Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar uşaqları təbrik etmişdir

01 iyun 2020 | 11:00

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bağça və məktəb şagirdləri ilə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar onlayn formatda videogörüş keçirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Rayon rəhbəri xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  və Birinci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün uşaq bağçaları,məktəblər əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir.Həmçinin uşaqlar da ölkə rəhbərliyinə və Rayon İcra Hakimiyyətinin başçısına uşaqlara  göstərilən diqqət və qayğıya görə səsləndirdikləri şeir parçaları ilə öz təşəkkürlərini bildiriblər.

Keçidlər