Şriftin ölçüsü :

Saytın rəngi :

“YAŞAT” Fondu Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası ilə birgə “Hədiyyə Karvanı” layihəsinin icrası ilə əlaqədar Ağdam rayonunda olmuşlar

04 iyun 2021 | 11:00

“YAŞAT” Fondu Türkiyənin Uşaq oyunları və İdman Klubları Federasiyası ilə birgə “Hədiyyə Karvanı” layihəsinin icrası ilə əlaqədar Ağdam rayonunda vətən müharibəsi şəhidlərimizin ailələrini ziyarət etmiş, onların övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr bağışlamışlar. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensialllarının inkişafına dəstək olmaqdır.
Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” layihəsi 13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər ediləcək və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.

Keçidlər