqları, 4500 metr kabel, 320 metr su qaldırıcı boru alınıb istifadə olunmuş, 369 ədəd nosos təmir olunmuş, Quzanlı-1 və Quzanlı-2 nasos stansiyalarında əsaslı təmir işləri aparılmışdır.
Görülmüş tədbirlər nəticəsində başda 148 milyon kub metr su götürülərək ayrıcda 125 milyon kub metr su verilmiş, rayon üzrə 31800 hektar əkin sahəsində 3 dəfədən çox suvarma aparılması təmin olunmuşdur. Bununla yanaşı rayona əlavə subartezian quyularının verilməsi üçün tədbirlər görülür.
Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmişdir. Bu məqsədlə Birinci Baharlı qəsəbəsində və Mirəşəlli kəndində EATS üçün birləşdirici xətt FO kabeli çəkilmiş, Mahrızlı kəndinin və Quzanlı köçkün qəsəbəsinin hər birində EATS-nın ümumi montaj tutumu 48 nömrə artırılmış, internetdən istifadəni yaxşılaşdırmaq üçün Rzalar kəndində 24 port, Quzanlı köçkün qəsəbəsində 32 port, Əfətli kəndində 24 port artırılmışdır. Hazırda rayonda 781 port yüksək sürətli internet istismardadır.
Quzanlı qəsəbəsində Qovşağa kabellərin çəkilməsi, Mahrızlı kəndində telefon çəkilişi, İmamqulubəyli qəsəbəsində EATS-nın qurulması üçün birləşdirici xəttin FO kabelinin çəkilməsi başa çatmaq üzrədir.
Hesabat dövründə əhaliyə 74 min 22 manata qarşı 88 min 225 manatlıq rabitə xidməti göstərilmiş, tapşırığa 119 faiz əməl edilmişdir. Poçt maliyyə xidmətlərinin yerinə yetirilməsi üçün mərkəzdə Quzanlı, Qaradağlı, Mahrızlı, Əfətli, Xındırıstan və Çəmənli poçt şöbələrində yeni şəbəkə qurulub istifadəyə verilmiş, bütün şöbələr yeni sistemə keçirilmişdir ki, bu da ərazidə yaşayan əhaliyə yüksək keyfiyyətli xidmət göstərməyə, əhalinin elektrik enerjisinin və təbii qazın dəyərlərini ödəməyə, teleqramma, məktub korespandesiyaları, sığorta və başqa xidmətləri həyata keçirməyə imkan yaratmışdır.
Bildirilmişdir ki, Təzəkənd qəsəbə sakinlərinin müraciəti əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qəsəbədə yaxın günlərdə yeni poçt binasının tikintisinə başlanılacaqdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan 11 tədbir icra olunur.Qalan 3 tədbirin icrasına isə yaxın vaxtlarda başlanacaqdır.
Dövlət Proqramının icrası olaraq rayonda 2014-cü ilin 9 ayı ərzində 1243 yeni iş yeri açılmış, ondan 793 daimi, 450 mövsümü, o cümlədən 3-cü rübdə 453 yeni iş yeri açılmış, ondan 308 daimi, 145 mövsümüdür.
Rayon üzrə 2014- cü ilin 9 ayı ərzində ümumi məhsul istehsalının həcmi 126 milyon manat olmuş, 2013-ci ilin müvafiq dövü ilə müqayisədə 31 milyon 100 min manat və ya 32,8 faiz artmışdır, sənaye məhsulunun ümumi həcmi 5 milyon 325 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 69 milyon 680 min manat, ticarətin dövriyyəsi 7 milyon 870 min manat, informasiya və rabitə xidməti 200 min manat, nəqliyyat və anbar təsərrüfatı 680 min manat olmuş, 9 ay ərzində tikinti quraşdırma işlərinin həcmi 42 milyon 245 min manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan hal- hazıra kimi 17 tədbir icra edilmiş, icra müddətinə əməl olunmaqla 5 tədbir icra olunur, 1 tədbirin icrasına yeni başlanılıb.
Sahibkarlığın inkişafına xüsusi diqqət yatirilmiş, Kapital Bankın Ağdam rayon filialı tərəfindən 2014-cü ilin 9 ayı ərzində 1300 nəfərə 1milyon 500 min manat, cari ilin 3-cü rübündə isə 500 nəfərə 500,0 min manat, Cari ilin 9 ayı ərzində “Kafqaz kredit” təşkilatı tərəfinədn 635 nəfərə 621,9 min manat, o cümlədən 3-cü rübdə 234 nəfərə 236,2 min manat,“Kaspian-İnvest” bank olmayan kredit təşkilatı tərəfindən 353 nəfərə 425,2 min manat, o cümlədən 3-cü rübdə 119 nəfərə 165,0 min manat və “ Azərkredit” bank olmayan kredit təşkilatı 2245 nəfərə 2394,2 min manat, o cümlədən 3-cü rübdə 717 nəfərə 838,9 min manat kredit verilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34 layihə həyata keçirilmiş 63 yeni iş yeri açılmış, 712,0 min manat, o cümlədən 3-cü rübdə 11 layihə, 25 yeni iş yeri açılmış 470,0 min manat kredit verilmişdir. 01 oktyabr 2014-cü il tarixə rayonda qeydiyyatda olan işsizlərin sayı keçən illə müqayisədə 1918 nəfərdən 793 nəfərə enmiş, yəni 1125 nəfər azalmışdır. Hazırda idarə və müəssisələrdə 126 vakant iş yeri vardır, ondan 101-i qulluqçu, 25-i isə fəhlə kateqoriyasından olan iş yerləridir.
12 sentyabr 2014-cü il tarixdə rayon Olimpiya idman kompleksində növbəti əmək yarmarkası keçirilmiş, 300 nəfərə yaxın vətəndaş işaxtaran kimi iştirak etmiş, onlardan 80 nəfərinə işə düzəlmək üçün göndərişlər verilmişdir.
Təhsil sahəsində də Ağdam rayonunda otən 9 ayda böyük uğurlar qazanılmışdır. Məhz bu uğurların nəticəsidir ki, Ali məktəblərə qəbul üçün sənəd verən 560 nəfər məzundan 343 nəfəri respublikamızın müxtəlif Ali məktəblərinə qəbul olunmuş, onlardan Çəmənli kənd tam orta məktəbinin şagirdi Məmmədzadə İlkin Rəfail oğlu 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə daxil olmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 12 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən artıq bal toplamışlar.
Ali məktəbə qəbul olan məzunların əməyi rayon İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 27 avqust 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı qəsəbə Mədəniyyət evində Ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq Ali məktəblərə qəbul olunmuş məzunlar və onların valideyinləri ilə rayon ictimayyətinin görüşü keçirilmiş və tədbirdən sonra həmin məzunların hər biri rayon İcra Hakimiyyəti tərəfindən pul mükafatı ilə mükafatlandırılmışlar.
Yüksək bal toplayıb Ali məktəblərə qəbul olunmuş aztəminatlı ailələrin övladlarına (cəmi 7 nəfər olmaqla) Ağdam rayon İcra Hakimiyyəti və digər idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən təhsil aldığı müddətlərdə hər ay üçün 100 ( bir yüz) manat təqaüd təyin edilmişdir.
Rayonda orta ixtisaslı mütəxəsislərin hazırlanması sahəsində Ağdam Musiqi Kollecinin, Ağdam Sosial İqtisadi Kollecinin, orta Pillə Peşə hazırlığının həyata keçirilməsində 2 saylı və Ağdam 4 saylı Peşə məktəbləri fəaliyyətini genişləndirmiş, həmin məktəblərdə son dövrlərdə təlim-tərbiyə və tədrisin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər aparılır və hər bir məktəb rayonun ictimai -siyasi həyatında keçirilən tədbirlərdə yaxından iştirak etdiyi qey olunmuşdur..
2014-ci ilin 9 ayı ərzində, xüsusi ilə son 3 ayda rayon Mədəniyyət və Turizm şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır.
2014-cü il Ağdam Dövlət Dram Teatrının fəaliyyətində bir sıra nöqsanlarla yadda qalmışdır. Bunun nəticəsi olaraq Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin Hacıbəyov vəzifəsindən azad olunmuş və Məhəmməd Hüseynov teatra yeni direktor təyin olunmuşdur.
Hesabat dövründə xüsusilə son 3 ayda rayon səhiyyəsinin işində böyük yeniliklər və keyfiyyət dəyişiklikləri olmuşdur.
2014-cü ilin 9 ayı ərzində Rayon Mərkəzi Xəstaxana sistemində 911 xəstə stasionar müalicədə olmuş, onlardan 486 nəfərində cərahiyyə əməliyyatı aparılmışdır. Ötən ilin 9 ayı ərzində əhalinin səhiyyə müəssisələrinə ambulator gəlişlərində də xeyli irəliləyiş olmuşdur. Belə ki, ötən dövr ərzində 484 min 446 nəfər ambulator gəliş olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Məlumat üçün bildirirəm ki, 2014- cü ilin 9 ayı ərzində Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə 770 hamilə daxil olmuş, 769 sağlam uşaq dünyaya gəlmişdir.
2014-cü ilin 9 ayı ərzində uşaq əhalisinin 70 faizinin peyvəndə cəlb olunması təmin edilmişdir.
Ulu Öndərin adını daşıyan rayonun Heydər Əliyev Mərkəzində də 2014-cü ilin 9 ayı ərzində də bir çox işlər görülmüş, gənc nəslin ailə qurarkən “kəbin-kəsdi” mərasimi də Heydər Əliyev Mərkəzində təntənəli surətdə qeyd olunur.
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da siyasi sabitlik, sağlam əhval ruhiyyə mühiti yüksək səviyyədə təmin olunmuşdur. Bu gün rayonda 13 siyasi partiya qeydiyyatda olsa da onlardan yalnız əhalinin dəstəkləyib etibar etdiyi, inandığı Yeni Azərbaycan Partiyası istisna olmaqla digər partiyaların heç birinin əhali arasında sosial bazası yoxdur. son 9 ayda YAP-ın sıralarına əsasən gənclər olmaqla 167 nəfər üzv qəbul edilmişdir.
Rayonda gənclərlə bağlı Dövlət siyasətinin həyata keçirilməsi və idmanın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, rayon gənclərinin bir sıra tədbirlərdə iştirakı təmin olunmuşdur.
Rayonda idmanın müxtəlif növləri üzrə yarışlar keçirilmiş, bütün idman növləri üzrə yarışların qalibləri diplom, medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Rayondaxili yarışlarla bərabər idmançılarımız müxtəlif idman növləri üzrə respublika əhəmiyyətli 14 birincilik və çempionatda, 5 açıq rayon birinciliyində, 4 zona yarışlarında, 1 beynəlxalq səviyyəli turnirdə və 1 spartakiyadada iştirak etmiş, ümumilikdə 3 idmançımız birinci yeri, 5 idmançımız ikinci yeri, 18 idmançımız üçüncü yeri tutmuşdur.
2014-cü ilin 9 ayı ərzində rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, cəmi 90 cinayət hadisəsi qeydə alınmış, 9 cinayət hadisəsi bağlı qalmış, cinayətlərin açılması 89,2 faiz təmin edilmişdir.
Rayonda kriminogen vəziyyət sabitdir.
Ağdam rayon gənclərinin həqiqi hərbi xidmətə göndərilməsi rayon ərazisində 2014-cü ilin 9 ayı ərzində müvəfəqiyyətlə yerinə yetirilmiş, 699 nəfər gənc hərbi xidmətə göndərilmişdir.
2014-cü ilin 9 ayında Silahlı Qüvvələrin Yardım Fonduna 40 min manat, o cümlədən son iki ayda 20 min manat vəsait keçirilmişdir.
2014-cü ilin ötən 9 ayında rayonumuzun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüş, xeyli irəliləyişə nail olunmuşdur.
Hal-hazırda rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 13 kəndli fermer təsərrüfatı, 200 nəfərə yaxın hüquqi və fiziki şəxs, 8900 ailə təsərrüfatına Subartezian Quyularının İstismarı idarəsi, Suvarma Sistemləri idarəsi və “Aqroservis” müəssisəsi fəaliyyət göstərir.
2014-cü ilin ötən 9 ayında rayonda bütün sahələrlə yanaşı Aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün rayonun daxili imkanları hesabına köməkliklər olunmuş, ”Aqroservis” müəssəsinin vasitəsilə güzəşli qiymətlə gübrələrin alınıb torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir.
Bu gün kənd təsərrüfatı məhsulları istehsalını daha da artımaq, məhsul istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq habelə damazlıq heyvandarlığı inkişaf etdirmək kimi məsələ qarşıda duran ən vacib məsələlərdən biridir.
Azərbaycan Respublikası Prezidentinin “ Kənd təsərrüfatı məhsullarına Dövlət Dəstəyi haqqında” 23 yanvar 2007 ci il tarixli 1907 saylı Sərəncamının yerlərdə icrası Aqrar sahənin inkişafına böyük təsiri olmuşdur.
Rayonumuz inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan taxılçılığa xüsusi fikir verilir.
2014-cü ilin ötən dövrü ərzində rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi, damazlıq işlərinin təşkili sahəsində də bir sıra işlər görülmüşdür.
Ötən dövr ərzində rayonda 795 baş inək və düyə süni yolla mayalandırılmış 652 baş sağlam bala alınmışdır. 2014-cü ilin 9 ayında iri buynuzlu mal-qaranın baş sayı 38727 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1791 baş çoxdur.
Ana malın da baş sayı müvafiq dövrlə müqayisədə 424 baş artaraq 18047 başa çatdırılmışdır. Qoyunların baş sayı xeyli artaraq 104362 başa çatdırılmışdır. Heyvandarlıq məhsullarının istehsalı sahəsində xeyli artıma nail olmuşdur. Belə ki, ət istehsalı 122 ton artaraq 3021 tona, süd istehsalı 860 ton artaraq 24432 tona çatdırılmışdır.
2014-cü ilin ötən dövrü ərzində rayon Hərrac Komissiyasında müsabiqə yolu ilə 52 nəfərə 5.42 hektar torpaq sahəsi satılmış, 1 nəfərə isə 4.00 hektar torpaq sahəsi icarəyə verilmişdir. 52 nəfərə 5.42 hektar torpaq sahəsi bütünlükdə həyətyanı torpaq sahəsi kimi satılmışdır.
Tədbirin sonunda qeyd edilmişdir bütün bu uğurlara baxmayaraq bir sıra çatışmazlıqların da aradan qaldırılması üçün bütün lazımı tədbirlər görüləcəkdir.