Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov rayonun Üçoğlan, Ballar, Zəngişalı kəndləri və Səfərli qəsəbəsində olmuşdur.

04 noyabr 2021 | 11:00

Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov rayonun Üçoğlan, Ballar, Zəngişalı kəndləri və Səfərli qəsəbəsində olmuşdur.
RİH başçısı Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Ballar kəndində kənddaxili yollara asfalt örtüyünün çəkilməsilə maraqlanmış, kənd sakinləri ilə görüşmüş və işlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Daha sonra RİH başçısı Ballar kəndində, eləcə də Səfərli qəsəbəsində  tikintisi davam edən Şəhid bulaqlarında görülən işlərlə yaxından tanış olmuş, işlərin gedişinin sürətli aparılması barədə tapşırıq vermişdir. Sonra Zəngişalı kəndində gənclərin asudə vaxtını səmərəli keçirmək üçün bərpa  olunan futbol meydançasına baxış keçirmiş,kənd sakinləri ilə görüşmüş və onların problemləri ilə maraqlanmışdır.

Keçidlər