Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı Ağdamda qeyd olunub

01 oktyabr 2018 | 11:00

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Quzanlı qəsəbə Mədəniyyət evində hüquq-mühafizə orqanları rəhbərlərinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların və digər qonaqların iştirakı ilə keçirilən yığıncağı Rayon prokuroru Rəfael Zeynalov açaraq prokurorluq orqanlarının keçdiyi tarixi yola nəzər salıb. Qeyd edib ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində mühüm dövlət təsisatı kimi tamamilə yenidən formalaşan, Prezident İlham Əliyevin qayğısı sayəsində fəaliyyətini mütərəqqi islahatlara uyğun şəkildə təkmilləşdirən Azərbaycan Prokurorluğu bu gün xalqın və dövlətçiliyin maraqlarının müdafiəsində, insan hüquq və azadlıqlarının qorunmasında öz xidmətlərini göstərir. Azərbaycan Prokurorluğu cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, ümumilikdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayır.
Daha sonra çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Həsənov prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin, məsuliyyətli işlərində uğurlar arzulayıb. Rayon icra hakimiyyətinin başçısı Prokurorluq orqanlarının yarandığı gündən 100 il ötdüyünü diqqətə çatdıraraq müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qurumun insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydalarının qorunmasına xidmət etməklə sivil və demokratik inkişaf yolu keçdiyini vurğulayıb.
Yığıncaqda rayon polis Şöbəsinin rəisi polis-polkovniki Elçin Qasımov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon Şöbəsinin rəisi Anar Həsənov, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri Baxşeyiş Abbasoğlu və başqaları çıxış edərək, prokurorluq işçilərinin peşə bayramı münasibətilə onları təbirk edib. fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.

Keçidlər