Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib

30 aprel 2019 | 11:00

Ağdam rayon Mədəniyyət Şöbəsinin təşkilatçılğı ilə Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Ağdam rayon Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov  şəhidlərin keçdiyi döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıqlar haqqında iştirakçılara geniş məlumat verdi.
Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Vaqif Həsənov çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. Bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır.
Anım tədbirində məktəblilərin ifasında şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən şeerlər dinlənildi, videoçarx nümayiş etdirildi.

Tədbirin çərçivəsində Ağdam rayon İcra Hakimiyyətinin  Başçısı cənab Vaqif Həsənov şəhid ailələri ilə görüşərək onların problemləri ilə maraqlanmışdır.

Keçidlər