Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlılar Novruzun gəlişini böyük ruh yüksəkliyi ilə qeyd ediblər

19 mart 2018 | 11:00

Xalqımızın qədim və ən sevimli bayramlarından olan Novruz cəbhə bölgəsində yerləşən Ağdam rayonunda böyük təntənə ilə qeyd olunub.
Rayonun bayramsayağı bəzədilmiş Quzanlı qəsəbəsindəki meydanda gül-çiçək, bayram xonçaları və səmənilər düzülüb, məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, rayonun tarixini özündə əks etdirən eksponatları nümayiş etdirilib. Minlərlə Ağdamlının iştirak etdikləri və xüsusi proqram nümayiş etdirdikləri  bayram tədbirində tonqal yandırılıb, Dədə Qorqud və Bahar qızın, pəhlivanların, gənc idmançıların çıxışları maraqla qarşılanıb.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Ağdamıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayaraq bayramın rəmzi açlışını bildirən tonqalı alovlandırıb.
Daha sonra tədbir novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, rayonun “Şur” ansablının, Ağdam Dövlər Dram Teatrının ifasında teatr nümuneleri, hərbiçilərin nümunevi çıxışları, məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin təqdim etdikləri rəngarəng idman, ədəbi-bədii musiqili proqramlar tamaşaçılara xoş ovqat bəxş edib.

Keçidlər