Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü Ağdamda qeyd olundu

03 oktyabr 2018 | 11:00

03 oktyabr 2018-ci il tarixində Ağdam  rayonunda  Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, o cümlədən təhsil müəssisələrində çalışan müəllimlərin bir qrupu iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova bütün təhsil işçilərini təbrik etdikdən sonra rayonun təhsil sahəsi haqqında geniş məlumat verdi. Mətanət Misirxanova rayonun təhsil sahəsinin, o cümlədən məktəblərin müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, 2017-2018-ci tədris ilində rayonun təhsil işçilərinin və tələbələrinin qazandığı uğurlardan danışaraq bütün bu uğurların başında məhz hörmətli cənab prezidentimiz İlham Əliyevin dayandığını bildirdi. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq nümunəsi kimi olduğunu, bu adın böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd etdi.
Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ilk öncə bütün təhsil işçilərini 05 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Vaqif Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Son illərdə təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü olduğunu bildirmişdir.
Tədbir  şagirdlərin ifasında musiqi nömrələri ilə davam etdirilmişdir.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim rayon İcra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular.

 

Keçidlər