Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanlarının xatirəsi Ağdamda dərin hüznlə yad edilib

26 fevral 2019 | 11:00

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü Ağdamda dərin hüznlə yad edilib.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbçilər Şəhidlər abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub, Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki,  həmin gün Xocalı sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Keçidlər