Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlı gənclər milli və mənəvi dəyərlər barədə maarifləndiriliblər

17 dekabr 2019 | 11:00

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbiri açaraq mövzunun əhəmiyyətinə toxunub. Bildirib ki, indiki dövrdə gənclərlə milli və mənəvi dəyərlərin təbliği sahəsində maarifçilik işinin aparılması, onların ziyalılarımızla görüşlərinin təşkil edilməsi təqdirəlayiqdir.
Sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov gənclərin mənəviyyatının zənginləşməsində, onlarda vətənpərvərlik hissinin formalaşdırılmasında təhsilin rolundan danışıb.
“ASAN Radio”nun rəhbəri Emin Musəvi çıxışında bildirib ki, dəyərlərimizin qorunmasında, yaşadılmasında və təbliğində kütləvi informasiya vasitələrinin, xüsusilə medianın rolu danılmazdır.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər