Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinin problemləri ilə maraqlanmışdır

17 yanvar 2019 | 11:00

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam şəhərindən məcburi köçkün hazırda rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış 3 şəhid - Allahverdiyev İnqilab, Allahverdiyev Vaqif və Allahverdiyeva Tərlanın anası Allahverdiyeva Qənirənin yaşadığı evdə olmuş, şəhid ailəsinin problemləri ilə yerindəcə maraqlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını dinləmiş və onun probleminin həlli üçün müvafiq göstərişlər vermişdir. Şəhid anası öz növbəsində rayon İcra Hakimiyyətinin başçısına onun ailəsində qonaq olduğuna və problemləri ilə yerində maraqlandığı üçün təşəkkürünü bildirmişdir.

Keçidlər