Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Açıq əyləncəli futbol məktəbi” layihəsində 200 uşaq və yeniyetmə iştirak edib

28 sentyabr 2018 | 11:00

28 sentyabr 2018 ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 200 uşaq və yeniyetmə iştirak edib.  Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, AFFA-nın birinci vitse- prezidenti Rauf Əliyev , Milli Məclisin deputatlari Aqil Abbas və Sabir Hacıyev istirak ediblər. Tədbirdə çıxış edən AFFA-nın birinci vitse prezidenti Rauf Əliyev ölkədə idmana, o cümlədən fudbola olan dövlət qayğısından danışmışdır. Qeyd edib ki, Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız nəticələr bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Ən əsası isə Azərbaycanda artıq ümumxalq məhəbbətini qazanmış fudbola dövlətimizin dəstəyi vardır.
Daha sonra çıxış edənlər bildiriblər ki,  bir çox nüfuzlu beynəlxalq idman tədbirlərinin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır. Onlar öz çıxışlarında bütün bunların ölkə prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi hərtərəfli diqqət və qayğının nəticəsi olduğunu bildiriblər.
Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov gələn qonaqları salamlayaraq cəbhə bölgəsində, düşmənlə üz üzə dayanan, ərazisinin 77.3 faizi işğal altında olan Ağdam rayonuna belə bir layihənin saldıqları üçün onlara öz təşəkkürünü bildirib. Rayon İcra hakimiyyətinin başçısı ölkəmizin hər yerində olduğu kimi regionlarda da idmana və onun ən çox yayılan növü olan fudbola olan qayğıdan, onun inkişafı üçün dövlət başçısının verdiyi tapşırıqlardan, qəbul etdiyi proqramlardan söz açaraq bu kimi layihələrin təqdirəlayiq addım olduğunu qeyd etmişdir.
Bildirmişdir ki, Hazırda Azərbaycanda digər sahələr kimi, idman siyasəti də dövlətin prioritet hesab etdiyi istiqamətlərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında olduğu kimi idman sahəsindədə fəal iştirakı ilə seçilir və idman tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin idmançıların fəaliyyəti üçün yaratdığı geniş imkanlar onların daha da həvəslə nəticələrə can attığını göstərməkdədir.

Tədbirə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geyinmiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Keçidlər