Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Cüdo üzrə Aran Qarabağ region birinciliyi keçirilib

05 oktyabr 2017 | 11:00

Quzanlıda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.
Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
Yevlax cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında birinci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.
Qeyd edək ki, Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar.
Yeniyetmə cüdoçuların zona yarışları Zaqatalada davam etdiriləcək.

Keçidlər