Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda “Azərbaycanın qəhrəmanlıq məktəbi-Nadir Əliyev” adlı anım mərasimi keçirildi

21 yanvar 2019 | 11:00

Quzanlı qəsəbə Mədəniyyət evində Ağdam rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Xüsusi Xidmət Orqanları “Alyans” Veteranlar Birliyinin İdarə Heyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevin şərəfli ömür yoluna həsr olunmuş “Azərbaycanın qəhrəmanlıq məktəbi-Nadir Əliyev” adlı anım mərasimi keçirilmişdir.
Anım mərasimi Dövlət Himnimizin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş baş leytenant Nadir Alış oğlu Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə fərmanın oxunması ilə başlanıldı.
Tədbirdə şərəfli adı, qəhrəmanlığı və iftixarımız sayılan Nadir Əliyevin eləcə də digər şəhidlərimizin və Ulu Öndərimiz əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində ilk öncə Nadir Əliyevin şərəfli ömür yoluna nzəər salınmış, onun xidməti fəaliyyəti diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, sözün həqiqi mənasında qəhrəmanlıq Nadir Əliyev üçün həyat tərzi olmuşdur. O, başa düşürdü ki, insan gərək yalnız hər hansı bir hərəkəti və ya əməli ilə deyil, bütün həyatı boyu qəhrəman kimi yaşasın, qəhrəman kimi həyat tərzi keçirsin.İnamı Əqidəsi ölümündən güclü olan Nadir Əliyev də Vətən yolunda hər an canından keçməyə hazır olan insan idi.
Mərasimdə Nadir Əliyevin təhsil aldığı orta məktəbin nüəllimi Rasim Rüstəmov, məktəbli dostu olmuş Ramazan Hüseynov və digərləri Nadir Əliyev haqqında xatirələrini danışmışlar.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək bildirmişdir ki, vətən fədaisi olan Nadir Əliyevin hədər yerə olmayan ölümü onun ömrünün sonu deyildi. Nadir Əliyev kimi insanlar ən parlaq ulduzlara bənzəyirlər və gənc nəsilə örnəkdilər. Onlar Dünyadan köçsələr də işıqları heç zaman sönmür. Izləri həmişəlik qalır.
Tədbirdə Nadir Əliyevin oğlu Şəhriyar Əliyev çıxış edərək, atasının xatirəsinin yad olunması, onun adının uca tutulması üçün hazırlanmış anım mərasiminə görə dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda Azərbaycan Respublikası Xüsusi Xidmət Orqanları “Alyans” Veteranlar Birliyinin İdarə Heyyəti tərəfindən rayonun bir qrup nümayəndəsinə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi işlərinə görə fəxri fərmanlar təqdim olundu.

 

 

Keçidlər