Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilmişdir.

21 noyabr 2016 | 11:00

21 noyabr 2016-cı ildə  Ağdam Musiqi Kollecinin iclas zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir açıq elan olunub. 
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının idarə heyyəti və şura üzvləri, idarə, müəssisə rəhbərləri, ilk partiya təşkilatı sədrləri, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Yığıncağı giriş sözü ilə YAP Ağdam rayon təşkilatınn sədr əvəzi Zülfü Qasımov açaraq YAP-ın yarandığı 24 illik bir dovrdə gördüyü işlərə diqqət çəkmişdir. Fəxrlə demək olarki, Yeni Azərbaycan Partiyası 24 illik bir dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal , ən qabaqcıl bir siyasi rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görmüşdür. Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Cənab prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 24 il ərzində Azərbaycanın ağrılı-acılı, kədərli günlərində Azərbaycanın dağılması, parçalanması dövründən bu günki inkişafına qədər çox şərəfli və çətin bir yol keçib..
Zülfü Qasımov öz çıxışında bildirmişdir ki, Partiyamızın yaradılmasının 24-cü ildönümü ölkəmizin tarixinə əlamətdar bir hadisə kimi daxil olan bir dövrə təsadüf edir. Bəli noyabr ayı əslində ölkəmiz üçün bayramlar ayıdır. 9 noyabr  Dövlət Bayrağı günü, 12 noyabr müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ,17  noyabr Milli Dirçəliş Günü nəhayət 21 noyabr Yeni Azərbaycan Partiyasının yaranması günüdür..
      Daha sonra çıxış edən YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova 24 illik tarixı diqqət çəkərək bu qısa , həmdə böyük bir dövrdı partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işləri cox yüksək dəyərləndirmişdir.O qeyd etdi bu dövr ərzində Yeni Azərbaycan Partiyasının dövlətçilik uğrunda yorulmadan xidmət etmiş və öz uğurlu işi ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olmuşdur.
      Məruzə ətrafında çıxış edən politoloq Hüseyn Bayramov və digərləri Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı və dövləti qarşısında gördüyü işləri yüksək qiymətləndirmişlər.
Tədbirin yekununda Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək  qeyd etdi  ki, Bütün zamanlarda ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə etmişdir. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyası  Dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi və bu günki tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər ən mütəşəkkil, ən güclü və nüfuzlu , ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu  Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq etmişdir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan bir sıra gənlərə üzvlük vəsiqələrini təqdim edib.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan  Partiyasının sədri  cənab İlham Əliyevə təbrik məktubu ünvanlandı.

Keçidlər