Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağın bu uğuru komandanı təmsil etdiyi Ağdam rayonundada böyük sevinc hissləri yaşadıb

24 avqust 2017 | 11:00


Qarabağ fudbol komandasının UEFA Çempionlar liqasında qruplara düşməsi münasibətilə hamı kimi komandanı təmsil etdiyi bölgədə Ağdam rayonuna da böyük sevinc hissləri yaşadıb. 25 ilə yaxın bir müddətdə öz yurd yuvalarından qaçqın düşmüş və çətin bir şəraitdə yaşayan bir Ağdamlı üçün bundan böyük sevinc hissi ola bilməz. Bu sözləri Ağdam rayon İcra Hakimiyyətinin başçısı və Aparatın əməkdaşları bildiriblər.  Qeyd olunub ki, Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda Ağdam fudbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı".
Rayon İcra Hakimiyyətinin başçısı özü və aparatın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri adından  Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ”ı belə təbrik edib: "Klubun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirik. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayırıq”.

UĞURLAR Qarabağ, UĞURLAR Qurban Qurbanov və UĞURLAR Azərbaycan fudbolu.

Keçidlər