Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Şəki rayonu ərazisində yerləşən məcburi köçkünlərin yaşadığı Çələbi Xan qəsəbəsində Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

28 iyun 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Şəki şəhəri ərazisində yerləşən məcburi köçkünlərin yaşadığı Çələbi Xan qəsəbəsində səyyar qəbul-görüş keçirib. Səyyar görüşdə respublikanın və regionun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirib.
Məcburi köçkün sakinlərdən Mirzəyeva Zümrüd, Əliyev Oktay, Ağababayev İlqar, Nəsirov Asif, Quliyev Muxtar və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi köçkün qəsəbələrində yaşayan insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su probleminin və xeyir-şər evinin tikilməsinə, işlə təminat və digər şəxsi məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi yerində həll edilib, digərlərinin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib, onların həlli nəzarətə götürülüb.
Qəbuldan sonra Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov güclü yanğın nəticəsində xeyli sayda mal-qarasının və yaşadığı yardımçı tikilinin içindəki əşyalarla birlikdə tamamilə yandığı Şəki rayonu Aşağı Küncüd kəndində köhnə Mal Fermasında məskunlaşan iki Ağdamlı və bir Laçın rayonundan olan məcburi köçkün ailəsinə baş çəkmək, hadisə ilə yerində tanış olmaq üçün həmin yerdə olmuşdur. Rayon icra hakimiyyətinin başçısı hadisə ilə tanış olduqdan sonra onların yaşayış yerinin qısa zamanda təmir olunaraq istifadəyə verilməsi üçün lazımı orqanlarla məsələhətləşmələr aparmış və tez bir vaxtda təmir işlərinə başlanılacağını bildirmişdir.

Keçidlər