Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıb

23 mart 2019 | 11:00

Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ağdam rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olunub.
Prezident İlham Əliyevin tapşırığına əsasən 23-26 mart 2019-cu il tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Ağdam rayon məktəbliləri Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər edəcəklər.
Mart ayının 23-də Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin qarşısında tur-aksiyada iştirak edəcək Ağdam rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirilib. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildirdilər.
Görüşdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Eyni zamanda bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, ölkәmizin tarixini dәrindәn öyrәnib, Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәri, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafı hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Çıxışlarda qeyd olunub ki, bu layihənin həyata keçirilməsi ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.
Çıxışlardan sonra şagirdləri müşaiyət edəcək nümayəndələrin rəhbərliyi ilə 40 nəfər iştirakçı Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıb

 

Keçidlər