Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağdam rayonunun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə” Hesabat

05 fevral 2018 | 11:00

 
“Ağdam rayonunun 2017-ci ilin  sosial-iqtisadi inkişafının 
yekunları və  2018-ci ildə qarşıda duran vəzifələr barədə”
Hesabat
 
Hörmətli yığıncaq iştirakçıları!
2018-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Cənab Prezident  giriş nitqində bildirib ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir.
Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.
2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır.
Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.
Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir.
İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir.
Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq.
2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.
Keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmışdır və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Elektrik təchizatı yaxşılaşdırılmışdır, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun.
Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq.
Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanmışdır. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq.
2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmışdır. Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınmışdır. Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır.
İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin içməli su problemi keçən il öz həllini tapıbdır. Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə demək olar ki, çatırıq.
Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılmışdır - 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq.
Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır.
Bilirsiniz ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.
Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir.
2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.
“Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir.
Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilmişdir. İlin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilmişdir. Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir.
Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və bizə imkan verəcək ki, qeyri-neft sektorunun inkişafı ilə daha çox məşğul olaq. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq.
Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi – idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür. Eyni zamanda, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir.
Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin.
Əlbəttə ki, il ərzində bir çox hadisələr baş vermişdir. Mən onlar haqqında burada danışsam bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq mən əsas, önəmli məsələləri qeyd etdim. Bir daha demək istəyirəm ki, 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur, ölkəmiz daha da güclənmişdir və ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaqdır.

İclasda yekun nitqi söyləyən Prezident cənab İlham Əliyev qeyd edib ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir.
Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlılığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir
Valyuta ehtiyatlarımızın artırılması bizə iqtisadi müstəqillik verir. Qeyd etdiyim kimi, biz özümüz kreditlər veririk və xarici kreditləşmədən asılı deyilik. Hətta neftin qiymətinin çox aşağı səviyyədə olduğu bir vaxtda biz ölkə üçün strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə artıq başa çatmaq üzrədir. Odur ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da öz növbəsində bizim siyasi müstəqilliyimizi möhkəmləndirir.
Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır.
Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək.
Yeni iş yerlərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Qeyd etdiyim kimi, ötən il bu sahədə çox əlamətdar il olmuşdur. Ancaq bu, daimi proses olmalıdır. Çünki bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda əhali artır. Bu da çox müsbət haldır və eyni zamanda, ölkəmizdə gedən uğurlu proseslərin təzahürüdür. Çünki əhalinin artımı onu deməyə əsas verir ki, ölkə düzgün istiqamətdə inkişaf edir. Yəni, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu, bizim potensialımızı gücləndirir, eyni zamanda, daim qarşımızda vəzifələr - ilk növbədə, infrastrukturla, sosial infrastrukturla və iş yerlərinin yaradılması ilə bağlı vəzifələr qoyur. Əhali artdıqca məktəblərin, uşaq bağçalarının sayı da artmalıdır. Bu məqsədlər üçün yeni yerlər müəyyən edilməlidir, yol infrastrukturu genişləndirilməlidir, digər kommunikasiyalar – su, qaz, elektrik xətləri çəkilməlidir. Bax, deməli, demoqrafik artımın əlamətləri bundan ibarətdir. Bu da əlavə xərc tələb edir. Dövlət büdcəsindən infrastruktur layihələrinə qoyulan xərclər daim artır.
Bu yaxınlarda başladığımız özünüməşğulluq proqramının da uğurlu icrası gözlənilir. Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən biznes üçün lazım olan vasitələrlə təmin ediləcəklər.
Bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər.
Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait var. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır. Biz bu proqramı da başa çatdırmalıyıq. Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur. Onlardan ikisi bu il istifadəyə verilməlidir.
Sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır. Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir.
Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər.
Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur.
Əminəm ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın.
Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilmişdir, bir neçə dövlət proqramı qəbul edilmişdir. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Misal üçün, 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıbdır. Yəni, biz iki il ərzində pambıq istehsalını demək olar ki, səkkiz dəfə artırmışıq və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır.
Baramaçılıq. 2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilibdir. Bu da kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir. Bu il bu rəqəm 450-500 tona çatmalıdır və biz ipəkçiliyin şöhrətini bərpa edəcəyik.
Keçən il 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və bizim hədəfimiz 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər. Birinci yerdə pomidor ixracıdır. Bu sahəyə də çox böyük maraq və tələbat var. Keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilibdir. İndi ölkəmizdə 400 hektardan böyük bir sahədə yeni istixana komplekslərinin yaradıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, bizdə tərəvəz ixracı nə qədər artacaq. Çünki biz özümüzü tərəvəzlə çoxdan təmin etmişik.
Yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulubdur. Burada əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq nəzərdə tutulur. Keçən il isə ölkəmizə 10 min kənd təsərrüfatı texnikası gətirilib. Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir.
Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisələr gözlənilir. TANAP layihəsinin istifadəyə verilməsi gözlənilir. Nəqliyyat sahəsində Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması nəzərdə tutulur. Mən dünən limanda olmuşam. Biz Ro-Ro terminalının açılışını qeyd etdik. Orada işlərin böyük əksəriyyəti demək olar ki, görülüb. Liman indi fəaliyyət göstərir. Əminəm ki, liman bu ilin birinci yarısında istifadəyə veriləcək. Beləliklə, Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq. Bu limanın birinci mərhələdə yükaşırma qabiliyyəti 15 milyon ton yük və 100 min konteynerdir. Gələcəkdə tələbat artdıqca biz qısa müddət ərzində və o qədər də böyük olmayan vəsaitlə limanı 50 faiz, 70 faiz genişləndirə bilərik.
Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq. Demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin birinci ili olacaq. Mən qeyd etmişəm ki, bu yola böyük maraq var və artıq Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib.
Bu il iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir.
Ümumiyyətlə, demək istəyirəm ki, bu layihələr daxil olmaq şərtilə 2004-cü ildən bu ilin sonuna qədər Azərbaycanda 15 min kilometr avtomobil yolunun tikintisi təmin ediləcək. Bu, çox böyük rəqəmdir.
Bu il bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən təxminən 100 milyon manat vəsait ayrılacaq. İstəyirəm ictimaiyyət onu bilsin ki, dövlət bu sahədə öz maliyyə imkanlarını təmin edir. Əlbəttə ki, Dövlət Neft Şirkəti özü pul qazanır. Ancaq bu önəmli strateji sosial layihələrə dövlət öz dəstəyini göstərir və ayrılan bu vəsait nəticəsində Azərbaycanda ilin sonuna qədər qazlaşdırmanın səviyyəsi 95 faizə çatmalıdır.
Digər infrastruktur layihələri haqqında da demək istərdim. Bu da suvarma ilə bağlı olan layihələrdir. Bu il 100 min hektardan çox yeni sahələrin su təminatı təşkil edilməlidir. Yerlər müəyyənləşdirilib, layihələr demək olar ki, təsdiqlənib, yeni kanallar çəkiləcək. Beləliklə, kənd təsərrüfatı üçün yeni imkanlar yaranacaq.
Mənim bölgələrə səfərlərim çərçivəsində ictimaiyyət tərəfindən qaldırılan məsələlərdən biri də suvarma ilə bağlı olan problemlərdir. Vətəndaşlar tərəfindən qaldırılmış bütün təkliflər dövlət investisiya proqramında nəzərə alınıb. Ona görə, bu il bu günə qədər suvarılmayan ən azı yüz min hektar torpaqlara su gətiriləcəkdir. Bu il ən azı 300 subartezian quyusu qazılacaq. Hər il 300 quyu qazırıq və bu il də 300 nəzərdə tutulub, çox da ola bilər.
Bunlar görüləcək əsas işlərdir. Əlbəttə ki, görüləcək bütün işləri bu gün sadalamaq mümkün deyil, çox vaxt lazımdır. Amma qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Bütün bu vəzifələri təmin etmək üçün bizdə texniki imkanlar var. Biz Azərbaycanda uzun illər daxili istehsalın artırılması ilə bağlı çox ciddi məşğuluq. Bizim tikinti materiallarımız və maliyyə imkanlarımız var. Dövlət büdcəmiz 3 milyard manat çox artmışdır. Siyasi iradəmiz var. Ona görə, dediyim bu vəzifələr minimum proqramdır. Ən azı bunlar görüləcək. Prinsipcə görüləcək işlər bundan daha çoxdur. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq.
Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.
Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir.

Hörmətli yığıncaq iştirakçıları!
2017-ci il ərzində də  rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlərimiz davam etdirilmişdir.Ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Baki şəhəri ilə yanaşı bütün bölgələr də öz simasını dəyişir. O, cümlədən rayonumuzun ərazisində tikinti-quruculuq işləri bu gün də davam etdirilir, rayonumuz günü-gündən abadlaşır.
Bildirirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr,  328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi davam etdirilir. Quzanlı qəsəbəsində 160 nəfərin işlə təmin olunması nəzərdə tutulan Xalçaçılıq Müəssisəsinin tikinti işləri başa çatdırılmış həyəti abadlaşdırılmış yaşıllıqlar salınmış, bina hazırda fəaliyyətə başlaması üçün tam hazırdır.  Quzanlı qəsəbə 360 şagird yerlik orta və Bənövşələr kənd tam orta məktəblərinin tikintisində son tamamlanma işləri aparılır.
Həmçinin Mahrızlı kəndində Rahib Məmmədov adına 280 şagird yerlik tam orta məktəb və Şöhrət Muzeyi,  Səfərli kənd 70 uşaq yerlik körpələr evi və uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmiş, İmamqulubəyli kənd 40 uşaq yerlik uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılmış, Çəmənli kəndində 1400 metr uzunluğunda səki çəkilmişdir.

Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinə başlanılmış, yolun çəkilişi davam  etdirilir. 
“Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, yararsız ictimai binalarda məskunlaşmış məcburi köçkünlər üçün 20 fərdi yaşayış evinin, o cümlədən Əfətli kəndində 1 ədəd 2 otaqlı,  Qaradağlı kəndi ərazisində 2 ədəd 3 otaqlı, 1 ədəd 2 otaqlı, Çəmənli kəndində 1 ədəd 4 otaqlı, Mirəşəlli kəndində 1 ədəd 3 otqalı, Xındırıstan kəndində 5 ədəd 3 otaqlı, Quzanlı qəsəbəsində 9 ədəd 3 otaqlı yaşayış evlərinin tikintisi başa çatmış, məcburi köçkünlər həmin evlərə köçürülmüşdür.
Quzanlı qəsəbəsində  Boks və Taekvando məktəblərinin  Polis şöbəsinin,  Prokurorluğun, Ağdam Elekrik Şəbəkəsinin, Əmlak Komitəsinin yerli şöbəsinin, Ağdam rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri  ayrılmış, layihələndirmə işləri aparılır.  
“Cəbhəboyu zonada yerləşən yaşayış kəndlərində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın  təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli 1393 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə  Ağdam rayonunun cəbhəboyu kəndlərində 17 ədəd Polis məntəqəsi tikilib istifadəyə verilmişdir.
Cari ildə 170 məcburi köçkünün evində təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 04.01.2018 ci il tarixli Sərəncamına əsasən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun  tikintisinə yaxın günlərdə başlanılacaqdır.
Ağdam rayonu Quzanlı qəsəbəsi Akademik Xudu Məmmədov  adına küçədə genişləndirmə işləri aparılmış, yol örtüyünün əsası hazırlanaraq asfaltbeton örtüyü salınmışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasının 3-cü mərtəbəsində tikinti işləri başlanılmış yaxın günlərdə tam istifadəyə veriləcəkdir.
Yolların təmiri və saxlanılması üçün 2017-ci il  ərzində  855.5 min manatlıq iş görülmüş, kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılmış, yollarda cari təmir işləri 570.3 min manat  və rüblər üzrə 285.2 min manat təşkil etmişdir. Yol İstismar Sahəsi rayon ərazisində yolların saxlanılması və cari təmir olunması üçün ciddi tədbirlər görməlidir.

2017-ci il ərzində əhalinin həyat şəraitinin  yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür.
      Ağdam Elektrik Şəbəkəsinin xidməti ərazisində 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü (113.4MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü (3.2MVA) y/st-lar və 1535 ədəd 10/0.4 kv-luq transformator            y/st-ları ümumi gücü (179.4MVA) olmaqla fəaliyyət göstərir. Bundan əlavə rayonun Əfətli kəndi ərazisində 2016-cı ildə tikintisinə başlanmış, 2017-ci ilin əvvəlində “Azərişıq” ASC tərəfindən 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilmiş, 9 ədəd aralıq və 3 ədəd anker dayaqdan ibarət 35 kv-luq (ümumi uzunluğu 1.32 km olan), hava elektrik verilişi xətti çəkilmiş, 124 ədəd PSQ-70 tipli izolyatorlardan,         9 ədəd traversdən 4000 metr AS-70 markalı naqildən istifadə edilmişdir. 2017-ci ildə şəbəkə tərəfindən ayrı-ayrı 10 kv-luq hava xətlərində 50 ədəd 10 kv d/b,11 ədəd            dəmir-dayaq əkilmiş, 3150 metr AS-50, 2600 metr AS-35 markalı naqil çəkilmiş, 190 ədəd ŞF-10 tipli izolyatordan və 55 ədəd  10 kv-luq traversdən istifadə olunmuşdur. İmamqulubəyli, Eyvazlı, Daş evlər qəsəbə, Ergi, Çadır qəsəbə ərazisi, Əsəd bəyin bağı deyilən ərazi, Mirəşelli, Kolqışlaq, Xındırıstan və Çəmənli kəndləri ərazilərindəki müxtəlif güclü TM-lərin 0.4 kv-luq tərəfində 504 ədəd 0.4 kv d/b, 1105 ədəd dəmir dayaq basdırılmış, 98 ədəd 0.4 kv traversdən, 4500 metr AS-35 markalı naqildən və müxtəlif ölçülü (4x50,4x35, 4x25,4x16,2x10) 86148 metr SİP Kabeldən istifadə olunmuşdur.Belə ki, uçotun düzgün aparılması məqsədi ilə  3495 ədəd sayğac quraşdırılmış, bunlardan 2075 ədədi Mexaniki və istismar müddətini başa vurmuş (zədəli və qüsurlu) sayğacların əvəzinə, qalan 1420 ədədi isə əvvəlcədən ödəniş sistemli Smart Kart tipli sayğaclar olmuşdur ki, bu da  İmamqulubəyli, Daş evlər qəsəbə, Çadır qəsəbə ərazisi, Əsəd bəyin bağı deyilən ərazi, Mirəşelli, Kolqışlaq və Çəmənli kəndlərində əhalinin istifadəsinə verilmişdir. Bütün bunlarla yanaşı görülmüş işlər texniki itkilərin azaldılmasının 7 %-ni təşkil edir. Satış sahəsində 2017-ci ildə  246535600 kvt/s elektrik enerjisi alınmışdır ki, bunun da texniki itkisi çıxılandan sonra faydalı enerjisi 216301000 kvt/s olmuşdur ki, bu da 18031200 manat dəyərindədir.Əhali və qeyri əhali sektoru üçün satılan faydalı enerjinin dəyəri  əhali üzrə 1704800 manat təşkil edir. Bnun da nəticəsində 2017-ci ildə rayon üzrə 14497800 manat vəsait toplanmışdır ki, bu da alınan enerjinin 80.4 %-ni təşkil edir. Görülmüş işlərə baxmayaraq gələcəkdə də itkilərin aradan qaldırılması, transformator məntəqələrinin, istimara yararsız dayaq və naqillərin dəyişdirilərək yenisi ilə əvəz olunması işlərinin davam etdirilməsi nəzərdə tutulmalıdır.

       Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər  davam etdirilmişdir.   Tərtər RQİİ-nin Ağdam XS 2017 -ci ldə  22 965 988m3 təbii qaz qəbul etmişdir.
Bundan 21 625 608 m3 əhali sektoruna, 1 044 407 m3 isə sənaye sektoruna  satılmışdır. 2017 ci  il ərzində yaranmış itgi 277 354m3 (1.2%) olmuşdur.
Əhali sektoruna satılan təbii qazın dəyəri  101% , sənaye sektoruna satılan təbii qaz dəyəri 112%  ödənilmişdir. Ümümilikdə Ağdam XS 2017-ci il ərzində qəbul edilmiş təbii qazın dəyəri 101%    ödənilmişdir.
Ağdam XS-nin xidməti ərazisində 2017-ci il ərzində TBX tərəfindən 20 ədəd yeni ŞQTM tipli qaz tənzimləyici quraşdırılmış və istismara yararsız 473 ədəd FQT, 185 ədəd d20 mm-lik qaz kranı yenisi ilə əvəzlənmişdir.
Ümumilikdə Ağdam XS-nin Təmir bərpa xidməti 247 ədəd siyirtməyə, 36 ədəd ŞQTM tipli və 9 ədəd RDUK tipli qaz tənzimləyicilərinə, L=71722 p/m yerüstü və L=859014 p/m yeraltı qaz kəmərlərinə (Cəmi: L=930736 p/m) xidmət göstərir. .
2017-ci ildə Ağdam XS ərazisində əhali sektorunda 61, sənaye sektorunda isə 10 abonent ilkin qeydiyyatdan keçmişdir. Ümumilikdə 4041 ədəd plombdan istifadə edilmişdir.
2017-ci il ərzində 148 ədəd qaz sayğacı əvəzlənmişdir. Bunlardan müdaxilə rəyi gəlmiş 107 ədəd qaz sayğacından 82 ədədinin dəyəri ödənilmiş, 4 ədədi FHK-nin arayışına və 1 ədədi isə İTRİ-nin rəyinə əsasən əvəz edilmişdir. 20 ədəd sayğacının dəyərini ödəməmiş abonentlərin isə qaz təchizatı dayandırılmışdır.

   Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki,     Çəmənli kəndində 8 ədəd bulaq, 20 tonluq su çəni, bir ədəd nasosxana və 2600 metr, Quzanlı 100 evlər qəsəbəsində Polietilen d-110  1680m, d- 50  70m,d- 25 1450m su xətti çəkilmişdir.
     Dördyol-1 qəsəbəsində 11 ədəd, Dördyol-2 qəsəbəsində 5 ədəd, Quzanlı-1 qəsəbəsində 4 ədəd, Quzanlı-daş evlər qəsəbəsində 7 ədəd, Baharlı qəsəbəsində 11 ədəd, Alıbəyli -1 qəsəbəsində 7 ədəd, Alıbəyli-2 qəsəbəsində 5 ədəd, Təzəkənd qəsəbəsində 10 ədəd, Səfərli qəsəbəsində 6 ədəd, İmamqulubəyli qəsəbəsində 8 ədəd, Bənövşələr qəsəbəsində 7 ədəd,  Ergi qəsəbəsində 5 ədəd,Quzanlı 689 ailəlik qəsəbədə 1ədəd,Quzanlı 100 evlər qəsəbəsində 1 ədəd,Qərvənd qəsəbəsində 2ədəd,Şükürağalı  kəndində 1ədəd  və Mirəşelli kəndində 1 ədəd,   Quzanlı 689 ailəlik qəsəbəsində 2 ədəd, İmamqulubəyli qəsəbəsində 2 ədəd, Zəngişalı kəndində 1 ədəd, Baharlı-2 qəsəbəsi 1 ədəd,Bənövşələr qəsəbəsi 1 ədəd,Dördyol-2 qəsəbəsi 1 ədəd və Dördyol-1 qəsəbəsinə 1 ədəd,  Quzanlı 689 qəsəbəsində kompleksin qarşısında d-110 mm 350 metr. Alıbəyli 1-2 qəsəbələrində isə d-50 50 metr, d-40 70 metr, d-32 80 metr, d-20 100 metr,Təzəkənd qəsəbəsində d-100 40m, Dördyol-1 qəsəbəsində d-100  50m, Quzanlı-1 qəsəbəsində 168 ədəd, Quzanlı 689 ailəlik qəsəbədə 227 ədəd, Dördyol-2 qəsəbəsində 286 ədəd, Mirəşəlli kəndində 143 ədəd, Əhmədağalı  kənd  69 ədəd,Kolqışlaq  kənd   1 ədəd və İmamqulubəyli 632 saylı qəsəbədə 633 ədəd su sayğacı quraşdırılmışdır.
Ağdam  Sukanal idarəsi 2017- ci il ərzində abonentlərdən və təşkilatlardan istifadə etdikləri suyun dəyərinin ödənişini 71.5 faiz yerinə yetirmişdir.
   Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilmiş, Ağdam Telekommunikasiya Qovşağında 2017- ci il ərzində Baharlı-2 qəsəbəsində 100 nömrəlik daxili xətt şəbəkəsi tikilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda telefon çəkilişi və internet portalının satışı davam etdirilir.
   Əfətli və Evoğlu kəndlərində 70 ədəd əlavə rabitə dirəyi basdırılaraq xətt şəbəkəsində tam təmir işləri aparılmışdır.
    Dördyol-1 qəsəbəsində 25 ədəd rabitə dirəyi basdırılaraq xətt şəbəkəsində təmir işləri aparılmış, ərazinin bir hissəsi təmir olunmuşdur.
    2017- ci ərzində Xalça Fabrikinə FO kabeli çəkilərək telefonlaşdırılmışdır.
    Dördyol-1 qəsəbəsində 30 nömrəlik xətt şəbəkəsi tikilərək tam istifadəyə verilmişdir.
   Qovşaqda il ərzində 254 telefon və 315 ədəd yüksək sürətli internet portu əhalinin istifadəsinə verilmişdir.
   Ümumilikdə Ağdam rayonunda 3254 telefon istifadəçisi və 1569 internet istifadəçisi vardır.
   Ağdam Telekommunikasiya Qovşağında il ərzində rabitə xidmətlərindən gələn gəlir 344600 manat olduğu halda, 344600 manat pul yığmışdır və bu da planın 100% -nı təşkil edir.
Əhaliyə səmərəli rabitə xidmətinin göstərilməsi daim diqqətdə saxlanılsın.
Poçt sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, Ağdam filialı üzrə 2017- ci il ərzində tarif gəlir planı 135100 manata qarşı 180637 manat yerinə yetirilmişdir, buda planın 134 faizini təşkil edir. O, cümlədən 4- cü tarif gəliri planı 35160 manata qarşı 47097 manat yerinə yetirilmişdir, buda planın 134 faizini təşkil etmişdir.Ağdam Poçt filialı üzrə 1 poçt şöbəsi fəaliyyət göstərir. Mövcud poçt şöbələri vasitəsilə bütün növ poçt xidmətlərinin yerinə yetirilməsi təşkil olunmuşdur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət   Proqramı”nda Ağdam rayonu üzrə icrası  nəzərdə tutulan 14 tədbirdən 12-i  icra olunur, 2 tədbirin icrasına başlanılmayıb.
Dövlət Proqramının icrası olaraq rayonda 2017-ci ilin 12 ayı  ərzində 5228yeni iş yeri açılmış, ondan 1371 daimi, 3857mövsümüdür.
2017- ci ildə ümumi məhsul istehsalının həcmi 131 milyon 129 min manat olmuş, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 milyon 829 min manat və ya 23.4 faiz artmış, sənaye məhsulunun ümumi həcmi 12 milyon 510 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 99 milyon 941 min manat, ticarətin dövriyyəsi                13 milyon 287 min manat, informasiya və rabitə xidməti 344 min manat, nəqliyyat və anbar təsərrüfatı 1 milyon 301 min manat olmuş, 2017-ci il ərzində tikinti quraşdırma işlərinin həcmi 3 milyon 746 min manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə icrası nəzərdə tutulmuş 32 tədbirdən  18-i  icra edilmiş, icra müddətinə əməl olunmaqla 5-i icra olunur, 9-nun icrasına başlanılmayıb.
2017-ci ildə Vergilər şöbəsi üzrə  4578,0 min manat proqnoza qarşı 4602,4 min manat,  büdcəyə 24,4 min manat əlavə vəsait daxil olmuşdur.
2017-ci il ərzində dövlət büdcəsindən 5,4 milyon manat proqnoza qarşı 4,0 milyon manat  vəsait daxil olmuş, ümumi xərclər 9,9  milyon  manata qarşı 8,2 milyon manat  təşkil etmişdir.
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 83 faiz, dövlət sektorunda isə 17 faiz təşkil edir. 
2017-ci il ərzində İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək  Milli Fondu tərəfindən  heyvandarlığın  inkişaf  etdirilməsi üçün 20 layihə həyata keçirilmiş, 22 yeni iş yeri yaradılmış, sahibkarlara 628,0 min manat güzəştli kredit verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi   21802  nəfərə pensiya və müavinət alan vətəndaşa xidmət göstərir. Onlardan 8473 nəfər yaşa görə, 5948 nəfər əlilliyə görə, 631 nəfər ailə başcısını itirməyə görə əmək  pensiya,  6750 nəfər müavinət alır. Orta aylıq pensiya məbləği 175 manat olmaqla aylıq pensiya təlabatı 2,6 milyon manatdır.
       2017-ci ildə 418 nəfər şəhid ailəsinə və 477 nəfər müharibə əlilinə Prezident təqaüdü, 1544 nəfər müharibə iştirakçısı  olduğuna görə müavinət, Böyük Vətən Müharibəsinin 72-ci ildönümü münasibətilə 132 nəfərə və 231 nəfər yeni doğulmuş uşaqlara isə birdəfəlik müavinət verilmişdir. Rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 1097 nəfər təşkil edir.
2017-ci ildə rayon Məşğulluq  Мərkəzinə 1608 nəfər işaxtaran vətəndaş müraciət etmiş, ondan 1521 nəfər qeydiyyata götürülmüşdür.  Müraciət edən vətəndaşlardan  238 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuş, 121  nəfər vətəndaşa isə işsizlik statusu verilərək müavinət təyin edilmişdir. 25 sentyabr 2017-ci il tarixdə aktiv məşğulluq tədbiri olan  “Əmək Yarmarkası” keçirilmiş,   idarə və müəssisələrdən 624 boş vakant iş yerləri daxil olmuş, 63 nəfər işlə təmin olunmuşdur. Hazırda idarə və müəssisələrdə boş vakant 543 vakant  iş yeri vardır, ondan 142-i qulluqçu, 401-i  isə fəhlə kateqoriyasından olan iş yerləridir. 2016-cı il ərzində başa çatmış Aktiv Məşğulluq tədbiri olan “Özünüməşğulluq Proqramı” layihəsində öz biznes ideyasını qazanmış  32 nəfər işaxtaran və işsiz vətəndaşa Şirkət tərəfindən qazandıqları aktivlər il ərzində təhvil verilmişdir.


   Hörmətli yığıncaq iştirakçıları!
2016-2017-ci tədris ilində rayon Təhsil şöbəsi 135 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 17 ümumi orta, 117 tam orta məktəbi, 5 məktəbdənkənar tərbiyə müəssisəsi ilə fəaliyyətə başlamışdır.  Təhsil şöbəsi, onun tabeçiliyində olan təlim-tərbiyə müəssisələri hər il  olduğu kimi, 2017-ci il də  təhsil sahəsində qarşıda duran vəzifələri  layiqincə yerinə yetirməyə çalışmışdır.
2017-cı ildə  qarşıda duran vacib məsələlərdən biri təlim-tərbiyə müəssisələrinin qış mövsümündə  istiliklə  təmin  edilməsi  olmuşdur. Aparılan məqsədyönlü işlərin  nəticəsində cari  qış mövsümündə  rayonun Alıbəyli, Qaradağlı, Çəmənli, Əhmədağalı, Əfətli, Həsənxanlı, Hacıməmmədli  kənd tam orta məktəblərin  mərkəzi  istilik  sistemləri qaz yanacağı  ilə  təmin  edilmiş, digər müəssisələr  üçün yanacaq  alınıb vaxtında müəssisələrə çatdırılmışdır.
2017-ci ilin yanvar-mart ayları ərzində, rayonun bütün ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə  inşa müsabiqəsi keçirilmiş, nəticələri  yoxlanaraq yekunlaşdırılmış, təqdimat hazırlanmış və  Təhsil Nazirliyinə   göndərilmişdir.
2016-2017-ci  tədris ilində  məktəblilərin fənn olimpiadaları yeni  qaydalara  əsasən 2017-ci  ilin yanvar ayından mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən  göndərilən materiallar əsasında keçirilmiş, nəticə  Təhsil Nazirliyi tərəfindən  yoxlanmış, 75 nəfər şagird birinci mərhələdə qalib hesab  edilib, Mingəçevir və Bakı   şəhərində keçirilən zona müsabiqəsinə vəsiqə  almış, zona müsabiqəsində  iştirak  edən  şagirdlərdən 2 nəfəri yüksək nəticə  göstərərək növbəti  Respublika müsabiqəsinə   vəsiqə  qazanmışlar.
Alıbəyli kənd tam orta məktəbin  11-ci  sinif şagirdi Əliyeva Türkan Azər qızı final  mərhələsində III yeri  tutaraq  bürünc medal  qazanmışdır.
12  mart 2017-ci  il tarixdə  rayonun  ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi tərəfindən yekun qiymətləndirmə imtahanının  birinci  mərhələsi  keçirilmiş, imtahanlarda rayonun 1014  nəfər IX  sinif  şagirdi  iştirak  etmişdir.
Təhsil Nazirliyi  tərəfindən keçirilən Dioqnostik Qiymətləndirmədə Ağdam rayon Təhsil müəssisələrində  çalışan 4035 nəfər müəllim və rəhbər işçidən 3087 nəfəri iştirak  etmiş  və müxtəlif nəticələr  göstərmişlər. İlkin  sıralama zamanı 0-12 bal arası nəticə  göstərmiş 73 nəfər müəyyən  edilmişdir. Bu müəllimlərdən  6 nəfəri 106 nömrəli  tam  orta, 3 nəfəri 109, 3 nəfəri 118, 2 nəfəri 14, 2 nəfəri 5, 2 nəfəri 129, 3 nəfəri Baharlı-2 qəsəbə, 2 nəfəri Dördyol-2 qəsəbə, 2 nəfəri 94, 2 nəfəri 95,  2 nəfəri 8 nömrəli tam orta və  2 nəfəri Hacıturalı kənd  tam orta məktəblərindən olmuşdur.
42 nəfər müəllim 57-60 bal  arası toplamışdır ki, bunlardan da  Qəhrəmanova Aytən Arif qızı 81 nömrəli köçkün tam orta məktəbin  ingilis dili müəllimi 60 mümkün baldan 60  bal  toplamışdır. Müəllimlərin  ümumi   fəallıq göstəricilərinə  görə 81, 23, 33, 150 nömrəli köçkün tam orta və Qaradağlı kənd  tam orta məktəblərinin adlarını  çəkmək olar. Dioqnostik Qiymətləndirmənin nəticələri Rayon Təhsil Şöbəsində müzakirə olunaraq  belə  nəticəyə  gəlindi ki, metodkabinet  aşağı bal toplayan müəllimlərlə vaxtaşırı Mentor  sistemi  ilə təlimlər keçirsin və rəhbərliyə hesabat versin.
Ağdam Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə Dioqnostik Qiymətləndirmədə yüksək bal toplamış müəllimlərlə  Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, onların hər birinə 100 manat məbləğində pul mükafatı, 2 nəfər ehtiyacı olan müəllimə isə həyətyanı  torpaq sahəsi  verilmişdır.
30 iyun 2017-ci  il tarixdə Quzanlı qəsəbə, 2 və  18 saylı tam orta məktəblərində rayon ümumtəhsil məktəblərinin IX və  XI sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi tərəfindən yekun qiymətləndirmə imtahanı keçirilmiş, 1354  nəfər XI sinif  şagirdindən  825 nəfəri yəni 60,93 faizi  hər üç  fənndən müvəffəq  qiymətlər almışdır.
2017-cı il ərzində məktəblərdə hərbi  vətənpərvərlik  işinin gücləndirilməsi  istiqamətində xeyli işlər  görülmüş, “Yeni il” və “Novruz” bayramı ilə əlaqədar məktəblilərin ərazidəki hərbi  hissələrdə görüşləri  keçirilmiş, bundan başqa “Cəsurlar”, “Şahin”  hərbi oyunlarının keçirilməsi  üçün müvafiq işlər  aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbərliyi ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil  məktəblərinin 40  nəfər  IX-XI sinif  şagirdlərinin 23-26 mart 2017-ci il  tarixlərdə  Şəki-Zaqatala-Qəbələ rayonlarına  ekskursiyası  təşkil  edilmişdir. Ekskursiya zamanı 6 rayonun iştirakı  ilə  keçirilən intellektual  bilik  yarışında  şagirdlərimiz fəal iştirak  edərək  birinci  yeri  tutmuş və kuboku  qazanmışlar.
Ağdam Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü  və  təşkilatçılığı  ilə  həmin  yarışda  iştirak  edən 5  nəfər şagird  və şagirdlərin nəzarətçiləri Rayon İcra Hakimiyyətinə dəvət  edilmiş və onlarla görüş keçirilmişdir.
11-14 noyabr 2017-c  il tarixlərdə  də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil  məktəblərinin 40  nəfər  IX-XI sinif  şagirdlərinin Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaları təşkil  edilmişdir.
Xüsusilə  qeyd  etmək istəyirik ki,  22 iyun 2017-ci  il tarixdə 97 saylı Goranboy- Ağdam-Tərtər Seçki Dairəsindən  Azərbaycan Respublikası Milli Məclisinin Deputatı  cənab Ağalar Vəliyevin  dəstəyi  və Ağdam Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı  ilə   rayon ümumtəhsil  məktəblərinin  2016-2017-ci  tədris  ilinin yekunlarına  görə   I-XI  sinif əlaçı şagirdlərinin  Heydər Əliyev Mərkəzində  rayon ictimayyəti  ilə  görüşü keçirilmişdir. Görüşdə 100 nəfər əlaçı şagirdin  hər  birinə  100 manat pul mükafatı verilmişdir.
Həmin gün  rayonun Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında cənab Ağalar Vəliyevin  maddi  dəstəyi və Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı  ilə 300  nəfərdən artıq müxtəlif təbəqələrdən  olan  rayon əhalisinə iftar süfrəsi  açılmış və  həmin  tədbirdə cənab Ağalar Vəliyev şəxsən  iştirak  etmişdir. Maraqlısı  budur ki,  həm  Heydər Əliyev Mərkəzində, həm  də Seyyid Lazım Ağa ziyarətgahında  keçirilən  tədbirlərdə  Respublikanın Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli  Arif Babayaev də  iştirak  etmişdir.
Bildirirk ki, rayon ümumtəhsil məktəblərinin  XI sinfini  bitirmiş 1359 nəfər  məzundan 751 nəfəri  ali məktəbə  sənəd vermiş, onlardan 519 nəfəri ali məktəbə  qəbul olunmuşdur. Bu isə  sənədverənlərin 69 faizini  təşkil  edir. Fərəhləndirici  haldır  ki, bu məzunlardan  1 nəfəri Əhmədova Pərvin Məhəbbət qızı 700 bal, 36 nəfəri  600-dən çox ,71 nəfəri isə 500-dən çox bal  toplamışlar. Bu isə  ötən ilə  nisbtən çox  gözəl  nəticədir. Bu  məzunlardan 15 nəfəri ali  hərbi  məktəblərə yüksək  balla qəbul olunmuşdur. 10  nəfəri  isə Naxçıvanski adına hərbi  liseyə daxil olmuşlar.
07 sentyabr  2017-cı  il tarixdə  Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsinin və 97 saylı Goranboy- Ağdam-Tərtər Seçki Dairəsindən  Milli Məclisinin Deputatı cənab Ağalar Vəiyevin  təşkilatçılığı  və maliyyə  dəstəyi  ilə  500-dən  artıq bal toplayıb Ali məktəblrə  qəbul olan  məzunlar və onların  valideynləri  ilə   Ağdam rayon ictimayyət nümayəndələrinin Quzanlı  qəsəbə  Mədəniyyət  evində  görüşünə  həsr  edilmiş  tədbir  keçirilmişdir. Tədbirin  sonunda cənab Ağalar Vəliyev  tərəfindən    500-dən  artıq bal  toplayan 71 nəfər məzunun  hər birinə 200 (iki yüz) manat, 600-dən artıq bal toplayan məzunların  hər  birinə  500 (beş yüz) manat və 700  bal  toplayan məzuna  1000 (bir min) manat  pul  mükafatı  verilmişdir.
Bundan başqa Ali məktəblərə  qəbul  olunmuş 10 nəfər  imkansız  tələbə valideyinləri ilə Rayon İcra Hakimiyyətinə  dəvət  edilmiş və  onların  hər  birinə  pul  mükafatı verilmişdir.
Onu da  diqqətinizə çatdırırıq ki, 2017-2018-ci  tədris  ilində  ilkin variant olaraq  rayonun Quzanlı qəsəbə  tam orta  məktəbində  riyaziyyat-iqtisadiyyat, Üçoğlan kənd tam orta məktəbində  humanitar, Bakı şəhərində  fəaliyyət  göstərən  33 saylı Ağdam köçkün  tam orta məktəbində  isə texniki təmayüllü siniflərin  yaradılması  nəzərdə  tutulmuşdur.

Rayon İcra Hakimiyyətinin tabeliyində 40  uşaq bağçası, körpələr evi - uşaq bağçası  fəaliyyət göstərir. Həmin bağçalardan 4-ü; Yeni İmamqulubəyli qəsəbə, “Nur”, “Səma” və “Günəş” uşaq bağçaları 2017-ci ilin 01  sentyabrından fəaliyyətə  başlamışlar.
Bağçalarda 2320 nəfər uşaq təlim-tərbiyə alır. 25 bağça (1550 uşaq) ərzaqla  təmin  olunur, qalan 15 bağçanın ərzaqla  təmin  olunması istiqamətində tədbirlər həyata keçirilir

   Hörmətli yığıncaq iştirakçıları!
   Rayonda fəaliyyət  göstərən Musiqi Kollecində  5  ixtisas  üzrə 457  tələbə  təhsil  alır.
  Ağdam  Dövlət Sosial İqtisadi Kollecində əyani  şöbədə 820 nəfər, qiyabi  şöbədə  isə 49 nəfər  tələbə təhsil  alır.
Hər iki kollecdə tədris ili ərzində  nəzərdə  tutulmuş vəzifələr tədris planına uyğun olaraq tələbələr tərəfindən  yerinə-yetirilmişdir.
Ağdam Dövlət Sosial İqtisadi Kollecinin və  Musiqi Kollecinin kollektivləri  rayonun bütün ictimai  işlərində və rayonda  keçirilən  mədən-kütləvi tədbirlərdə fəal  iştirak  etmişlər.
Ağdam  2 və 4 saylı Peşə məktəbləri  2016-2017 və 2017-2018-ci  tədris ilində Təhsil Nazirliyinin planına əsasən orta pillə kadrlarının hazırlanması işini müvəfəqiyyətlə davam etdirirlər.

2017-ci  il ərzində rayonun Mədəniyyət və İncəsənət İşçiləri işlərinin  daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini artırmış, rayonda keçirilən kütləvi tədbirlərin, anım günlərinin və bayram şənliklərinin keçirilməsi işini xeyli təkmilləşdirmiş, 8 mart Beynəlxalq qadınlar günü, Novruz bayramı münasibətlə  musiqi kollektivlərinin rəngarəng çıxışları ictimaiyyətə təqdim olunmuş, “N” saylı  hərbi  hissələrə bayram sovqatı  aparılmış,  əsgər və zabitlər  qarşısında konsert  proqramı ilə çıxış etmişdir.
05 may  2017-ci  il tarixdə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə  bağlı Rayon İcra Hakimiyyəti  və  ATV kanalının təşkilatçılığı ilə rayonun  Heydər Əliyev Mərkəzinin  qarşısındakı  meydanda  respublikanın bir çox xalq və əməkdar artistlərinin  iştirakı  ilə  geniş  konsert proqramı  keçirilmişdir. Tədbir 10 may 2017-ci  il tarixdə ATV kanalında efirə yayımlanmışdır.
12 sentyabr  2017-ci  il tarixdə rayonun Quzanlı  qəsəbəsi Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycan Respublikası Dövlət Təhlüsizliyi Xidmətinin təşkilatçılığı  ilə “Vətəni  Müdafiyəyə  daim hazırıq” mövzusunda forum  keçirilmişdir. Forumda Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının  Prezidenti Yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının, Milli Məclisin rəsmi nümayəndələri,  həmçinin  respublikanın  işğal olunmuş və  cəbhəyanı  21 rayonun  gəncləri  iştirak  etmişlər.
Tədbirdən  sonra Heydər Əliyev Mərkəzinin qarşısındakı Meydanda  respublikanın  tanınmış incəsənət nümayəndələrinin iştirakı  ilə  vətənpərvərliyi və  dövlətçiliyi tərənnüm  edən geniş konsert proqramı  verilmişdir. Konsert proqramı 4000 nəfərdən çox iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Ağdam Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət  və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən  2017-ci  il ərzində 4 yeni səhnə əsərinin tamaşaya hazırlanması nəzərdə  tutulmuşdur.Repertuar seçimində əsasən aktual mövzuları əks etdirən səhnə əsərlərinin hazırlanmasına üstünlük  verilir.İl ərzində  kollektiv “Kələkbazlar”, “Sadığın toyu”, “İmperator” və “Çobanın tütəyi” tamaşalarını hazırlayaraq tamaşaçılara  təqdim etmişlər.
Bununla yanaşı yaradıcı heyət rayonda  keçirilən mədəni-kütləvi  tədbirlərdə də yaxından iştirak  edir.

Hörmətli yığıncaq iştirakçıları!
Rayonun ərazisində əhalimizin böyük əksəriyyətinin yaşamasını və onların sağlamlığının qayğısına qalınması bu gün səhiyyə işçilərindən daha çevik və məsuliyyətlə işləməyi tələb  edir.
MRX-nın əsas xidmət sahəsi olan  stasionar xidmətdə nailiyyətlər əldə  edilmiş, il  ərzində  MRX-sı  üzrə 425860  nəfər ambulator  qəbul olmuşdur.
3978 nəfər şəkərli  diabetli  xəstə, 200 nəfərdən artıq  Qarabağ əlili, 80 nəfər Çernobl əlili  dispanser  qeydiyyatındadır.
İl ərzində 67 nəfər xroniki böyrək çatışmamazlığından əziyyət çəkən, 271 nəfər  onkoloji xəstə qeydiyyata alınmışdır.
2017-ci ildə cərrahi şöbədə 709  iri əməliyyat aparılmışdır.
2017-ci  il  ərzində  Doğum evinə  3181 müraciət olmuş, 520  doğuşdan  510 sağlam uşaq dünyaya gəlmiş, 10  ölü döl olmuşdur.
Bundan başqa Ağdam Mərkəzi Rayon Xəstəxanasında 17 nəfər uşaq olmaqla, 43 nəfər talassemiyalı, 3 uşaq, 3 böyük olmaqla,  6 nəfər hemofiliyalı,  5 nəfər dağınıq skleroz, 4-ü uşaq olmaqla,  106 nəfər  hepatit  xəstəsi qeydiyyatda durur. Uşaqlar  arasında anadangəlmə ürək qüsuru  51 nəfər, onlardan əməliyyat olanlar 26 nəfər, şəkərli  diabet 19, şəkərsiz diabet 3  nəfər olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin  tapşırığına  əsasən  15 fevral  2017-ci il tarixdən 15 may 2017-ci  il tarixədək  rayon əhalisinin icbari tibbi müayinəsi həyata keçirilmişdir. Rayonun 18 yaşdan yuxarı 48905 nəfər əhalisi  tibbi müayinədən keçirilib. Onlardan 2185 nəfəri  ambulator müalicəyə, 85 nəfəri stasionar müalicəyə, 46 nəfəri  isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
30  sentyabr  2017-ci  il tarixdə  rayonun Uşaq Xəstəxanasında “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Psixi sağlamlığı  qoruyaq” mövzusunda konfransı keçirilmişdir. Konfransda Ağdam, Bərdə, Tərtər rayonlarının  məktəb  psixoloqları, bağça müdirləri iştirak  etmişlər. Konfransdan  sonra  ehtiyacı  olan uşaqlar mütəxəssislər tərəfindən müayinə  edilmiş onlara lazımi  tövsiyyələr  verilmişdir.
Xüsusi olaraq bildiririk ki, 09 noyabr 2017-ci  il tarixdə  rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Birinci vitse-prezidentinin  köməkçisi, Heydər Əliyev Fondunun icraçı  direktoru cənab  Anar  Ələkbərovun  rəhbərlik  etdiyi  nümayəndə  heyəti rayon  gəncləri  və  Qarabağ Müharibəsi Veteranları  ilə  görüş  keçirmişdir. Səfər çərçivəsində Heydər Əliyev Fondunun  təşəbbüsü ilə  Azərbaycan Respublikası Səhiyyə  Nazirliyi tərəfindən   Ağdam Mərkəzi Rayon Xəstəxanasına 1 ədəd içərisi bütün müasir  tibbi  avadanlıqlarla  təchiz  edilmiş  “Mercedes- Benz” markalı Sprinter  tibb maşını verilmişdir.
Mərkəzi Rayon Xəstəxanasının kollektivi  əhaliyə  göstərdiyi yüksək  səhiyyə  xidməti  ilə  yanaşı rayonun ictimai işlərində  də  çox fəal  iştirak  etmişlər. Onların  bu əməyi  Rayon İcra Hakimiyyəti  tərəfindən  yüksək  qiymətləndirilmiş və            29  dekabr  2017-ci  il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı münasibəti  ilə  keçirilən  ümumrayon tədbirində xəstəxananın  baş  həkimi Bəxtiyar Haqverdiyev  başda olmaqla 2 nəfər səhiyyə  işçisi “Fəxri-Fərmanla”,         5 nəfər isə qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Uşaq  əhalisinə göstərilən tibbi  xidməti daha da yaxşılaşdırmaq məqsədi  ilə  gələcəkdə baş verə  biləcək yolxucu xəstəliklərin  qarşısını  almaq üçün Respublika İnnovasiya Mərkəzindən  rayon Gigiyena və Epidiemologiya Mərkəzi  vasitəsi  ilə kifayət  qədər peyvənd  materialları  və  birdəfəlik şprislər gətirilərək yerli tibb məntəqələrinə  paylanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi peyvənd planına uyğun olaraq  2017-ci il  ərzində  rayonun uşaq əhalisinin 99  faizinin peyvəndə  cəlb edilməsi təmin  olunmuşdur.

2017-ci  il  ərzində     Azərbaycan Respublikası Prezidentinin  müvafiq Fərman və Sərəncamlarının, müvafiq qanunların, dövlət proqramlarının tələblərini rəhbər  tutaraq, gənclərlə aparılan işin həyata keçirilməsi üçün tədbirlər həyata keçirilmişdir.
Fevral ayının 2-də “Gənclər günü” münasibətilə Ağdam Musiqi Kollecində  rayon  rəhbərliyinin iştirakı  ilə “Bayramınız Mübarək Əziz Gənclər” adlı təntənəli  tədbir keçirilmiş, fevralın 25-də  Heydər Əliyev Mərkəzində yeniyetmə  və  gənclər  arasında  vətənpərvərlik  ruhunun  yüksəldilməsi, onları “Xocalı həqiqətləri” haqqında maarifləndirərək  bu  həqiqətlərin  Beynəlxalq  aləmə  yayılmasında  üzərlərinə düşən vəzifələrin  öyrədilməsi  məqsədilə  “Mən Xocalıyam, Mənə Ədalət!” adlı dəyirmi masa təşkil olunmuşdur.
Rayondaxili yarışlarla bərabər idmançılramızın müxtəlif idman növləri üzrə Respublika əhəmiyyətli 13 birincilik və çempiontda, 15 açıq rayon (şəhər) və ya  zona birinciliyində  habelə  2 beynəlxalq  yarışda iştirakı idarə  tərəfindən təmin olunmuşdur. Bu idman yarışlarının nəticələrinə  görə 17 idmançımız birinci  yer, 19 idmançımız ikinci yer, 27 idmançımız isə üçüncü yeri  qazanmışdır.

6414  nəfər üzvü olan Yeni Azərbaycan Partiyası Ağdam  rayon Təşkilatı təcrübəli ziyalılardan ibarət təbliğat qrupu vasitəsi ilə əhalinin, xüsusilə  gənclərin ideya siyasi  cəhətdən maariflənməsi, dövlətçilik strategiyasının inkişafı və möhkəmləndirilməsində ölkə  Prezidenti  cənab İlham Əliyevin  həyata keçirdiyi  siyasətin, Fərman və Sərəncamların, çıxış və  nitqlərinin öyrənilməsi  və  geniş ictimaiyyətə çatdırılmasına nail olmuş, 65 ilk təşkilatda hesabat seçki yığıncaqları keçirilmişdir.
2017-ci il ərzində Yeni Azərbaycan Partiyası sıralarına  217  nəfər üzv  qəbul  edilmişdir ki, onlardan da 102  nəfəri  qadın, 135  nəfəri  isə  gənclərdir.
2017-ci il ərzində rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəbləri  və uşaq bağçalarından 10000 nəfərə yaxın uşaq  və  gənclərin  Heydər Əliyev Mərkəzinə  və Bayraq Muzeyinə ekskursiyaları  təşkil edilmişdir.
Bundan başqa  26 iyun  Silahlı Qüvvələr Günü  rayon ərazisində yerləşən “N”  saylı hərbi  hissənin   çoxsaylı zabit və əsgər heyəti Heydər Əliyev Mərkəzini ziyarət  etmiş və  vətənpərvərlik  haqqında  filmə baxmışlar.
Rayon ərazisində  yad və zərərli dini təriqətlərlə məşğul olanlar  yox dərəcəsindədir, dini  durumun vəziyyəti  sabitdir və  bu  istiqamətdə proflaktik tədbirlər mütəmadi  olaraq həyata keçirilir.
Rayonda aparılan  tikinti - quruculuq, abadlıq  işləri və keçirilən bütün  mədəni-kütləvi  tədbirlər  vaxtaşırı “Ağdam” qəzetində işıqlandırılır.


2017-ci  ilidə rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, 81 cinayət hadisəsi qeydə alınmış, 8 cinayət  bağlı qalmışdır. Cinayətlərin açılması 90.0 faiz təşkil etmişdir.
Rayonda kriminogen vəziyyət sabitdir.

2017-ci ildə rayonda gənclərin hərbi xidmətə yola salınması üçün Ölkə Başçısının Sərəncamları müvəffəqiyyətlə yerinə yetirilmişdir. Belə ki, 957  nəfər gənc hərbi xidmətə göndərilmiş, Silahlı Qüvvələrin Yardım Fonduna 98 min manat vəsait köçürülmüşdür.

Hörmətli yığıncaq iştirakçıları!
Rayonumuzun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsində 2017-ci ildə  bir sıra işlər görülmüş, xeyli irəliləyişə nail olunmuşdur.
2017-ci ildə rayonda bütün sahələrlə yanaşı aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün rayonun daxili imkanları hesabına köməkliklər olunmuş, “Aqroservis” müəssisəsinin vasitəsilə güzəştli qiymətlərlə gübrələrin alınıb torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir. Əvvəlki illərdən fərqli olaraq “Aqroservis” müəssisəsi tərəfindən torpaq istifadəçilərinə göstərilən texniki xidmətlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılmışdır..

Cari ilin iyun ayında 2-ədəd  pambıq yığan kombayn, 5-ədəd 80-XA belarus markalı traktor, 12-ədəd qoşqu( lafet) gətirilmişdir.
Servisin istifadəsində 23-adda müxtəlif markalı traktor vardır ki, hal-hazırda həmin traktorlardan 11-ədədi işlək vəziyyətdə saxlanılır. Aqroservis filialının balansında olan texnikalarla 750 hektar sahədə şum aparılmış, 600 hektar sahədə səpin aparılmış, 550 hektar sahəyə gübrə səpilmişdir. 1500 hektar sahədə dərmanlama işləri görülmüş 600 hektar sahədə arx çəkilmiş, 1600 hektar sahədə kultivasiya aparılmışdır. Pambıq yığan maşınla 350 hektar sahənin pambığı yığılmışdır.

Rayonda il ərzində 14-saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qanunu tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 53 akt, 14 protokol tərtib edilmişdir. 12 məcburi göstəriş verilmişdir.17 nəfər fiziki şəxs barəsində 17 ədəd cərimə qərarı çıxarılaraq 4330 manat məbləğində vəsait müvafiq fonda ödənilmişdir. 67 nəfər fiziki şəxsə 9123.91 manat məbləğində ödəmə tətbiq edilmiş, 8 nəfər fiziki şəxs barəsində 1008.84 manat məbləğində iddia qaldırılmış və müvafiq fonda ödənilmişdir.
Rayonda taxılçılığın inkişaf etdirilməsi, yüksək repaduksiyalı toxumla təmin olunması sahəsində xeyli işlər görülmüşdür.
Torpaq mülkiyyətçilərini yüksək repaduksiyalı toxumla təmin edilməsi məqsədilə 3 nəfər hüquqi şəxs, 3 nəfər fiziki şəxs toxumçuluq təsərrüfatları ilə məşğul olurlar.
2017-ci ildə 114 ton arpa, 644 ton buğda toxumu istehsal olunmuşdur. İstehsal olunmuş arpa və buğda toxumları rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə satılmışdır.
2017-ci ildə rayonda bitkiçilik sahəsində də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki,  7465.0 hektar sahədə buğda əkilmişdir. Rayon üzrə 7465 hektar buğda sahəsindən 28856 ton məhsul əldə olunmuşdur ki, hər hektardan məhsuldarlıq 38.6 sentner, arpa sahəsinin məhsuldarlığı isə 36.3 sentner olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.1 sentner çoxdur. 2018-ci ilin məhsulu üçün 11874.5 hektar sahədə buğda, 2181 hektar sahədə arpa əkilmişdir.

Tərəvəz istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 25349 ton artaraq 75155 tona çatdırılmışdır. 114 hektar bostan sahəsindən 2454 ton bostan məhsulu  istehsal olunmuşdur.
Cari ildə 348 hektar sahədən 5860 ton kartof istehsal olunmuşdur.
2017-ci ildə 1002 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Hər hektardan məhsuldarlıq 387 sentner olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2016-cı il tarixli 2350-nömrəli Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncamı bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabr ayının 17-də Sabirabadda pambıqçılığın inkişafına dair  geniş respublika müşavirəsi keçirilmişdir. Ölkə başçısı müşavirədəki nitqlərində dövlət tərəfindən pambıqçılığın inkişafına hər cür köməklik göstəriləcəyini vurğulamış və aidiyyəti dövlət qurumlarına bununla bağlı müvafiq tapşırıqlar vermişdir.
Rayonda 2016-cı ilin 390 hektar sahədə pambıq əkilmiş və 833.4 ton pambıq istehsal olunmuşdur. 2017-ci ildə bu sahəyə diqqət ayrılmış və şirkətlərlə müqavilə bağlanılaraq 3005 hektar sahədə pambıq əkilmişdir. Əkilən pambıq sahələrinin 1280 hektar MKT MMC ilə, 1002 hektar CTS Aqro MMC ilə 317.5 hektar Kənd Təsərrüfatı MMC ilə və 405.5 hektarı isə fərdi qaydada fiziki şəxs Kamil Sarıyevlə müqavilə bağlayaraq pambıq əkmişlər.
Rayonda əkilmiş 3005 hektar pambıq sahəsinin becərilməsində və  yığılmasına  3550 nəfər işçi qüvvəsi cəlb edilmişdir ki, bu da nəticə etibarı ilə rayonda işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini göstərmişdir.
Pambıqçılıq sahəsində bir sıra nöqsan və çatışmazlıqların olmasına baxmayaraq rayon rəhbərliyinin yaxından köməkliyi nəticəsində 6000 ton pambıq tapşırığı, planına 6173.3 ton və ya 102.8 faiz əməl olunmuşdur. 
Rayonda Baramaçılığın inkişaf etdirilməsi sayəsində  xeyli işlər görülmüşdür. Belə ki, 2016-cı ildə Çin Xalq Respublikasından 30 min tut tingi, 10 min ədəd isə yerli tut tingi gətirilərək tələb olunan yerlərə əkilmişdir.
Bu il də ting gətirilməsi davam etdirilir. Belə ki, 30 noyabr 2017-ci il tarixdə Çin Xalq Respublikasından əlavə olaraq 35 min tut tingi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə 30 min tut tingi gətirilərək əkilmişdir.
2017-ci ildə 300 qutu 5700 qram Barama qurdu götürülmüş və son nəticədə 13200 kq yaş barama istehsal olunaraq Şəki Barama zavoduna təhvil verilmişdir.
Çox sevindirici haldır ki, rayonumuzda baramaçılığın inkişafı sahəsindəki göstərdiyi xidmətlərə  görə rayon sakini Babayev Ramil Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
Ağdam rayonunda son illər heyvandarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. Belə ki, iribuynuzlu mal-qaranın baş sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 467-baş artaraq 40985-başa, ana malın baş sayı 154-baş artaraq 18845-başa çatdırılmışdır. Qoyunların baş sayı 2183-baş azalaraq 103541-baş olmuşdur. Quşların baş sayı da 4000 baş artaraq 250 min başa çatdırılmışdır.
Bu dövrdə heyvandarlıq məhsullarının istehsalı da xeyli artmışdır. Belə ki, 2017-ci ildə ət istehsalı 43.7 ton artaraq 4252.5 ton, süd istehsalı 443.3 ton artaraq 34611.5 tona, yumurta istehsalı 136 min artaraq 8676 min ədəd, yun istehsalı isə 2.1 ton artaraq 158.1 tona çatdırılmışdır.
Ağdam rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 21 noyabr 2016-cı il tarixli 104 nömrəli qərarı ilə təsdiq olunmuş epizootiya əlehinə mübarizə müalicə profilaktik tədbirlər planı əsasında xidmət göstərilir.
Baytarlıq İdarəsi rayon üzrə vətəndaşların şəxsi istifadəsində olan 35000 baş iribuynuzlu, 105000 baş xırdabuynuzlu, 1000 baş it, 900 baş at, 200000 baş quşlara baytarlıq xidməti göstərilir. 2017-ci ilin tədbirlər planı rüblər üzrə bölüşdürülüb sahə baytarlıq məntəqələrinə çatdırılmışdır. Epizootiya əlehinə mübarizə tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsidir ki,12 ay ərzində 44 baş iri buynuzlu, 20 baş xırda buynuzlu (qoç) Bruselyoz xəstə aşkar edilmişdir. Xəstə çıxmış heyvanlar təminata uyğun olaraq təsərrüfatdan çıxarılmışdır. İl ərzində aparılmış tədbirlər nəticəsində  rayon üzrə iti yoluxucu xəstəliklər baş verməmişdir.
İl ərzində 2259  baş inək, düyə süni yolla mayalandırılmış və 844 baş sağlam buzov alınmışdır.
Ağdam rayon Texniki Nəzarət Müfəttişliyinin 2017-ci il ərzində bir sıra işlər görmüşdür. Görülmüş işlər nəticəsində texnika mülkiyyətçiləri tərəfindən dövlətə 3445 manat vəsait köçürülmüşdür.
Ağdam rayonunda Mexaniki Suvarma İdarəsi rayon ərazisində 32000 hektara yaxın sahədə Kənd Təsərrüfatı bitkilərinin suvarılmasını və rayon əhalisinin içməli suya olan təlabatının ödənilməsini həyata keçirir.
Rayon üzrə 839 subartezian quyusu, 4 nasos stansiyası, göllər, qaynamalar və kəhrizlər, 365 km suvarma kanalları mövcuddur. Subartezian quyularının 336 ədədi rayon əhalisinin içməli su təchizatına və həyətyani sahələrin suvarmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti 7 dekabr 2016-cı il tarixli, 2490 nömrəli Sərəncamı ilə Ağdam rayonunda 30-ədəd, daha sonra 4 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş, hal-hazırda quyularda son tamamlanma işləri aparılır. Həmçinin 2018-ci ildə 17 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
2017-ci il ərzində rayon üzrə 110649000 kvt.s elektrik enerjisi sərf edilmiş və dəyəri tam ödənilmişdir. Ötən il ərzində 315652000 kub metr başdan su götürülərək suvarma məqsədilə ayrıca istehsalçılara 249000000 kub metr su verilmişdir.
Hesabat dövrü ərzində ilin quraq və isti keçməsi ilə əlaqədar olaraq suyun səviyyəsi aşağı düşdüyündən 37 ədəd subartezian quyusunda su qaldırıcı boru və 1450p/m kabel əlavə edilmişdir.
Ümumilikdə il ərzində 452 ədəd nasos təmir edilmiş, quyulara 5070 p/metr kabel quraşdırılmış, 350 ədəd subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəz edilmiş və 42 ədəd subartezian quyusunun kalon hissəsindəki nasazlığı aradan qaldırmaq üçün xüsusi qurğular vasitəsilə döymə işləri və yuma işləri aparılmışdır. Nəticədə 30 ədəd subartezian quyusunda istənilən nəticə alınmışdır.
2018-ci ildə pambıq əkini ilə əlaqədar zavodlar tərəfindən fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılmasına başlanılmışdır. Çöpü çıxarılmış sahələrdə şumun aparılmasına başlanılmışdır. 2018-ci ildə 3500.0 ha sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş rayon İcra Hakimiyyəti Başçısının, onun Aparatının fəaliyyətində mühüm yer tutur. Bu baxımdan rayonun sosial-iqtisadi, mədəni, ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə adamlarla aparılan işin səmərəli, işgüzar təşkilində, ortaya çıxan problemlərin həllində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının daha fəal  iştirakının təmin edilməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
2018-ci ilin yanvar ayında rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Qrafik əsasında 53 inzibati ərazi dairəsi üzrə nümayəndəlıkdə 2017-ci ilin yekunları ılə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 6850 nəfər iştirak etmiş, 220 nəfər çıxış etmişdir. Çıxışlarda 200-dən artıq təklif və tənqidi qeyd söylənilmişdir. Tənqidi qeyd və təkliflər ümumiləşdirilərək Başçıya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə verilmışdir.
Yığıncaqlarda 2017-ci ildə kənd təsərrüfatının inkişaf etdirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman, Sərəncam və tapşırıqlarının rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədov tərəfindən uğurla həyata keçirilməsindən söhbət açılmış, pambıqçılığın, baramaçılığın, taxılçılığın, şəkər çuğundurunun, heyvandarlığının və kənd təsərrüfatının digər sahələrində əldə olunmuş uğurlardan danışılmışdır. Pambıqçılığın inkişaf etdirilməsində əhalinin məşğulluğunun artması və yeni iş yerlərinin açılması xüsusilə vurğulanmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə qazanılan nailiyyətlərdən, Ölkə Prezidentinin diqqət və qayğısı, imzaladığı Sərəncamlara əsasən Ağdamda aparılan tikinti-quruculuq, abadlıq işlərindən ətraflı söhbət açılmışdır. Xüsusilə qeyd olunmuşdur ki, cənab Prezident Ağdama, ağdamlılara böyük diqqət və  qayğısının nəticəsində Ağdamın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı Sərəncamlara əsasən son illər, o cümlədən, hesabat ilində çox işlər görülmüş, yeni yollar çəkilmiş, subartezian quyuları qazılmış, qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılmış və digər sosial obyektlər tikilmiş, rayon əhalisinin maddi rifah halı yaxşılaşmış, ruh yüksəkliyi artmışdır.
Bununla belə yığıncaqlarda müharibə şəraitində dağılmış, zəlzələdən zərər çəkmiş evlərin bərpası və təmirinin davam etdirilməsi, içməli və suvarma suyuna ehtiyacın olması, kəndlərarası, qəsəbədaxili yolların təmiri, Quzanlı qəsəbə, Üçoğlan, Əhmədağalı, Zəngişalı,  İmamqulubəyli, Qərvənd, Nəmirli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər üçün yeni inzibati binaların tikilməsi, Üçoğlan, Zəngişalı, Əhmədağalı, Qaradağlı  kənd Mədəniyyət evlərinin əsaslı təmir edilməsi, Əfətli kəndində yeni Mədəniyyət evinin tikilməsi, uşaq bağçalarının əsaslı təmiri, yenilərinin tikilməsi, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi, köçkün qəsəbələrində iş yerlərinin açılması, su xətlərinin yenilənməsi, telefon çəkilişinin davam etdirilməsi, tibb məntəqələri üçün yeni binaların tikilməsi, məcburi köçkün olan gənc ailələrin ayrı təsərrüfat kimi qeydiyyata alınması və bir sıra digər problemlərin həllinin vacibliyi xüsusi qeyd edilmişdir.
Bir şəhər,  bir qəsəbə, 33 kənd inzibati ərazi dairəsi üzrə rayon əhalisinin 2017-ci ilin yanvar, iyul aylarında təsərrüfatbaşına qeydiyyatı dəqiqləşdirilmiş, kənd əhalisinin qeydiyyatı 2016-2020-ci illər üçün 488 ədəd təsərrüfatbaşına kitabda aparılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən            2018-2022-ci illər üçün Şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində əhalinin qeydiyyatının aparılması üçün 161 ədəd Ev təsərrüfatı kitabları verilmişdir. 2018-2022-ci illər üçün  yeni ev təsərrüfatı kitablarının işlənilməsi ilə əlaqədar Şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin və müavinlərinin 25 dekabr 2017-ci il tarixdə Gəncə şəhərində keçirilən təlimatı müşavirədə iştirakları təmin edilmişdir. 
            01 yanvar 2018-ci il tarixə metodoloji statistikaya görə rayonun 45525 ailə- təsərrüfat olmaqla 199870 nəfər  əhalisi vardır. Ondan 10471 ailə, 40478 nəfəri yerli, 35054 ailə,  159392 nəfəri məcburi köçkündür. Köçkün sakinlərimiz ölkəmizin 60-dan artıq şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Hazırda köçkün əhalimizin 50000 nəfərə yaxını rayonun ərazisində müvəqqəti məskunlaşmışdır.
    İl ərzində rayon üzrə 1217 nəfər qeydiyyata düşmüş, 1086 nəfər qeydiyyatdan çıxmışdır.
Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2017-ci il üçün İş planına uyğun olaraq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətinin müxtəlif sahələrinə aid 6 məsələ yoxlanılaraq Şura iclasında geniş müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. 
Nümayəndəliklər üzrə vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan 51609 ədəd arayış və digər sənədlər verilmişdir.
Qeydiyyat işləri müvafiq Qanunvericilik aktlarına uyğun olaraq sənədləşdirilmiş, il ərzində rayon Qeydiyyat şöbəsi və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən 1180 doğum, 595 ölüm, 482 nigah qeydi aparılmışdır.
Hesabat ili ərzində dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə görə 1 nəfər nümayəndə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı, 8 nəfər nümayəndə və nümayəndəliyin işçiləri Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunmuşlar. Qeyd olunanlarla yanaşı 2 nəfər nümayəndəlik işçilərinə işlərində yol verdiyi ciddi nöqsanlara görə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən töhmət elan olunmuşdur.
Müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün sakinlərimizlə daim əlaqə saxlanılmış, Başçı, müavinləri, Aparatın şöbə müdirləri tərəfindən Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Şəki şəhərlərində, Abşeron, Zaqatala, Qax, Ağcabədi, Tərtər, Bərdə rayonlarında müvəqqəti məskunlaşmış ağdamlı köçkünlərlə görüşlər, qəbullar keçirilmiş, onların bir sıra problemlərinin həllinə köməklik göstərilmişdir.
Rayon İH-nin müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə iş üzrə nümayəndələri ilə mütəmadi əlaqə saxlanılmış, onlara lazımi köməklik göstərilmişdir.

2017-ci ildə rayonumuzda Respublikanın Mərkəzi icra orqanlarının rəhbərləri görüş-qəbullar keçirmişdir.  Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov Ağdam, Ağcabədi, Bərdə, Xocavənd və Laçın rayonlarından olan, Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı Ağdam, Ağcabədi və Tərtər rayonundan olan, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ağdam, Ağcabədi və Tərtər rayonundan olan vətəndaşları qəbul etmiş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
        2017-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatı vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, vətəndaşların qaldırdıqları problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsi işini nəzarətdə saxlamışdır.
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına əsasən 2017-ci ildə də Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan bütün vətəndaş müraciətləri vahid elektron informasiya sisteminə işlənilmiş, müraciətlərin icra olunması zamanı “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri müddətində icrasına nəzarət edilmişdir.
        Ümumilikdə 2017-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatına  1437 müraciət daxil olmuşdur.  Bu müraciətlərin 766-ı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 95-i Nazirlər Kabinetindən, 36-ı Milli Məclisdən, 255-i Nazirlik, Komitə və Respublikanın digər təşkilatlarından,  285 müraciət isə bilavasitə rayon əhalisi tərəfindən daxil olmuşdur. Həmin dövrdə 170 müraciət nəzarətə götürülmüşdür.
Daxil olan müraciətlərin 1437 müraciətdən 1185-i məktub, 67-i elektron məktub, 177-si teleqram, 8-i faksla daxil olmuşdur.
2017-cı ildə daxil olan vətəndaş müraciətlərinin 2016-cı ilə nisbətən  40 müraciət az olmuşdur.
    2017-cı ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı və Aparatının vəzifəli şəxsləri tərəfindən 5610 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 699 nəfəri İcra Hakimiyyəti Aparatında Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən, 4911 nəfəri isə Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi səyyari                           görüş-qəbullarda  3695 nəfər vətəndaş iştirak etmişdir. Tabe qurumlarda isə rəhbər şəxslər tərəfindən 8334 nəfər vətəndaş qəbul edilmişdir.
2017-ci ildə daxil olan müraciətlər ev təmiri, məcburi köçkünlərin ev tələbi, məcburi köçkünlərin vahid aylıq müavinətlərinin dayandırılması,  içməli və suvarma suyu üçün subartezian quyusunun qazılması, iş tələbi, maddi yardım  və.s olmuşdur.
            2017-ci ildə  Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın   27 iclası keçirilmiş,  tədbirlər planına uyğun olaraq və müzakirəsi zəruri olan məsələlər müzakirə olunmuşdur.  Müzakirəyə çıxarılan hər bir məsələ haqqında geniş və müfəssəl arayışlar hazırlanmış, çıxışlar dinlənilmiş və Şura məsələlər barədə öz  tövsiyyə və qərarlarını vermişdir.
       Rayon İcra Hakimiyyəti Başçısı Aparatında  “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi, ehtiyyat kadr bazasının yaradılması işi təlimata uyğun aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının müvafiq məktubuna və təlimatlara əsasən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı işlər aparılmış, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan dövlət qulluqçuları qiymətləndirilərək Dövlət İmtahan Mərkəzinə  göndərilmişdir.

          Hörmətli yığıncaq iştirakçıları!
Rayonun sosial-iqtisadi inkişafı sahəsində ilin sonuna qədər görüləsi işlərimiz çoxdur. 2018-ci ildə  Muğam Mərkəzinin, Xalçaçılıq Müəssisəsinin, Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin, Bənövşələr məktəbinin, Boks və Taekvando məktəblərinin,  29 min əhalinin yaşadığı 1 qəsəbəni,  10 kəndi və 3 məcburi köçkün qəsəbəsini əhatə edən 25,3 km uzunluğunda Quzanlı-İmamqulubəyli- Orta Qərvənd-Xındırıstan avtomobil yolunun əsaslı təmirini başa çatdırmalı,  Heydər Əliyev parkını yenidən qurmalıyıq. Həmçinin Evoğlu, Zəngişalı, Üçoğlan kənd tam orta məktəbinin, Qaradağlı və Birinci Baharlı körpələr evi-uşaq bağçalarının təmirlərini həyata keçirməliyik.
Əhalimizin həyat şəraitinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində qarşımızda duran vacib məsələlərin həlli üçün lazımi tədbirlər görməli, 2018-ci il üçün 3500 hektar  pambıq sahəsinin əkilməsini və bol məhsul götürülməsini təmin etməliyik.
Həmçinin rayonda baramaçılığın inkişaf etdirilməsi üçün tədbirləri davam etdirməli, ötən illə müqayisədə barama istehsalını artırmalı, bunun üçün xam mal bazasının çoxaldılması üçün başladığımız işləri genişləndirməliyik.
Digər sahələrdə də başladığımız və icrasını vacib saydığımız bütün məsələlərin həllini təmin etməliyik.
Bir sözlə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.
Bu yolda hamınıza uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdarlığımı bildirirəm.

Keçidlər