Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindəndir

26 may 2019 | 11:00

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir. AXC 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Bu fikir Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbənin mərkəzindəki abidəsi önünə tər gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında davam edən tədbir Azərbaycanın Dövlət himninin səsləndiirlməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən, dövlətçilik tariximizdə rolundan danışıblar.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Tədbir konsert proqramı ilə başa çatıb.

Keçidlər