Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Pambıq yığımına son hazırlıq işləri görülür

05 sentyabr 2017 | 11:00

Ağdam rayonunda pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə ümumrayon müşavirəsi keçirildi.
Pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantıda rayon kənd təsərrüfatı idarəsinin rəisi Allahverən Əliyevin pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edən məruzəsi dinlənilib. Bildirilib ki, əgər ötən il rayon ərazisində 390 hektarda pambıq əkilmişdisə, bu il 3005 hektarda pambıq becərilib. Əsasən “AzərPambıq” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Ağdam Kənd Təsərrüfatı” MMC və fərdi qaydada əkən sahibkar Kamil Sarıyevlə müqavilə bağlayan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Artıq pambığın becərilmə prosesi başa çatmaq üzrədir.
Ağdam pambıq zavodunun direktoru Habil Abbasov, Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Xəyalə Əliyeva başqaları çıxış edərək, pambıqçılığın inkişafı, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov yekun çıxış edərək bildirib ki, bu il rayonda əkilən pambığın becərilməsi üçün rayon İcra Hakimiyyəti olaraq bütün qüvvələrindən maksimum istifadə edərək fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılmışdır. Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Qeyd edib ki, becərmə prosesi artıq yekunlaşmaq üzrədir və pambığın yığımı əsas məsələ olaraq qoyulub. Məhsulun maşınla yığılması nəzərdə tutulan sahələrdə pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi üçün defoliasiya işləri görülür. Artıq rayonda pambığın əl ilə yığımına başlanılıb. Burdada rayon olaraq nə lazımdı bütün tədbirlər görüləcək və bütün lazımi şərait yaradılacaq ki, əkinçilər əkdiyi məhsulu vaxdında və itkisiz yığaraq təhvil versinlər. Bu məsələ ilə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib və qarşılarında tələb kimi qoyulub. Cari ildə tarlalardan 6 min ton xam pabbıq yığılması planlaşdırılsada hazırki vəziyyət daha çox, ən az 7 min tondan artqı pambıq yığılmasına əsas verir. Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.

Keçidlər