Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunub

18 oktyabr 2016 | 11:00

Quzanlı qəsəbəsində 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bu gün münasibəti ilə iştirakçıları təbrik edərək geniş məruzə ilə çıxış edib: Bildirib ki,  “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Məhz Heydər Əliyevin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı". Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında qeyd edib ki, ölkəmiz möhtərəm cənab prezidentimiz İlham əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində günü gündən daha da inkişaf edir.
Digər çıxış edənlər müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Tədbirin sonunda respublikanın incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

Keçidlər