Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib

10 noyabr 2021 | 11:00

Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov  vətəndaşları qəbul edib.
Qəbula gələn Əfətli kənd sakini, şəhid anası Əsədova Şəhla Nuralı qızı oğlu Etibar Əsədov adına Hacıturalı körpələr evi-uşaq bağçasının təmir olunmasına görə minnətdarlığını bildirmiş, şəhidin barelyefinin bağça binasına quraşdırılmasını xahiş etmişdir. RİH başçısı şəhid anasının müraciətinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıq vermişdir. Qəbula gələn digər vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və bəzilərinin həll olunması üçün isə aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülüb.

Keçidlər