Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, yaşlı, kimsəsiz insanlara qayğı göstərilib.

02 aprel 2020 | 11:00

Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsində qeydiyyatda olan bu qəbildən olan insanlar müəyyənləşdirilib və tənha yaşayan ahıl vətəndaşlara baş çəkilib, onlara ərzaq yardımı göstərilib.
Nazirlər kabineti yanında Operativ Qərgahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Ağdam rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq küçə və qəsəbələrdəki yollar yuyularaq dezinfeksiya edilir. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

 

Keçidlər