Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan müstəqilliyini və dövlətçiliyini ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlaya bilib

13 iyun 2018 | 11:00

Azərbaycan müstəqilliyini və dövlətçiliyini ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlaya bilib
1993-cü ildə yenicə müstəqilliyini bərpa edən respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Bu fikirlər iyunun 13-də Ağdamda  Milli Qurtuluş Gününə həsr olunan tədbirdə səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon rəhbərliyi, hüquq mühafizə orqanları, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin rəhbər şəxslərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlaya bildiyi vurğulanıb.
Ağdam rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini özündə əks etdirən geniş məruzə ilə çıxış edib edib. Qeyd edib ki, hər bir xalqın tarixində milli qurtuluş və oyanış məqamları vardır. 1993-cü ilin 15 iyunu da belə tarixdir. Həmin dövrdə Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu, mənalı həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən ümummilli lider Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi təlatümlər burulğanından qurtardı. Müdrik rəhbər uzaqgörən siyasəti ilə ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.
Tədbirdə digər çıxış edənlər Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.
Tədbirdə 1993-cü ilin iyun hadisələri, respublikanın ictimai-siyasi həyatında baş verən proseslər bir daha xatırlanaraq təhlil edilib, hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran yarandığı, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi diqqətə çatdırılıb.
Tədbir rayon musiqi kollektivlərinin konsert proqramı ilə davam etdirilib.

Keçidlər