Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

20 aprel 2021 | 11:00

Ağdam rayonu Mirəşelli kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Rayon İcra hakimiyyətinin işçiləri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.

 

Keçidlər