Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü Ağdamda qeyd olunub

13 fevral 2017 | 11:00

Ağdamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü qeyd olunub.
Bu münasibətlə fevralın 13-də Ağdam rayonu Quzanlı qəsəbəsindəki  Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Əvvəlcə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin əməkdaşları qəsəbənin mərkəzindəki Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Mərkəzdə davam etdirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi əvəzi, mayor Elxan Feyziyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkədə səfərbərlik işinin təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, şəffaflıq əsasında həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində dövlət xidmətini həyata keçirir. Dövlət Xidmətinin fəaliyyət istiqamətinə uyğun olaraq, xidmətin Ağdam rayon şöbəsi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq ictimai tədbirlər reallaşdırır. Bunun nəticəsidir ki, artıq rayonda gənclərin hərbi xidmətə yola salınması bayram ab-havasında qeyd edilir. Bildirilib ki, Azərbaycan gəncliyi vətənpərvər olduğunu aprel döyüşlərində də sübut edib. Aprel döyüşləri zamanı yüzlərlə Ağdamlının düşmənlə döyüşmək üçün könüllü müraciət etməsi bunun bariz nümunəsidir.
Rayon icra hakimiyyəti başçısı cənab Raqub Məmmədov, müharibə veteranları şəhid ailələri və başqaları çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin əməkdaşlarını təbrik edərək, onlara gələcək işlərində uğurlar diləyiblər.

Keçidlər