Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda idman yarışı keçirilib

14 oktyabr 2019 | 11:00

Ağdam rayonu Quzanlı qəsəbə Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyasının birgə dəstəyi və təşkilatçılığı, Ağdam rayon İcra Hakimiyyətinin təşkilatı köməkliyi ilə dünya şöhrətli alim Xudu Məmmədovun xatirəsinə həsr olunmuş I Açıq Respublika turniri keçirilib. Turnirdə respublikanın bir sıra şəhər və rayonlarının idmançıları əsas yerlər uğrunda mübarizə aparıblar. İdman tədbiri iki gün davam edib. Tədbirin bağlanış mərasimində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak edərək tədbir iştirakçılarını və təşkilatçıları təbrik edərək onlara öz arzularını çatdırıb. İdmanın gənc nəslin sağlam böyüməsi üçün vacib amillərdən biri olduğunu qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı yarışda fərqlənən idmançılara medalları və hədiyyələri təqdim edərək onlara uğurlar arzu edib

Keçidlər