Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgievlə görüşmüşdür

20 oktyabr 2021 | 11:00

19 oktyabr 2021-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov  BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgievlə görüşmüşdür. Görüş zamanı “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində görülmüş işlərin müzakirəsi aparılmışdır. Müzakirə zamanı təşkilatın Ağdam rayonu ərazisində gördüyü işlərlə bağlı məlumat verən Vladimir Georgiev bildirib ki, layihə çərçivəsində Ağdam rayonunda təmiri mümkün olan “Şəmsi” , “Heyvalı” və “Qozlu” kəhrizlərində əsaslı təmir işləri aparılmışdır. Həmin kəhrizlərin suyundan içməli və suvama suyu kimi istifadə olunması nəzərdə tutulur. Qeyd olunan kəhrizlərdən rayonun Əhmədağalı, Kolqışlaq, Çıraqlı kəndləri və Bənövşələr qəsəbəsinin əhalisi istifadə edə biləcəklər. Görüş zamanı Rayon əhalisinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi layihənin əhəmiyyəti xüsusi vurğulanmış, digər kəhrizlərdə də təmir-bərpa işlərinin uğurlu davam etdirildiyi diqqətə çatdırılmışdır.

 

Keçidlər