Məmmədov Raqub Allahverdi oğlu
Məmmədov Raqub Allahverdi oğlu
1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur.1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.
1986-1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir. 1993-2014-çü illərdə Azərbaycan Respublikası MT orqanında xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azerbaycan Partiyasinin üzvüdür.
Ailəlidir, 3 övladı , 3 nəvəsi var.