Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb

19 mart 2019 | 11:00

Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə bayram tədbiri təşkil edilib. Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan nümayəndələr iştirak ediblər. Bayram tədbirində çıxış edən, Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrində müvəffəqiyyətlər arzulayıb. Ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışaraq, Novruz tonqallarının tezliklə işğal altında olan  torpaqlarımızda qalanacağına əmin olduğunu bildirib.
Hərbi hissənin rəhbərliyi Novruz bayramını əsgərlərlə birgə qeyd etdiklərinə görə Ağdam rayon İcra Hakimiyyətinin başçısına və qonaqlara minnətdarlığını bildirib.
Çıxışlardan sonra hərbi hissənin əsgərlərinə bayram sovqatı paylanılıb. Bayram tədbirdə musiqi kollektivi tərəfindən təqdim edilən rəngarəng konsert proqramı əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb.
Tədbirin sonunda qonaqlar əsgərlərlə birgə nahar ediblər.

Keçidlər