Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüşüb.

09 may 2020 | 11:00

İkinci Dünya müharibəsində əldə edilmiş Qələbənin 75-ci ildönümü münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon veteranlarını ziyarət edib, rayon rəhbərinin adından müharibə veteranlarını təbrik ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları veteranlarla səmimi söhbət edərək, onlara göstərilən dövlət qayğısından bəhs ediblər. Bildiriblər ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər sırasında müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılması xüsusi yer alır. Qələbənin 75 illiyi münasibətilə dövlət Başçımız tərəfindən imzalanmış 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi haqqında Sərəncam bu qayğının davamlı olmasının bariz nümunəsidir. Görüş zamanı veteranlar öz xatirələrini danışaraq, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər