Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi şəhidi Mahmudov Elçin Cəmil oğlunun doğum günü onun Quzanlı qəsəbəsindəki şəhidlər xiyabanındakı qəbrüstü abidəsi önündə qeyd edildi

07 iyun 2021 | 11:00

Ağdamda Vətən müharibəsi şəhidi Mahmudov Elçin Cəmil oğlunun doğum günü onun Quzanlı qəsəbəsindəki şəhidlər xiyabanındakı qəbrüstü abidəsi önündə qeyd edildi
Şəhidin ailə üzvlərinin , silahdaşlarının, Ağdam rayon İcra Hakimiyyəti əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə ilk olaraq şəhidin məzarı ziyarət edilib.
Mərasim iştirakçıları şəhidimizin məzarı önünə gül dəstələri düzərək abidə önündə sayğı duruşuna dayanıblar.
Sonra şəhidin döyüş yoluna nəzər salınıb. Çıxış edənlər Mahmudov Elçinin vətən naminə göstərdiyi qəhrəmanlıqdan, Xalqa və Dövlətə bağlılıqdan , onun vətən sevgisindən geniş söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın qalib olduğu haqq savaşında şəhidimizin danılmaz zəhməti, unudulmaz fədakarlıqları var.
Qeyd edək ki, şəhid Mahmudov Elçin Vətən müharibəsi zamanı öz döyüş tapşırıqlarını yerinə yetirən zaman - 02 oktyabr 2020-ci ildə Füzuli  rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
— "Vətən uğrunda" medalı (ölümündən sonra) ilə təltif edilib.
Vətən sağ olsun !

Keçidlər