Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu Dördyol-1 qəsəbəsində Güllücə Uşaq Musiqi Məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

27 dekabr 2018 | 11:00

Güllücə Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə məktəbin müəllim və şagirdləri, valideynlər iştirak edib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək müəllimləri və şagirdləri əlamətdar bayramlar münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb. Vaqif Həsənov şagirdlərə növbəti ili öz doğma kəndləri olan Güllücə kəndində qarşılamalarını arzu edərək, dərslərində müvəfəqiyyətlər və uğurlar diləyib
Bayram tədbirində ədəbi-bədii proqram, rəqslər və rəngarəng musiqi nömrələri nümayiş olunub. Şaxta baba və Qar qız qonaqlara xoş ovqat bəxş ediblər.

Keçidlər