Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyəti başçısının Üçoğlan və Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2019 – cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

16 yanvar 2020 | 11:00

Şəhər, rayon İH başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Ağdam rayonu İcra Hakimiyyəti başçısının Üçoğlan və Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Möhübbət Hüseynov və Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Quliyev hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.
Nümayəndələr məruzələrində bildiriblər ki, mütəmadi olaraq nümayəndəliyin tərkibinə qeydiyyata düşən və qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşdirilmişdir. Bundan başqa kənd sakinləri ilə daimi olaraq profilaktik işlər aparılmış və onların problemlərinin həlli üçün lazımı işlər həyata keçirilmişdir. Bildiriblər ki, bütün bu görülən işlərə baxmayaraq nümayəndəliyin işlərində bir sıra nöqsanlar və çatışmazlıqlar da olmuşdur. Bütün çatışmazlıqlardan nəticə çıxararaq növbəti ildə daha məsuliyyətlə və daha düzgün iş apararaq nöqsanları aradan qaldırmağa çalışacaqlar.
Daha sonra 2020-ci ildə görüləcək işlər barədə danışan hər iki nümayəndə bildirib ki, rayon rəhbərliyinin köməkliyi və qayğısı ilə 2020-ci ildə görüləcək işlərə hər il olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və verilən bütün tapşrıqların yüksək məsuliyyətlə yerinə yetirəcəklər.
Hesabat iclasında çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasıdan geniş bəhs etdi.
Rayon İcra Hakimiyyətinin başçısı yerli nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən də danışaraq bu əlaqənin daha da artırılmasını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çatdırdı.
Hesabat yığıncağından sonra kənd sakinləri onları narahat edən bəzi məsələlər barədə rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək həllinə köməklik edilməsini xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində onlara geniş izahat vermiş və bəziləri barədə isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verərək onların həlli prosesini nəzarətə götürmüşdür.

 

 

Keçidlər