Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda qoşunların təmas xəttində növbəti monitorinq keçirilib

27 fevral 2019 | 11:00

ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonu Təzəkənd kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilmişdir. ATƏT -in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixayil Olaru (Moldova) və Martin Shuster (Almaniya) ilk öncə Ağdam Rayon İcra Hakimiyyətində olmuş, rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşlər. Qonaqlara düşmənlə təmasa xəttində baş verən insidentlər və atəşkəs rejiminin mütəmadi pozulması haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ağdam rayonunun bir çox kəndləri və yaşayış məntəqələri cəbhə xəttinə çox yaxın ərazidə yerləşdiyindən burada yaşayan əhalinin istifadəsində olan əkin torpaqları düşmənlə üz üzədir. Bu səbəbdən də əhali təsərrüfatla məşğul olarkən mütəmadi olaraq düşmən atəşinə məruz qalır və buna görədə əkin-biçin işlərini normal apara bilmirlər.

Keçidlər