Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib

22 dekabr 2019 | 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün respublikamızın bölgələrində inşa edilən fərdi evlərdən ikisi Ağdam rayonunun Quzanlı qəsəbəsi və Üçoğlan kəndi ərazisində sahiblərinə təqdim edilib.
Bu münasibətlə keçirilən mərasimlərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli çıxış edərək ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ağdam rayonunda altımərtəbəli, 54 mənzilli bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Bundan başqa, onlarla müharibə veteranı, əlil və şəhid ailəsi fərdi evlərlə və minik avtomobilləri ilə təmin olunub. 2019-cu ildə rayonda həmin kateqoriyadan olan vətəndaşlara 20 mənzilin verilməsi nəzərdə tutulub. Artıq həmin evlərdən 4-ü şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Tezliklə 16 fərdi ev də sahiblərinə təqdim olunacaq.
Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid atası Rəşid Əliyev və Qarabağ müharibəsi əlili Akif Hacıyev onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Keçidlər