Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavinləri COVID-19 əleyhinə peyvənd olunublar

18 mart 2021 | 11:00

Respublikamızın hər yerində olduğu kimi, Ağdam da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması Şöbəsinin müdiri, başçının müavini  Arzu Rəhimova Rayon Mərkəzi Xəstəxanasına gedərək COVID-19 əleyhinə peyvəndin II dozasını vurdurublar. Hazırda rayonda vaksinasiya prosesi davam etdirilir.

Keçidlər