Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2013- cü ildə Ağdam rayonunda görülən işlərə dair  hesabat


  Ağdam rayon icra hakimiyyətində “ Dövlət qulluqçularının etik davranış qaydaları haqqında ” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna ciddi nəzarət edilməklə, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilir.
  Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı ” na uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlər təşkil edilmişdir.
   Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”na müvafiq olaraq RİH-nin illik iş planı tərtib olunmuş və icrası nəzarətə götürülmüşdür.  Rayon İcra hakimiyyəti tərəfindən RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.
    Ağdam rayon İcra Hakimiyyətinin  İş planına əsasən  İcra Hakimiyyəti Başçısı aparatının , inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ,rayonun müvafiq idarə,müəssisə və təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, оnların fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən  müraciətlərə operativ və qısa müddət
ərzində  baxılması  məqsədi ilə əməli tədbirlər həyata keçirilmişdir.
     Bütün bunlarla yanaşı təşkil olunmuş treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və  dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmişdir.
         Rayon İcra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə  təşkil olunmuş treninqlərdə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək aparatın məsul işçilərinin və Məhkəmə, Prokurorluq orqanlarının rəhbərlərinin mühazirələri dinlənilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında ” Azərbaycan Respublikası Qanununun  məqsəd və mahiyyəti, prinsipləri və  qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir.
Bununla yanaşı, Dövlət orqanlarında qulluğa ixtisaslı və peşəkar kadrların cəlb edilməsi, bu orqanların fəaliyyətinin  müasir tələblərə  uyğun qurulması və   səmərəliliyinin artırılması məqsədi ilə Dövlət qulluğunun bütün  bütün sahələrinə qəbul  Azərbaycan Respublikası  Prezidentinin 24 iyun  2009-cu il tarixli  108 saylı Fərmanı ilətəsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə  vasitəsi ilə qəbul qaydalarına müvafiq həyata keçirilmişdir.. Aparılmış islahatlar nəticəsində RİHB aparatında və RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bütün ştatlara ali təhsili kadrların yerləşdirilməsi işi qanunvericiliyə uyğun olaraq başa çatdırılmışdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan vakant vəzifələr üzrə  dövlət qulluğuna qəbul üçün  vakant vəzifələrin siyahısı mütəmadi olaraq  Azərbaycan Respublikası  Prezidenti yanında  Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya təqdim olunur. Eyni zamanda komissiya tərəfindən tərtib olunmuş vakant vəzifələrin siyahısı rayonun kütləvi informasiya vasitələrində dərc olunaraq ictimaiyyətə açıqlanır.
Bütün bunlarla yanaşı İş planına uyğun olaraq dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə  dövlət qulluqçularının ixtisasartırma üzrə  ehtiyaclarının müəyyən edilərək onların müvafiq kurslara  və treninqlərə cəlb edilməsi təmin edilir.
  Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət olunur və etik davranış qaydalarına əməl olunmasına nəzarət “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə görülən tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar 2013-cü il ərzində hər hansı şikayət daxil olmamışdır.
    Ağdam Rayon İcra Hakimiyyəti  tərəfindən Azərbaycan Respublikasının Prezidentinin  5 sentyabr 2012-ci il tarixli 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”nın və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn bütün vəzifələr bundan sonra da tərəfimizdən mütəmadi olaraq icra ediləcəkdir.

Keçidlər