Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid ailələrini evində ziyarət edib

24 sentyabr 2021 | 11:00

Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov  bir neçə Vətən müharibəsi şəhidinin ailə üzvlərini ziyarət edib.
Ziyarət zamanı RİH başçısı Vaqif Həsənov şəhid Quliyev Şəhriyar Nəsib oğluna “Cəbrayılın azad olunmasına görə” ( ölümündən sonra) və İsizadə Elvin Azim oğluna “Xocavəndin azad olunmasına görə” ( ölümündən sonra) verilən medallarını onların ailə üzvlərinə təqdim etmişdir. Daha sonra Vətən müharibəsi şəhidi Vəliyev Vüqar Murad oğlunun yaşadığı evdə olmuş, onun ailə üzvləri ilə görüşmüşdür. RİH başçısı Vaqif Həsənov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər