Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Birinci və İkinci Baharlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.

04 yanvar 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Baharlı və İkinci Baharlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Qurbanov Akif, Ağayev Sahib, İsgəndərova Əfruz, Məmmədov Tofiq, Şirinova Maytəvan, Zeynalova Mehriban və başqaları əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrin də daim diqqət mərkəzində saxlanılmasından, razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli suya, qəsəbəyə gedən yolun və qəsəbədaxili yolların təmir olunmasına, işlə təminat, telefon çəkilişi, sosial məsələlər və digər prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerindəcə həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli prosesini nəzarətə götürülüb

Keçidlər