Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

10 avqust 2021 | 11:00

Ağdam rayonunun  Birinci Baharlı qəsəbəsində vətən müharibəsi şəhidləri Yusifzadə Xudayar Müslüm oğlunun, Zeynalov Ramin Yasən oğlunun, Həsənov Məqsəd Mahir oğlunun və Mönsümzadə Orxan Səfiyar oğlunun əziz xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yollarından danışılıb. Çıxışlardan sonra Vətən müharibəsində iştirak etmiş bir neçə döyüşçüyə medal təqdim edilib. Daha sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidlərin əziz xatirəsi yad edilmişdir. Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası ilə yekunlaşıb.

Keçidlər