Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu Ergi ərazisində məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələrinə təbii qaz verilib

01 noyabr 2018 | 11:00

Noyabrın 1-də Ağdam rayonunun Mirzələr qış yatağı ərazisində və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və məcburi köçkünlər iştirak ediblər. Tədbirdə çıxış edənlər sakinləri təbrik edib, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan, sosial problemlərinin həlli, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, 388 fərdi evdən ibarət olan ərazinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 35 min 72 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimdə çıxış edən məcburi köçkünlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqələrinə “mavi yanacaq” verilib.

Keçidlər